Azərbaycan çempionatında ən çox sarı və qırmızı vərəqə alan komandalar bəlli olub ARAŞDIRMA
Icma.az, Report.az portalına istinadən məlumat verir.
Misli Premyer Liqasının ilk yarısında ən çox sarı və qırmızı vərəqə alan komandalar bəlli olub.
"Report"un məlumatına görə, sarı vərəqələrə əsasən siyahının ilk pilləsində "Sumqayıt" kollektivi qərarlaşıb.
"Gənclik şəhəri" təmsilçisinin üzvləri 18 matçda 46 dəfə belə halla üzləşiblər.
"Şamaxı" (40) 2-ci yerdədir. "Kəpəz" və "Turan Tovuz" (hər ikisi 39) 3-4-cü mövqeləri bölüşürlər. "Araz-Naxçıvan" (38) 5-ci, "Səbail" (36) 6-cı, "Sabah" (34) 7-ci, "Neftçi" (33) 8-ci, "Qarabağ" (25) 9-cu, "Zirə" (22) isə 10-cu olub.
Baş hakimlər mövsümün ilk yarısında çempionat qarşılaşmalarında cəmi 6 qırmızı vərəqə göstəriblər.
"Kəpəz"dən Elmir Tağıyevlə Dioqo Verdaska, "Şamaxı"dan Brahim Konate, "Qarabağ"dan Elvin Cəfərquliyev, "Araz-Naxçıvan"dan Turan Vəlizadə, "Neftçi"dən Edvin Kuç matç vaxtı komandalarını azlıqda qoyublar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 27 Dekabr 2024 16:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















