Azərbaycan çempionatlarında yeni ilin ilk oyunlarının vaxtları açıqlanıb
Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
Qadın və kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqalarında 2026-cı ilin ilk oyunlarının vaxtı açıqlanıb.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.
Kişilərin yarışında səkkizinci tura yanvarın 6-da “Neftçi” - “Gənclər” matçı ilə start veriləcək. Qarşılaşma saat 16:00-da başlanacaq. Saat 18:00-da “Ordu” - Murov Az Terminal” görüşü keçiriləcək. Hər iki oyun Fövqəladə Hallar Nazirliyinin (FHN) idman zalında olacaq. Səkkizinci turun “Gəncə” - “Milli Aviasiya Akademiyası” matçı yanvarın 9-da saat 15:00-da start götürəcək. Bu oyun isə Gəncə İdman Sarayında təşkil ediləcək.
Yanvarın 9-da, saat 16:00-da, FHN-nin idman zalında II turdan təxirə salınmış “Azerreyl” - “Gənclər” qarşılaşması baş tutacaq.
Qadınların mübarizəsində isə altıncı turdan təxirə salınmış matç yanvarın 6-da olacaq. Saat 17:00-da “Murov Az Terminal” - “Abşeron” oyunu keçiriləcək. Səkkizinci turun “Turan” - “Azerreyl” görüşü yanvarın 8-də saat 14:00-da, “DH Volley” - UNEC qarşılaşması saat 18:00-da keçiriləcək. “Gəncə” - “Milli Aviasiya Akademiyası” dueli isə yanvarın 9-da saat 15:00-da başlanacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 02 Yanvar 2026 14:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















