Icma.az
close
up
RU
Azərbaycan iki müharibə aynasında

Azərbaycan iki müharibə aynasında

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

Ukraynalıların 64 faizi "hərbi əməliyyatların dondurulması" haqda danışıqlara başlamağın tərəfdarıdır. 31 faiz bu fikri bölüşmür.

Bu barədə Ukraynanın strana.ua nəşri "Sosial monitorinq" sorğu mərkəzinə istinadla məlumat yayıb.

Rəyi soruşulanların cəmi 39 faizi hesab edir ki, yalnız Ukraynanın beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyünün bərpa olunması ilə nəticələndikdə sülh ola bilər. Respondentlərin 56 faizi isə bu fikirdə deyil.

Daha əvvəl Amerikanın Gallup mərkəzinin apardığı sorğunun nəticələrinə görə, rəyi soruşulan Ukraynalıların 52 faizi müharibənin dayandırılmasına tərəfdar çıxmışdı. Deməli, Ukrayna cəmiyyətində müharibədən yorğunluq və öz ölkəsinin qələbəsinə inamsızlıq çoxalıb. Artıq müharibənin dayandırılması - hərbi münaqişənin, necə deyərlər, dondurulması tərəfdarlarının sayı 60 faizi keçib.

Rusiya tərəfi isə bununla da razı deyil; Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin MDB üzvü olan dövlətlərin təhlükəsizlik və kəşfiyyat orqanları rəhbərləri müşavirəsinin 20-ci iclasında deyib ki, münaqişənin dondurulmasından söhbət gedə bilməz. O bildirib ki, "xüsusi hərbi əməliyyat" buna gətirib çıxarmış səbəblər aradan qaldırıldıqdan sonra dayandırıla bilər.

ABŞ-ın artıq səlahyyət müddəti bitən Co Bayden hökuməti də müharibənin dayandırılmasını istəmir. Dövlət katibi Entoni Blinken deyib ki, Ukraynaya verilməsi daha əvvəl razılaşdırılmış, ancaq verilməmiş olan bütün resurslar Kiyevə veriləcək. Blinken məqsədin "güc mövqeyindən çıxış etməklə sülhə nail olmaq" olduğunu bildirib.

Qərb mətbuatı yazır ki, ABŞ Ukraynaya hətta beynəlxalq konvensiyalarla qadağan olunmuş silahların verilməsini də planlaşdırır. Bu, daha çox piyada əleyhinə minalardır. Ağ Ev həmin məlumatları təkzib etməyib, bu qərarı Rusiyanın müharibədə öz taktikasını dəyişməsi ilə izah edib.

Blinken deyib ki, Bayden administrasiyası son gününə qədər Ukraynanı dəstəkləyəcək. Vaşinqton artıq Rusiyanın nüvə hədəsinə baxmayaraq, Ukraynaya uzaqmənzilli Amerika raketlərindən istifadə etməyə də icazə verib və bunu Şimali Koreyanı Rusiyaya dəstək verməkdən çəkindirmək motivi ilə izah edib.

Proseslərin hansı istiqaməıtdə davam edəcəyi, necə yekunlaşacağı hələ aydın deyil. Aydın olan budur ki, Ukrayna cəmiyyətində müharibənin davamını istəməyənlərin sayı artır. Bu, olkədə daxili siyasi dəyişikliyi də labüd edir. Ancaq indi Ukraynada hərbi vəziyyət rejimi var və seçki keçirilmir. Seçkilər bu gün olsa, təbii ki, müharibə tərəfdarları - Qərbçilər uduzar, onların yerinə bir qədər daha mülayim mövqeli siyasətçilər gələr.

Əlbəttə, bu da bir mülahizədir. Sadəcə, ictimai rəy üzərindən Azərbaycanın 1990-cı illərinə və sonrakı dövrə baxmaq istərdim.

1990-cı illərdə Azərbaycanın da ərazisi işğal olunmuşdu. Həm də ilhaq olunmuşdu. İşğalçı-ilhaqçı Ermənistanın arxasında Yeltsin Rusiyası var idi. Ancaq indi Ukraynaya qələbə üçün hər cür silah, maliyyə, siyasi, hərbi dəstək verən Qərb ölkələri o vaxt Azərbaycanın yox, işğalçının yanında yer almışdılar. Öz torpaqlarını işğaldan azad etməyə çalışan Azərbaycana qarşı ABŞ Konqresi sanksiya qoymuşdu. Bu, "Azadlığı müdafiə aktı"na məşhur 907-ci düzəlişdir. Doğrudur, Prezident Barak Obama öz dönəmində bu düzəlişin qüvvəsini müvəqqəti olaraq dayandırmışdı; Azərbaycanın beynəlxalq antiterror koalisiyası çərçivəsində Əfqanıstana ABŞ hərbi yüklərinin logistikasına görə sanksiyanı dondurmuşdu. Ancaq Donald Trampın birinci hakimiyyət dövrünün sonuna yaxın Azərbaycan öz torpaqlarını işğaldan azad edib, öz ərazi bütövlüyünü bərpa elədi. 2023-cü ildə - artıq prezident Co Bayden dövründə öz suverenliyini tam təmin elədi. Buna görə prezident Bayden (həm də artıq Əfqanıstandan çıxmış Amerika) yenidən 907-ci düzəlişi xatırladı və bu sanksiyanın hüquqi qüvvəsini bərpa elədi. Təsəvvür edin: Bayden administrasiyası BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdiyinə görə... Azərbaycanı cəzalandırdı. Paradoksu görürsünüzmü?

Bu gün Ukraynaya hətta beynəlxalq konvensiyalarla qadağan olunmuş silahları da havayı göndərirlər. Amma Azərbaycana heç konvensiyaların icazə verdiyi silahları belə pulla satmadılar. Ümumiyyətlə, satmağı özlərinə də, müttəfiqlərinə də qadağan etmişdilər. Hazırda işğalçını dayandırmaq və öz torpağından qovmaq istəyən Ukraynaya uzaqmənzilli raketlərlə Rusiyanın dərinliklərindəki hədəfləri vurmağa da ABŞ və aparıcı Avropa dövlətləri icazə verib. Amma işğalçının ərazisindəki hədəflər bir yana qalsın, Azərbaycanın elə özünün işğal altındakı ərazilərindəki düşmən mövqelərini yaxınmənzilli raketlərlə vurmasına qarşı çıxırdılar.

Bu gün Ukraynanın müharibəni dayandırmasına qarşı çıxan, bu münaqişənin siyasi həllini inkar edən böyük dövlətlər, otuz il ərzində Azərbaycana təkrar-təkrar xəbərdarlıq edirdilər ki, o zamankı Ermənistan-Azərbaycan konfliktinin hərbi yolla həlli mümkün deyil. İndi işğalçı tərəf Ukraynanı üç yerə bölmək planı qurub. O zaman da - 90-cı illərin əvvəllərində Azərbaycanı üç yerə bölmək planı vardı.

Rusiya kəşfiyyat xidmətlərinə yaxın olan "Nezavisimaya qazeta"nın Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinə bağlı olduğu bilinən hərbi məsələlər üzrə şərhçisi Pavel Felgenhauer 1993-cü ilin əvvəlində öz məqaləsində Ermənistanın Qarabağ ətrafındakı rayonları zəbt edərək, "bufer zonası" yaratmaq, eləcə də, Astara da daxil olmaqla Azərbaycan-İran sərhədi boyu bütün bölgələri ələ keçirib, Xəzər dənizinə çıxmaq, bu sərhədyanı ərazilərə nəzarəti İranla bölüşmək planları haqqında yazırdı (sonrlar reallaşmaısına cəhd edilən qondarma "Talış-Muğan Respublikası" bu avantüranın bir hissəsi idi). Bunun ardınca Naxçıvan Muxtar Respublikasının işğalı planları gəlirdi. Üstəlik həmin vaxt Rusiya xüsusi xidmətləri Azərbaycanın şimal və şimal-qərb ərazilərində separatçı hərəkatları maliyyələşdirir və aktivləşdirirdi.

Azərbaycanda hakimiyyətin dəyişməsi bütün başqa siyasi və faciəli nəticələrə baxmayaraq, bir mühüm nəticə berdi: ölkə ərazilərinin Rusiya, İran və Ermənistan arasında bölüşdürülməsi planlarını pozdu.

İndi Ukraynanı parçalanmaqdan xilas etmək üçün növbəyə düzülənlər, zamanında Azərbaycan üzərində oynanılan oyunlara gözünün ucu ilə də baxmırdılar. İşğalçını dilucu da olsa, qınamırdılar.

Blinken deyir ki, bu gün 50-dən çox dövlət Ukraynaya köməyi davam etdirir. Amma zamanında Azərbaycana 50 yox, heç 5 dövlət dəstək vermədi. Qarabağ müharibəsinin nə birinci fazasında, nə ikinci fazasında Azərbaycan dünyanın aparıcı deyilən güclərindən dəstək görmədi.

Bunları, bilirsiniz, niyə yazıram?! Çünki indi Ukrayna ABŞ başda olmaqla minimum 50 dövlətin hər cür dəstəyi ilə müharibədə məğlub olur. Ancaq 4 il əvvəl Azərbaycan o 50 dövlətdən heç bir dəstək almadan təkbaşına öz torpaqlarını azad elədi. İndi Ukraynaya hər tərəfdən hər cür yardım yağıdıran həmin dövlətlər, 2020-2023-cü illərdə Azərbaycana hər tərəfdən hər cür təzyiq göstərirdilər. Halbuki Ukrayna bu gün nə etməyə çalışırdısa, Azərbaycan da onu edirdi. Ancaq bir halda dünyanın "böyük"ləri Ukraynanın xilasından ötrü özünü "paralarkən", o biri halda - Azərbaycana kömək üçün barmağını belə tərpətmədi.

Bu günlərdə Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi Jozep Borrel açıq və net olaraq etirafda bulundu: "Bütün dünyada Avropa İttifaqını tez-tez ikili standartlara görə tənqid edirlər".

Avropanın, yeri gəlmişkən, qatı Azərbaycanofob, türkofob baş diplomatı Borrel, gec də olsa, (pensiyaya yollanmaq ərəfəsində) gerçəyi söyləyib. Bu bəyanatın içində Azərbaycana qarşı haqsızlığın da etirafı var, ya yox, düzü, bilmirəm. Ancaq başqa bir gerçək də danılmazdır: Azərbaycan 4 il əvvəl bütün ikili standartlara qarşı tək vuruşdu və təkbaşına qalib gəldi.

Bəlkə də 2020-ci ildən zaman məsafəsi ardıqca, biz qazandığımız uğurun əhəmiyyətindən də uzaqlaşırıq. Bilmirəm. Ancaq bildiyim bir şey var: Azərbaycan xalqı heç vaxt işğalla barışmadı. İndi Ukraynalıların 64 faizi münaqişəni, işğalı dondurmağa çağırır. Ancaq Azərbaycan cəmiyyəti hər 8 nəfərindən biri qaçqın, köçkün olduğu halda, nəinki işğalla barışdı, əksinə dövlətdən hər zaman bunu tələb etdi. İşdən, maaşdan, çörəkdən, evdən, eşikdən çox, torpağı qaytarmağı tələb etdi. Hətta 1994-cü ildə atəşkəs sazişi imzalananda da, cəmiyyət bunu birmənalı qarşılamadı; saziş çox və davamlı tənqid olundu. Sənədə imza qoyan dövlət adamları az qala xəyanətdə günahlandırıldı.

Ancaq bir həqiqət də var: nə onda, nə sonralar dövlət Qarabağı unutmadı, unutdurmadı. Torpaqların işğaldan azad olunması hər zaman dövlətin bir nömrəli prioriteti oldu. Bütün resurslar bu hədəfə yönəldildi. Ən ümidsiz situasiyalarda belə dövlət başçısı Qarabağın geri alınacağını şübhə altına qoyacaq bir cümlə, bir söz belə işlətmədi. Prezident İlham Əliyev özü də qələbədən sonra bu nüansa toxundu: qələbəyə bir an belə şübhə etmədiyini söylədi. "Mən özüm bu zəfərə inanmasaydım, xalqı da inandıra bilməzdim",-dedi.

Məncə, daha çox müqayisəyə və əlavə şərhə ehtiyac qalmadı.

Bahəddin Həzi, bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 27 Noyabr 2024 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Fransadakı erməni diasporu maddi maraqlarını təmin etmək üçün Ermənistanın faciəsinə çalışır”

24 İyun 2026 19:47see261

Rəsmi Bakı Fransaya sərt cavab verdi

24 İyun 2026 18:34see253

Uşaqların boyunu uzadan qidalar Mütəxəssislər açıqladı

24 İyun 2026 22:50see245

Ursula fon der Lyayenə qarşı istintaq başlanıldı − Zelenski ilə gizli söhbətə görə

25 İyun 2026 00:07see244

Maksimum bal toplayan məzunlar Siyahı

25 İyun 2026 02:56see235

Qətər millisi qrupda qaldı

25 İyun 2026 01:26see229

Prezident İlham Əliyev bir sıra fərmanlarda dəyişiklik edib

24 İyun 2026 23:38see228

Temu dan ucuz paraşüt alıb test etdi (Video)

25 İyun 2026 21:43see225

Uşağınız televizora belə baxırsa, diqqətli olun! Onlarda bu xəstəlik ola bilər

24 İyun 2026 22:43see216

ŞOK! 50 azərbaycanlı gizlicə Afrikaya aparılıb? Orqan mafiyasının dəhşətli şəbəkəsi üzə çıxdı

25 İyun 2026 12:26see216

Qobustanda yol polisindən yayınan sürücü həbs edildi KONKRET

25 İyun 2026 12:27see214

Qara Hot doq faydalı, yoxsa iyrənc?

25 İyun 2026 00:08see205

Zelenski ilə məxfi yazışmalar üzə çıxdı: Avropa Komissiyası sədrinə qarşı araşdırma

24 İyun 2026 22:19see199

Xəyanətdən sonra qalmalı, yoxsa ayrılmalı?

24 İyun 2026 21:42see192

Azərbaycan Gürcüstan sərhədi ilə bağlı daha bir ŞAD XƏBƏR

25 İyun 2026 21:50see179

Mənə soyuq dəyib Tibdə bu diaqnoz varmı?

24 İyun 2026 21:49see171

Şotlandiya Braziliya matçı ləngiyə bilər

24 İyun 2026 21:27see160

Fermerlərə ŞAD XƏBƏR Bu xərclər dövlət hesabına qarşılanacaq

25 İyun 2026 10:01see160

Qabaqlayıcı hərəkət etmək əmri verilib Zelenski

25 İyun 2026 00:52see159

Madiboya ağır cəza Koneyə kobud müdaxilə baha başa gəldi

25 İyun 2026 00:10see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri