Azərbaycan BMT də terrorizmlə mübarizəni qabardıb
Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.
Azərbaycan terrorizmi bütün forma və təzahürlərində birmənalı şəkildə qınayır və terrorizmə qarşı qlobal mübarizəyə sarsılmaz sadiqliyini bir daha təsdiq edib.
BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi, səfir Tofiq Musayev bildirib.
BMT-nin Baş Qərargahında keçirilən Baş Assambleyanın təşkilatın "Qlobal Terrorizmlə Mübarizə Strategiyası"na dair plenar iclasında T. Musayev vurğulayıb ki, bütün dövlətlər tərəfindən beynəlxalq terrorizmlə mübarizə öhdəliklərinə ciddi şəkildə riayət edilməsi, onların ərazilərindən terrorçuluq, separatçılıq və ya digər əlaqədar fəaliyyətlər üçün istifadə olunmamasını təmin etmək baxımından vacib olaraq qalır.
O, həmçinin terror aktlarını törədənlərin məsuliyyətə cəlb edilməsinin, eləcə də terror qurbanları, terrorizmdən sağ çıxanlar və zərərçəkmiş dövlətlərlə davamlı həmrəyliyin, onlara dəstəyin qorunub saxlanılmasının vacibliyini xüsusi qabardıb.
Xatırladaq ki, daha əvvəl BMT-nin Baş Qərargahında "BMT-nin Dördüncü Antiterror Həftəsi" çərçivəsində "BMT Üzv Dövlətlərinin Antiterror Agentliklərinin Rəhbərlərinin Dördüncü Yüksək Səviyyəli Konfransı" baş tutub.
At the UN General Assembly plenary meeting on the UN Global Counter-Terrorism Strategy, held on 1 July 2026 at UN Headquarters, Amb. Tofig F. Musayev, Permanent Representative of the Republic of Azerbaijan to the United Nations, reaffirmed Azerbaijan's unequivocal condemnation of… pic.twitter.com/7Z5G1NkRz3
— Azerbaijan UN ?? (@AzmissionUN) July 1, 2026
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 02 İyul 2026 08:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















