Icma.az
close
up
RU
Azərbaycan bu il neçə ölkə ilə ticarət edib?

Azərbaycan bu il neçə ölkə ilə ticarət edib?

Azpost saytına istinadən Icma.az xəbər verir.

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 175 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 120 ölkəyə məhsul ixrac olunub, 170 ölkədən idxal edilib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2025-ci ilin yanvar-oktyabr aylarında xarici ticarət dövriyyəsi 39 milyard 913,9 milyon dollar, o cümlədən ixracın dəyəri 20 milyard 688,7 milyon dollar, idxalın dəyəri 19 milyard 225,2 milyon dollar təşkil edib, nəticədə 1463,5 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

2024-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 3,9 faiz artmış, real ifadədə isə 7,9 faiz azalıb. İdxal real ifadədə 7,9 faiz, ixrac isə 7,8 faiz azalıb.

Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən xarici ticarət dövriyyəsinin 87,7 faizi İtaliya, Türkiyə, Rusiya, Çin, Almaniya, ABŞ, Birləşmiş Krallıq, İsveçrə, Avstraliya, Çexiya, Gürcüstan, Yunanıstan, Bolqarıstan, Xorvatiya, Qazaxıstan, Rumıniya, İran, Özbəkistan, Portuqaliya, Ukrayna, Fransa, Belarus və Hindistan ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 19,4 faizi Çinin, 16,5 faizi Rusiyanın, 10,1 faizi Türkiyənin, 5,2 faizi ABŞ-ın, 4 faizi Avstraliyanın, 3,9 faizi Birləşmiş Krallığın, 3,6 faizi Almaniyanın, hər biri 2,7 faiz olmaqla Qazaxıstan və İranın, 2,4 faizi İsveçrənin, hər biri 2,1 faiz olmaqla Özbəkistan və İtaliyanın, hər biri 1,5 faiz olmaqla Meksika, Yaponiya, Braziliya və Cənubi Afrika Respublikasının, hər biri 1,4 faiz olmaqla Koreya və Belarusun, 1,2 faizi Ukraynanın, hər biri 1 faiz olmaqla Fransa və Hindistanın, 0,9 faizi İspaniyanın, 12,4 faizi isə digər ölkələrin payına düşüb.

İdxalda qiymətli metalların, azqiymətli metallar və onlardan hazırlanan məmulatların, maşınların, mexanizmlərin, elektrotexniki avadanlıq və aparatların, nəqliyyat vasitələrinin, kimya sənayesi məhsullarının, mineral məhsulların, hazır ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, bitki mənşəli məhsulların, tekstil materialları və məmulatlarının, plastmas və ondan hazırlanan məmulatların dəyəri üstünlük təşkil edib.

2024-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə 2025-ci ilin yanvar-oktyabr aylarında mühüm məhsul növlərindən buğda idxalı 6,4 faiz, xam şəkər – 25,6 faiz, kartof – 13,8 faiz, mal əti – 2,8 faiz, təzə tərəvəz – 35,6 faiz, siqaretlər – 2,8 dəfə, minik avtomobilləri – 29,8 faiz, polad prokatı – 0,7 faiz, avtobuslar – 2,4 dəfə, məişət kondisionerləri – 11,5 faiz, mineral gübrələr – 3,1 faiz, polietilen – 20 faiz, polipropilen – 5,2 faiz, məişət soyuducuları – 11,6 faiz artıb, bitki yağları idxalı isə 7,1 faiz,

kərə yağı, digər süd yağları və pastaları – 12,1 faiz, təzə meyvə – 14,7 faiz, şokolad və şokolad məhsulları – 4 faiz, unlu qənnadı məmulatları – 2 faiz, çay – 5,5 faiz, quş əti və onun əlavə məhsulları – 28,9 faiz, dərman vasitələri – 15,6 faiz, qara metallardan borular – 12,4 faiz, hesablama maşınları, blok və qurğuları – 9,8 faiz, ayaqqabılar – 2 faiz, rezin şinlər – 3,1 faiz, sintetik yuyucu vasitələr – 5,8 faiz, mebellər – 0,3 faiz, yük avtomobilləri – 6,4 faiz, qara metallardan çubuqlar – 0,9 faiz, paltaryuyan maşınlar – 11,2 faiz, qara metallardan künclüklər – 1,9 faiz, sement – 21,8 faiz azalıb.

2025-ci ilin yanvar-oktyabr aylarında ölkəyə 86 min 909 ədəd minik avtomobili, 6588 ədəd yük avtomobili, 702 ədəd avtobus idxal olunub.

İdxal olunan malların 49,2 faizini avtomobil, 31,1 faizini hava, 10,1 faizini dəniz, 9,3 faizini dəmir yolu nəqliyyatı ilə gətirilmiş, 0,3 faizini isə boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilmiş məhsulların dəyəri təşkil edib.

İxracın 46,9 faizini İtaliyaya, 13 faizini Türkiyəyə, 4,5 faizini Rusiyaya, 3,3 faizini Çexiyaya, 3,1 faizini Yunanıstana, 3 faizini Bolqarıstana, 2,9 faizini Xorvatiyaya, 2,6 faizini Gürcüstana, 2,5 faizini Almaniyaya, 2,3 faizini Rumıniyaya, 2 faizini Portuqaliyaya, 1,8 faizini İsveçrəyə, 1,3 faizini Birləşmiş Krallığa, 1 faizini İrlandiyaya, hər biri 0,9 faiz olmaqla Niderland və Ukraynaya, 0,8 faizini Tunisə, 0,7 faizini Fransaya, 0,6 faizini Hindistana, 0,5 faizini Serbiyaya, 5,4 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

2025-ci ilin yanvar-oktyabr aylarında qeyri-neft-qaz məhsullarının ixracı 2987,8 milyon dollar təşkil edib və 2024-cü ilin yanvar-oktyabr aylarına nisbətən faktiki qiymətlərlə 6,6 faiz artıb, real ifadədə isə 17,7 faiz azalıb. Qeyri-neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (32,4 faiz),

Türkiyəyə (16,3 faiz), İsveçrəyə (9,7 faiz), Gürcüstana (9,2 faiz), Ukraynaya (5,7 faiz), Birləşmiş Ərəb Əmirliklərinə (3,1 faiz), Qazaxıstana (2,7 faiz), Belarusa (2,1 faiz), Özbəkistana (2 faiz), Türkmənistana (1,8 faiz), ABŞ-a (1,7 faiz), İtaliyaya (1,2 faiz) Almaniyaya (1,1 faiz ), Çinə (1,1 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.

İxracın strukturunda xam neft, təbii qaz və neft-qaz məhsullarının, meyvə və tərəvəzlərin, plastmas və ondan hazırlanan məmulatların, kimya sənayesi məhsullarının, alüminium və ondan hazırlanan məmulatların, pambıq lifi və ipliyinin, qara metallar və onlardan hazırlanan məmulatların, alkoqollu və alkoqolsuz içkilərin, şəkərin, bitki yağlarının payı üstünlük təşkil edib.

2025-ci ilin yanvar-oktyabr aylarında 2024-cü ilin yanvar- oktyabr ayları ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 28,2 faiz, təzə tərəvəz – 17,9 faiz, şəkər – 58,5 faiz, siqaretlər – 35 faiz, kartof – 47,1 faiz, bitki yağları – 22,3 faiz, mineral gübrələr – 8 faiz, polietilen – 5,2 faiz, emal olunmamış alüminium – 48,7 faiz, sement klinkerləri – 13,8 faiz, pambıq ipliyi – 17,8 faiz artıb, meyvə və tərəvəz şirələri ixracı isə 1,5 faiz, meyvə və tərəvəz konservləri – 19 faiz, tütün – 45,7 faiz, çay – 4,3 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 27 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 22 faiz, pambıq lifi – 9,8 faiz, polipropilen – 6,4 faiz, elektrik enerjisi – 34,9 faiz, qara metallardan borular – 9,8 faiz, qara metallardan çubuqlar – 40,2 faiz, bentonit gili – 16,4 faiz azalıb.

2025-ci ilin yanvar-oktyabr aylarında ixracın 84,9 faizini boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilmiş, 9,5 faizini avtomobil, 3,4 faizini dəmir yolu, 1,6 faizini hava, 0,6 faizini isə dəniz nəqliyyatı ilə göndərilmiş məhsulların dəyəri təşkil edib.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://azpost.info
archiveBu xəbər 12 Dekabr 2025 18:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Normal maarifləndirmə işi aparmağa qaneedici vasitələr yoxdur

03 İyul 2026 14:16see527

Masallıda baş verən qəzada 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb

03 İyul 2026 01:33see439

Ürəyin ən böyük düşməni Yalnız bu amil ölüm riskini kəskin artırır

03 İyul 2026 01:42see297

Energetika Nazirliyində növbəti kollegiya iclası keçirilib

03 İyul 2026 15:59see276

Ronaldunun bacısı futbolçunun DÇ 2026 dan sonra millidə karyerasını bitirəcəyini deyib

03 İyul 2026 02:41see234

Mədinə Babayeva Kəlbəcərdə dəfn olunub

03 İyul 2026 18:51see217

İlham Namiq Kamalın oğlu məzun oldu

03 İyul 2026 01:20see215

Zelenski hədələdi: Ukraynanın cavabı necə olacaq?

03 İyul 2026 07:01see199

Məşhur Hollivud aktyorları İspaniyaya azarkeşlik ediblər FOTO

03 İyul 2026 01:54see192

Fon der Lyayen Avropa Komissiyasının siyasi mövcudluğunu genişləndirir

03 İyul 2026 21:20see183

Saray qəsəbəsi dünəndən sabaha boy atır

03 İyul 2026 00:00see175

DÇ 2026: İspaniya darmadağınla 1/8 finala adladı

03 İyul 2026 01:52see172

DÇ 26: Kolumbiya 1/8 finala yüksəlib

04 İyul 2026 07:38see171

WhatsApp ın yeni username funksiyasını dayandırdılar

03 İyul 2026 04:37see169

Dubl edən yox, Yamal matçın ən yaxşısı seçildi

03 İyul 2026 01:56see168

UEFA Norveç millisinə texniki məğlubiyyət verdi

04 İyul 2026 03:52see167

Finlandiya əmək istismarı ilə mübarizə aparmaq üçün yaşayış icazəsinin verilməsi qaydalarını sərtləşdirir

04 İyul 2026 06:44see164

Bunlar saç tökülməsini artırır Həkim səbəbləri açıqladı

03 İyul 2026 22:22see160

DÇ 2026 1/8 final cütü: Argentina Misir

04 İyul 2026 05:02see154

Qubada çörəyin qiyməti niyə qalxıb? VİDEO

04 İyul 2026 06:48see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri