Icma.az
close
up
RU
Azərbaycan Britaniya Biznes Şurası təsis edilib

Azərbaycan Britaniya Biznes Şurası təsis edilib

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Azərbaycanın Böyük Britaniyadakı səfirliyində “Azərbaycanın Suveren Kredit Reytinqi və İqtisadi Perspektivləri: Qafqazın və Mərkəzi Asiyanın Regional Potensialının Aşkarlanması” mövzusunda tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdə Britaniyanın aparıcı şirkətlərində çalışan azərbaycanlı və xarici mütəxəssislər, “City of London” Korporasiyasının, dövlət qurumlarının nümayəndələri, iqtisadi sahə üzrə ekspertlər iştirak ediblər.Tədbirin moderatoru qismində “Oliver Wyman” şirkətinin tərəfdaşı və Azərbaycan üzrə rəhbəri Camal İsmayılov çıxış edib. O, cari ildə Azərbaycanın iqtisadi inkişaf yolunda mühüm nailiyyət əldə etdiyini vurğulayıb. Belə ki, “Moody’s” Beynəlxalq Reytinq Agentliyi tərəfindən Azərbaycan Respublikasının suveren kredit reytinqi göstəricisinin “Ba1” səviyyəsindən “Baa3” investisiya səviyyəsinə yüksəldilib. Xüsusilə son on il ərzində Azərbaycan hökumətinin iqtisadi sahədə aydın və məqsədyönlü strategiya həyata keçirdiyini, ölkənin iqtisadi dayanıqlılığının gücləndirdiyini və uzunmüddətli rəqabət qabiliyyətinin artırdığını söyləyib. “Moody’s” təşkilatının, eləcə də digər reytinq agentliklərinin Azərbaycanla bağlı müsbət qərarının ölkədə aparılan iqtisadi islahatlara göstərilən böyük etimadın nəticəsi olduğunu söyləyib. Camal İsmayılov qeyd edib ki, bu nailiyyət Azərbaycanı daha da ruhlandırmalı, institusional islahatları dərinləşdirməyə, özəl sektoru genişləndirməyə və Birləşmiş Krallıq da daxil olmaqla, dünyadakı tərəfdaşlarla iqtisadi əlaqələri möhkəmləndirməyə sövq etməlidir.Panel müzakirə zamanı “Moody's” Kredit Agentliyinin vitse-prezidenti Daniela Re Frasçini və “Oppenheimer & Co” İnvestisiya Bankının aparıcı analitiki Gabin Levy çıxış edib.Onlar Azərbaycanın suveren kredit reytinqi və iqtisadi dayanıqlılığı barədə məlumat veriblər. “Moody’s” kredit agentliyinin Azərbaycanla bağlı reytinq qərarını əsaslandıran ölkənin fiskal siyasəti, makroiqtisadi göstəriciləri, neftdən asılılığının azaldılması, iqtisadi şaxələndirmə səyləri, investor etimadı, institusional islahatlar, maliyyə imkanları eləcə də Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda Azərbaycanın nəqliyyat, logistika və iqtisadi inteqrasiya nöqteyi nəzərindən strateji mövqeyi barədə fikirlərini bölüşüb. Mütəxəssislər xüsusilə 8 avqust Vaşinqton sammitindən sonra Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin ölkənin investisiya reytinqinin yüksəlməsinə əhəmiyyətli dərəcədə müsbət təsir göstərdiyini vurğulayıb.Tədbir zamanı çıxış edən Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanov bildirib ki, ölkəmizin əldə etdiyi nailiyyətlər Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uzaqgörən və müdrik siyasi, iqtisadi, sosial islahatların nəticəsidir. Səfir, həmçinin Azərbaycanla Ermənistan arasında ilkin sülh razılaşmasının imzalanması və normallaşma prosesinin yalnız iki ölkə üçün deyil ümumilikdə Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üçün yeni imkanlar açdığını diqqətə çatdırıb. Bununla regional ticarət və nəqliyyat dəhlizlərinin daha effektiv işləməsinə, enerji və logistika layihələrinin genişlənməsinə, həmçinin iqtisadi əməkdaşlıq və investisiya axınlarının artmasına əlverişli şəraitin yaranacağını vurğulayıb.Tədbirin yekununda Azərbaycan - Britaniya Biznes Şurasının təsis edildiyi elan olunub. Təşkilatın əsas məqsədi iki ölkə arasında ticarət və iqtisadi əlaqələri gücləndirmək, biznes subyektlərinin bir-biri ilə əlaqə qurmasına dəstək vermək, ikitərəfli ticarətin, təcrübə və bilik mübadiləsini təşviq etmək, biznes icmasının maraqlarını müdafiə etmək və mədəni sahədə əlaqələri gücləndirməkdən ibarətdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 31 Oktyabr 2025 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see413

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see406

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see314

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see304

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see271

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see270

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see263

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see258

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see255

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see247

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see246

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see230

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see215

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see212

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see208

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see205

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see204

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see200

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see198

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri