Kəmalə Qaramollayevanın Dünyam konsertindən GÖRÜNTÜLƏR
Icma.az, Baku.ws saytına istinadən bildirir.
Müğənni Kəmalə Qaramollayevanın çoxdandır gözlənilən konserti baş tutub.
BAKU.WS xəbər verir ki, "Dünyam" adlı konsertdən əvvəl sənətçi jurnalistlərin suallarını cavablandırıb.
Müğənni musiqili gecədə bir çox janrlı əsərlər ifa edəcəyini, bir neçə dildə mahnı səsləndirəcəyini qeyd edib.
Daha sonra sənətçi Heydər Əliyev Sarayında musiqisevərlərə unudulmaz anlar yaşadıb.
Musiqili gecəni tanınmış aparıcı Saleh Bağırov təqdim edib.
Konsertin açılışını Kəmalə Qaramollayeva öz bəstəsi olan "Hər şeyimsən" adlı mahnı ilə edib.
İfaçı mahnını royalda özü müşayiət edərək səsləndirib. Onun həm bəstəkar, həm də ifaçı kimi təqdim etdiyi bu musiqi nömrəsi tamaşaçıların diqqətini cəlb edib və konsert gecəsinə xüsusi ovqat qatıb.
Zəngin repertuarı, rəngarəng musiqi nömrələri və xüsusi səhnə təqdimatı ilə yadda qalan konsert sənətkarın ifaçılıq imkanlarını və musiqiyə fərdi yanaşmasını bir daha nümayiş etdirib.
Konsert zamanı ifaçı 18 ən populyar və yeni mahnılarını səsləndirib. Bunlar arasında arasında "Dünyam", "Ərə Verim", "Qoyma, Gəldi" və "Sən Mələksən" kimi ifalar yer alıb.
Müğənninin ifaçılıq ustalığı, səhnə enerjisi və tamaşaçı ilə qurduğu səmimi ünsiyyətlə gecəyə xüsusi rəng qatıb. Kəmalə Qaramollayeva iki libas geyinib.
Tamaşaçıların hər bir ifanı alqışlarla qarşılayıb. Musiqi nömrələrinə göstərilən böyük maraq konsertin ümumi ab-havasına xüsusilik qatıb.
Qalereya
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 25 Noyabr 2026 23:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















