Azərbaycan bu gün dünyada tolerantlıq və multikulturalizmin əsas mərkəzlərindən birinə çevrilmişdir Yeni Gündəm
Icma.az, Yenigundem portalına istinadən məlumat yayır.
Son illər Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu və Prezident İlham
Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində Azərbaycan bu gün dünyada tolerantlıq və multikulturalizmin əsas mərkəzlərindən birinə çevrilmişdir.
Ölkəmiz beynəlxalq tədbirlərin keçirildiyi mühüm platformaya çevrilmiş, bir çox qlobal forumlara uğurla ev sahibliyi etmişdir. Qarşıdan gələn 12-ci Qlobal Forum da bu istiqamətdə mühüm addımlardan biri olacaqdır.
Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” şüarı altında təşkil olunub.
Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfli yanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regional sabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirə olunur. Qlobal Bakı Forumu qlobal gündəlikdəki mühüm məsələlərin həllində aparıcı beynəlxalq platformalardan birinə çevrilib.
Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir araya gətirəcək.
Bu gün dünya tarixinin ən mürəkkəb və çətin mərhələlərindən birini yaşayır. Belə bir dövrdə qarşıda duran ən vacib məsələlərdən biri sabitliyin qorunması və təhlükəsizliyin təmin edilməsidir. Azərbaycan bu istiqamətdə mühüm rol oynayır və tolerantlıq, multikulturalizm, dinlər və sivilizasiyalararası dialoq sahəsində dünyaya nümunə göstərir.
Ölkəmiz müxtəlif beynəlxalq forumlar, görüşlər və tədbirlər vasitəsilə bu sahəyə öz töhfəsini verir. Digər beynəlxalq forumlar kimi, bu forum da prosesə mühüm töhfə verəcək və ölkələrin inkişafına xidmət edəcəkdir.
Ceyhun Məmmədov
Milli Məclisin Deputatı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 16 Mart 2025 23:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















