Azərbaycan I Liqasında ötən mövsüm ən çox tamaşaçı toplayan klub bəlli olub
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 13 iyun, AZƏRTAC
I Liqada 2024/25 mövsümünün oyunlarını 64 min 595 tamaşaçı izləyib.
AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 135 oyunda orta göstərici 478-ə bərabər olub.
Bu matçlardan ikisinin nəticəsi sonradan ləğv edilsə də, “Difai” – MOİK (40 tamaşaçı) və “Cəbrayıl” - “Qaradağ Lökbatan” (70 tamaşaçı) qarşılaşmaları tamaşaçı sayında nəzərə alınıb.
“Karvan” izləyici sayında hamını böyük fərqlə qabaqlayıb. Yevlax təmsilçisi ev oyunlarında orta hesabla 1950 tamaşaçı toplayıb. “İmişli” 2-ci, “Mingəçevir” 3-cü olub.
8-ci və 24-cü turlarda keçirilən “Karvan” – “Qəbələ” matçlarını daha çox – 3000 tamaşaçı izləyib. Üç görüşdə isə 2500 izləyici qeydə alınıb. Bu, 5-ci turun “Karvan” – “İmişli”, 7-ci turun “Karvan” – “Cəbrayıl” və 22-ci turun “İmişli” – “Karvan” görüşləridir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 13 İyun 2025 10:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















