Azərbaycan çempionatı üçün dörd ölkədən altı əcnəbi hakim dəvət olunub
Icma.az, Sia Az saytına istinadən bildirir.
Güləş üzrə Azərbaycan çempionatının görüşlərini yerli hakimlərlə yanaşı, ölkə xaricindən dəvət edilmiş altı referi də idarə edəcək.
Bu barədə SİA-ya Azərbaycan Güləş Federasiyasının (AGF) mətbuat xidmətinin rəhbəri Sərxan Musalı məlumat verib.
O, Ukrayna, Qazaxıstan, Belarus və Rumıniyadan olan ədalət təmsilçilərinin turnirdə iştirak edəcəyini söyləyib.
AGF rəsmisi Bakı İdman Sarayında baş tutacaq yarışın açılış mərasiminin yanvarın 8-də keçiriləcəyini diqqətə çatdırıb. S.Musalı Azərbaycan millisinin üzvlərinin əksəriyyətinin turnirə qatılacağını vurğulayıb.
Qeyd edək ki, yunan-Roma və sərbəst güləş üzrə Azərbaycan çempionatı yanvarın 7-11-i aralığında baş tutacaq. İlk olaraq yunan-Roma güləşçiləri xalça üzərinə çıxacaqlar. İlkin mərhələ qarşılaşmaları 10:00-da başlayacaq. Həlledici görüşlər isə 18:00-da start götürəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 05 Yanvar 2026 14:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















