Azərbaycan çempionatında ötən mövsüm ən çox “quru oyun” keçirən qapıçılar bəlli olub
Xalqcebhesi saytından alınan məlumata görə, Icma.az bildirir.
Misli Premyer Liqasının 2024/2025-ci illər mövsümündə ən çox “quru oyun” keçirən qapıçılar bəlli olub.
AZƏRTAC Peşəkar Futbol Liqasının açıqladığı statistikaya istinadla xəbər verir ki, siyahıya "Zirə"nin qolkiperi Aydın Bayramov başçılıq edir. O, 17 matçda qapısını toxunulmaz saxlayıb. İkinci pillədə "Araz-Naxçıvan"da çıxış edən Kristian Avram qərarlaşıb. Rumıniyalı qapıçı 16 görüşdə rəqib komandanın hücumçularına qol imkanı verməyib.
Üçüncü sırada isə "Qarabağ"ın polşalı qapıçısı Mateuş Koxalski yer alıb. Əlcək sahibi 11 qarşılaşmada qapısında qol görməyib.
İlk “beşliy”i "Turan Tovuz" klubunun sabiq qolkiperi İvan Konovalov (10) və bu yay "Kəpəz"dən ayrılan Rojerio Santos (9) tamamlayır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 04 Avqust 2025 13:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















