Icma.az
close
up
RU
Azərbaycan bu müharibə dən milyardlar qazana bilər

Azərbaycan bu müharibə dən milyardlar qazana bilər

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"ABŞ Prezidenti Donald Trampın başlatdığı “tarif müharibəsi” əslində dünyada iqtisadi və biznes maraqlarının təkrar bölgüsü üzrə gedən müharibənin davamıdır. Bu müharibə uzun zamandır var, lakin Trampın “tarif müharibəsi” ilə daha şiddətli fazaya keçdi. Əgər bu tendensiya davam edərsə, yaxın gələcəkdə dünya iqtisadiyyatı ciddi tənəzzüllə üz-üzə qala bilər”.

Bu sözləri  sabiq maliyyə naziri, "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri, iqtisad elmləri doktoru Fikrət Yusifov bildirib. Mövcud vəziyyətin Azərbaycana təsiri ilə bağlı iqtisadçı  "İqtisadiyyatın real sektorunda inqilabi dəyişikliklər etməyə məcbur olduğumuz desəm, daha doğru olar”,-deyib. Dünya iqtisadiyyatında baş verən hadisələrin ölkəmizə təsirini önləmək üçün hansı inqilabi dəyişikliklər etmək olar?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Fuad İbrahimov “Cebheinfo.az”-a bildirib ki, “tarif müharibəsi”  dünya iqtisadiyyatını təlatümə gətirən, tətbiq olunan qarşılıqlı tariflərdir: 

“Avropa ilə Amerika, yaxud ABŞ ilə Çin arasında bu təlatüm yaşanır. Bu nöqteyi-nəzərdən inqilabi dəyişikliklər dedikdə, məsələn, Çin modelinin bir çox istehsal proseslərinin burada tətbiq olunması üçün münbit şərait var. Bu gün Amerika Çinə 104 faiz sanksiya tətbiq edir. Biz əslində bundan istifadə edə bilərik. Ticarət müharibələri nəticəsində Azərbaycan öz ərazisində biznes üçün münbit şərait yaratmaqla bir çox strateji istehsal proseslərinin, sənayenin ölkəmizdə hərəkətinə gətirib çıxara bilər. 

Biz Avropa məkanıyıq. Hesab edək ki, Azərbaycana 20-30 faiz gömrük rüsumu, Çinə isə 104 faiz  rüsum tətbiq olunacaq. İstehsal prosesi zamanı bu inqilabi yeniliyi əlavə edə bilərik. Sonra da rəqabət mühitini saxlamaqla həm qeyri-neft sektorunun dayanıqlı inkişafıını təmin etmiş oluruq, həm də böyük bir işsizlik problemini həll etmiş oluruq. 

Bu, ölkənin qeyri-neft sektoru istiqamətində sənayeləşdirilməsinə imkan yaradır. Amerika ilə Çin arasında olan problem  Avropa ilə Çin arasındakı münasibətləri genişləndirəcək, ticarət dövriyyəsinin artmasına səbəb olacaq. Ticarət dövriyyəsinin artması yükdaşımaların artması deməkdir. Yükdaşıma üçün ən elastik daşıma yenə də Azərbaycandır. 

Biz bunu şaxələndirməklə, yükdaşıma qabiliyyətini artırmaqla, böyük yük bazaları üçün bir hab yüksaxlama məntəqələri yaratmaqla yenə də iş yerlərinin açılmasına, eyni zamanda Azərbaycanın tranzit məkan kimi püxtələşməsinə imkan yaratmış olacağıq. Bu istiqamətlərdə əlbəttə ki, imkanlardan yararlanmaq lazımdır. Ən başlıcası fürsətdən istifadə edib regionun maliyyə mərkəzini Azərbaycana yerləşdirmək olar. İqtisadiyyatı liberallaşdırmaqla, maliyyə amnistiyaları verməklə ölkənin ərazisində maliyyə maraqlarının kəsişməsini təmin etmiş olarıq. Bütün ölkələr artıq sövdələşmələrini, bank yatırımlarını, köçürmələrini bizim kommunikasiyalar üzərindən həyata keçirsin”.    

Nigar Abdullayeva
“Cebheinfo.az”

Açar sözlər: Azərbaycan Tramp “tarif müharibəsi” Fuad İbrahimov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 10 Aprel 2025 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see402

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see392

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see345

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see327

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see310

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see254

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see254

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see250

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see248

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see227

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see221

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see220

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see213

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see208

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see206

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see206

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see203

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see202

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see193

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri