Icma.az
close
up
RU
Azərbaycan bu gün Türk dünyasının inteqrasiyasının gücləndirilməsi istiqamətində təşəbbüs və fəaliyyətlərini uğurla davam etdirir

Azərbaycan bu gün Türk dünyasının inteqrasiyasının gücləndirilməsi istiqamətində təşəbbüs və fəaliyyətlərini uğurla davam etdirir

Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır.


Türk Dövlətləri Təşkilatının (TDT) yaradılmasına ev sahibliyi etmiş Azərbaycan bu gün Türk dünyasının inteqrasiyasının gücləndirilməsi istiqamətində təşəbbüs və fəaliyyətlərini uğurla davam etdirir. TDT-nin ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazirlərinin və qurum rəhbərlərinin “Müasir cəmiyyətdə qadının rolu: dayanıqlı inkişaf və ənənəvi dəyərlər” mövzusunda ikinci iclasının Bakıda keçirilməsi də bunun əyani təsdiqidir. Prezident İlham Əliyev də bu tədbiri diqqət mərkəzində saxlayaraq, TDT-nin qadın liderlərinin sözügedən iclasının iştirakçılarına müraciət ünvanlayıb.
Dövlətimizin başçısı iclas iştirakçılarına müraciətində türk xalqlarının həyatında ailə institutunun həmişə sosial nizamın bünövrəsini təşkil etdiyini vurğulayaraq, qadınlarımızın tarixən həm ailənin mənəvi dayağı olması, həm Vətənin müdafiəsində iştirak etməsi, həm də mənəvi dəyərlərimizin qorunmasında, əxlaqi sərvətimizin yaradılmasında onların önəmli rolunu qeyd edib: "Zəngin ortaq tarixi-mədəni köklərə malik türk xalqlarının həyatında ailə həmişə sosial nizamın bünövrəsini təşkil etmişdir. Bütün şanlı keçmişimiz boyunca qadınlar həm ailənin mənəvi dayağı olmuş, həm Vətənin müdafiəsini özlərinin müqəddəs vəzifəsi bilmiş, həm də yüksək ictimai mövqelər qazanaraq cəmiyyətin tərəqqisinə töhfə vermişlər. Müştərək əxlaqi sərvətlər xəzinəmizin yaşadılmasında onların müstəsna xidməti vardır".
Prezident, həmçinin bəşəriyyətin hazırkı sınaqlar, qlobal çağırışlar və dəyişikliklər dönəmində Türk dünyasında ailə institutunun qorunması və gücləndirilməsinin, ənənəvi dəyərlərlə dayanıqlı inkişaf və inklüzivliyin uzlaşdırılmasının vacibliyi məsələsinə də toxunub, TDT miqyasında ailə məsələləri və sosial siyasət sahəsində əlaqələrin dərinləşdirilməsini qeyd edib: "Hazırkı qlobal çağırışlar dövründə Türk Dövlətləri Təşkilatı miqyasında ailə məsələləri və sosial siyasət sahəsində əlaqələrin dərinləşdirilməsi ölkələrimizdə ailə institutunun qorunması və gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır, ənənəvi dəyərlərlə uzlaşan dayanıqlı inkişaf və inklüzivlik yolunda yeni imkanlar açır".
Türk Dövlətləri Təşkilatının ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazirlərinin və qurum rəhbərlərinin ikinci iclasının iştirakçılarına ünvanlandığı məktubunda İlham Əliyev Azərbaycan dövlətinin qadınların hüquqlarının təmin olunması və onların cəmiyyətdə rolunun genişləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirdiyini vurğulayaraq, ölkəmizdə qadınların öz mədəni-elmi potensialları ilə ictimai-siyasi proseslərdə yaxından iştirak etdiklərini, eləcə də dövlət qurumlarında layiqincə təmsil olunduqlarını bildirib.
Bakının ev sahibliyi etdiyi bu iclasın nəticələri onu göstərir ki, Türk Dövlətləri Təşkilatı ailə və sosial siyasət sahəsində çoxtərəfli iş birliyinin güçlü bir daşıyıcısına, fəal əməkdaşlıq mərkəzinə çevrilib. Bakı toplantısı Türk dünyasının sosial həmrəylik zəminini daha da dərinləşdirəcək və mədəni-insani əlaqələri genişləndirəcək. Ortaq ağıl və könül birliyi ilə yürüyən TDT-nin qadın rəsmilərinin Bakıda keçirilən iclası türk dövlətlərinin atdığı addımların dünyada sülhə və rifaha xidmət etdiyini göstərir.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 12 İyun 2025 21:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see306

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see276

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see243

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see230

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see212

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see208

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see197

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see187

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see165

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see160

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see158

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see156

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see153

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see150

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see148

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see144

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see143

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see142

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri