“Çelsi”nin müdafiəçisi İngiltərənin üç nəhəng klubunun hədəfindədir
Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İngiltərənin “Çelsi” futbol klubunun fransalı müdafiəçisi Malo Qusto Premyer Liqanın üç aparıcı komandasının diqqətini çəkib.
İdman.Biz jurnalist Ekrəm Konura istinadən xəbər verir ki, 23 yaşlı futbolçunun vəziyyətini “Mançester Siti”, “Mançester Yunayted” və “Liverpul” izləyirlər.
Fransalı müdafiəçinin cari mövsümdə nadir hallarda start heyətində yer almasına baxmayaraq, London klubunun rəhbərliyi onun satışında maraqlı deyil. “Çelsi” futbolçunu 75 milyon funt sterlinq (təxminən 90 milyon avro) dəyərində qiymətləndirir.
Qüstonun transferinə əsas namizəd “Mançester Siti” hesab olunur. Komandanın baş məşqçisi Enzo Mareska “Çelsi”də birgə çalışdığı futbolçunun imkanlarına yaxşı bələddir.
Qeyd edək ki, “Transfermarkt” portalı sağ cinah müdafiəçisinin bazar dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 25 Noyabr 2026 23:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















