Azərbaycan birinciliyində 62 komanda
Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Fevralın 4-də yeniyetmə boksçular arasında Azərbaycan birinciliyinə start veriləcək.
İdman.biz xəbər verir ki, Boks Mərkəzində təşkil olunacaq yarışda oğlanlar 14, qızlar 7 çəki dərəcəsi üzrə mükafatçıları müəyyənləşəcəklər.
6 gün davam edəcək birinciliyə respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 62 komandanın 319 (280 oğlan, 39 qız) boksçusu qatılacaq. Yarışın açılış mərasimi saat 12:00-da, döyüşlər saat 12:30-da başlanacaq.
Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.
Qeyd edək ki, birinciliyin baş hakimi Anar Babanlı olacaq.
İdman.biz
Bu mövzuda digər xəbərlər:Azərbaycan birinciliyində komanda yarışları başa çatıb FOTO
01 May 2025 13:07
Cüdo üzrə Azərbaycan birinciliyində komanda yarışlarına yekun vurulub FOTO
14 Dekabr 2025 15:30
Azərbaycan birinciliyində medalçılar bilindi
20 Dekabr 2025 19:36
Azərbaycan neftinin qiyməti 62 dollardan aşağı düşüb
21 Oktyabr 2025 10:57
Baxış sayı:122
Bu xəbər 03 Fevral 2025 18:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















