Icma.az
close
up
RU
Azərbaycan Çin, Bakı Tehran: İrəvanda əndişə var

Azərbaycan Çin, Bakı Tehran: İrəvanda əndişə var

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Prezident İlham Əliyevin Çinə dövlət səfəri, orada keçirdiyi görüşlər, imzalanmış dövlət sənədləri, o cümlədən İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri və onun ikitərəfli münasibətlərin inkişafı baxımından oynadığı müstəsna rol Ermənistanda böyük ajiotaj yaradıb. Hay ictimai-siyasi industriyasının bu ajiotaj fonunda üzərində dayandığı bir sıra məqamlar var.

Əvvəla, hiss olunur ki, erməni siyasilər Azərbaycanın Çinlə münasibətlərinin qlobal aspektlərini yetərincə dəyərləndirirlər. Çin dünyanın super güclərindən biri kimi, özünün, belə demək mümkünsə, iqtisadi ekspansiyasının genişlənməsində maraqlıdır. Ancaq maraq klassik imperialist yanaşmalardan uzaqdır. Əlbəttə, bu, heç də o demək deyil ki, rəsmi Pekin öz qarşısına həmin yanaşmalardakı elementləri çıxarmağa çalışan qüvvələrə qarşı səssiz qalacaq...

Qlobal dünyaya bərabərtərəfli münasibətlər pəncərəsindən baxmağı prioritet hesab edən Çin Azərbaycana etibarlı tərəfdaş kimi yanaşır və bu cəhət ölkəmizin dünyada oynadığı rola yüksək qiymətin nümunəsidir.

Nəzərə alaq ki, Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş imicinə malikdir və Pekində bunu çox gözəl dərk edirlər. Ona görə ölkəmizin vacib saydığı prinsiplər Çin üçün də keçərlidir və bunun təsdiqi baxımından həm aprelin 23-də “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ın, həm də ötən il iyulun 3-də Astanada Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı çərçivəsində qəbul olunmuş “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin məzmununa diqqət yetirmək kifayətdir.

Bəli, hər iki sənəd Çin üçün Azərbaycanın necə böyük önəm daşıdığını göstərir və Ermənistan siyasilərini narahat edən həm də budur. Onlar aprelin 23-də imzalanmış bəyanatı önəm trayektoriyasının davamlılıq faktoru kimi qiymətləndirirlər. Ən əsası isə hay ekspertlər gedişatın rəsmi İrəvanın erməni avantürizminin diri saxlanılması üçün irəli sürdüyü “Dünyanın kəsişməsi” ideyasına zidd mahiyyət daşıdığını anlayırlar.

Hazırda Azərbaycan–Çin əməkdaşlığı Ermənistana, obrazlı desək, böyük su borusunda dəlik açıb oradan qidalanmaq fürsəti vəd edir. Ancaq tipik erməni xəstəliyi rasional düşünməyə imkan vermədiyindən, hay siyasilər, xüsusən, hakim komandaya yaxın politoloq və ekspert cameəsinin təmsilçiləri dövriyyəyə tamam başqa məqamları gətirməyə çalışır, fərqli gündəm formalaşdırmağa səy göstərirlər. Onlar rəsmi İrəvanın “Dünyanın kəsişməsi” avantürasını Çinin “Bir kəmər, bir yol” ideyasının reallaşdırılması baxımından mühüm məsələ kimi önə çəkir, mövcud istiqamətdə özlərinin yarımçıq təfəkkürlərinin mücərrəd guşəsində bəslədikləri elementləri sadalayırlar. Hər bir halda, gətirdikləri arqumentlər Azərbaycanın Bakı–Pekin əməkdaşlığının fundamentallığındakı rolunu arxa plana keçirmək baxımından əhəmiyyətsizdir. Ən əsası ona görə ki, “Dünyanın kəsişməsi” müasir iqtisadi mühitə klassik erməni yanaşmasının məhsuludur. Əksinə, burada Ermənistanın özünün ümumi prosesə heç bir töhfəsi yoxdur. Bu yanaşmada, habelə, dünyanın erməni toplumuna, bir növ, borclu olduğuna dair sərsəmlik var. Yəni, erməni siyasi baxışı belədir: Dünya Ermənistadan keçməlidir ki, ermənilər yaşasınlar, onlar özləri isə bu yaşayış üçün heç nə etməsinlər. Hər halda, qlobal müstəvidə bu cür müftəxorluğa yerin olmadığı məlumdur.

* * *

İkinci məqama keçid alaq. Ermənistanda çox yaxşı dərk edirlər ki, Azərbaycan–İran əməkdaşlığı, mahiyyət etibarilə, böyük coğrafiyanın bir-birinə həm iqtisadi, həm də mənəvi tellərlə bağlılıq amplitudası kimi çoxşaxəli struktura malikdir. Erməni varlığı mövcud müstəvidə heç zaman təmsil olunmayıb, həmişə ayrı-ayrı qüvvələrin aləti rolunda çıxış edib. Müvafiq surətdə, hansısa müstəqil resurs əldə edə bilməyib.

Ermənistan özünün avantürizmi ilə normal iqtisadi münasibətlərin üzərindən xətt çəkib. Hesab edirik ki, ölkənin nisbətən düşünməyi bacaran beyinləri durumun fərqindədirlər. Amma yenə də klassik avantürizm hadisə və proseslərə sağlam pəncərədən baxmağa əngəl törədir. Nəticədə erməni siyasilər yalnız Azərbaycan və İran arasındakı artıq keçmişdə qalmış soyuqluğa köklənir, həmin keçmişin ayrı-ayrı fraqmentlərini qabardırlar ki, Bakı və Tehran arasında etimadsızlıq yaransın, üfüqdə görünən daha böyük əməkdaşlıq xəttinin qarşısı alınsın.

Erməni siyasi düşüncə sisteminin Azərbaycan–İran münasibətlərinin hazırkı yüksək fazasına xələl gətirmək niyyətinin daha bir göstəricisi ölkəmizin İsraillə dostluğunu qabartmaqdır. Əslində, bunun önə çəkilməsi də hay siyasilərin kasadlığının göstəricisidir. Elə təəssürat yaranır ki, bu kütlər yığınının təmsilçiləri Azərbaycanın indiyədək tutduğu yolun, yeritdiyi siyasətin mahiyyətini anlamırlar. Məsələn, onlar dərk etmirlər ki, ölkəmiz bütün konturları dəqiq müəyyənləşdirilmiş balanslı siyasət yürüdür və bu siyasət heç bir ambisioz xarakter daşımadığından, dünya birliyi rəsmi Bakının mövqeyini səmimi qarşılayır. Baxın, Azərbaycanın ABŞ-la da münasibətləri yaxşıdır, Rusiya ilə də. Həmçinin, ölkəmiz Türkiyə ilə də dostluq və qardaşlıq içərisindədir, İsraillə də tarixi dostluq ənənələrini qoruyur. Deməli, belə bir şəraitdə Azərbaycanın İsraillə yaxınlığına görə ölkəmizin İranla əlaqələrinə dair mənfi rəy formalaşdırmaq, ən əsası cəfəngiyyata söykənib, sərsəm fikirlər ortaya atmaq təkcə gülüş doğurmur, göz önündə son dərəcə miskin və rəzil mənzərə canlandırır.

* * *

Nəhayət, Ermənistanın Azərbaycan–İran və Azərbaycan–Çin münasibətləri baxımından siyasi qısqanclıq xəttinini doğuran ümumi məqamlar üzərində dayanaq. Məlumdur ki, Bakının Pekin və Tehranla əməkdaşlığı, xüsusilə Orta Dəhliz (Çin–Mərkəzi Asiya–Qafqaz–Türkiyə–Avropa) və Şimal–Cənub nəqliyyat dəhlizi layihələri çərçivəsində genişlənir. Bu dəhlizlər Azərbaycanın regional əhəmiyyətini artırır, Ermənistan isə mövcud marşrutlardan kənarda qalır. İrəvanda bunu ciddi düşünməli, iqtisadi və logistik təcriddən qurtuluş avantürizmə qurban verilməməlidir.

Digər tərəfdən, hay düşüncə mərkəzləri anlamalıdırlar ki, Azərbaycanın Çin və İranla geniş ticarət və enerji layihələri, xüsusilə nəqliyyat və logistika sahəsində əməkdaşlığı nəzəri baxımdan daha rentabellidir. Çünki həm Pekində, həm də Tehranda Bakı ilə əlaqələrin sərmayə və iqtisadi üstünlüklər qazandırdığının fərqindədirlər. Yaxşı olar ki, Ermənistan rəhbərliyi ölkəni bu inkişafa meyilli xətdən məhrum vəziyyətə salmasın.

Daha bir məqama nəzər salaq. Azərbaycan geosiyasi tərəfdaşlıqlar və təhlükəsizlik məsələləri baxımından da Çin və İran üçün mühüm məntəqədir. Çinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi baxımından göstərdiyi israr indinin söhbəti deyil. İran Prezidenti Məsud Pezeşkianın Bakıda çox açıq tekstlə bildirdiyi fikirlər, xüsusən, dövlət başçısının Qarabağın Azərbaycana məxsusluğunu dönmədən vurğulaması isə yenilik kimi qiymətləndirilə bilər.

Üstəlik, İranın ali təmsilçisi paytaxtımızda, faktiki olaraq, Azərbaycanın Naxçıvana yol məntiqinin qlobal tranzit əhəmiyyətini vurğulayan fikir bildirdi. Bu, o deməkdir ki, rəsmi Tehran Pekinin dəstək verdiyi nəhəng kommunikasiya habında yer almaq fikrindədir. Ortada maraqlı durum var. Sanki Ermənistana yemək üçün nə isə verirlər, haylar bundan imtina edir, İran məsələyə etiraz bildirmir. Belədə Ermənistanın təcriddə qalması qətiləşir. Təcrid durumunda isə hay iqtidarının ölkənin ərazi bütövlüyünün və suverenliyinin toxunulmazlığı klişesini müqəddəsləşdirməsinin heç bir önəmi qalmır. Çünki ac-yalavac ölkənin müstəqilliyindən danışmaq qaranlıq otaqda qara pişik axtarmaq kimi bir şeydir.

* * *

Sonda ümumiləşdirmə apararaq gəldiyimiz nəticə də budur ki, Ermənistan qaranlıq otaqda qara pişik axtarışından uzaq dayanmalıdır. Bunun üçün ölkə Azərbaycanın şərtlərini yerinə yetirib sülh müqaviləsi imzalamalı, ən başlıcası isə ölkəmizin regional kommunikasiyaların açılması baxımından irəli sürdüyü formulu qəbul etməli, konstruktiv davranmalıdır. Bir sözlə, Bakı–Tehran, Bakı–Pekin yüksəksəviyyəli əməkdaşlığının motivləri Ermənistan üçün siqnal olmalıdır. Əks halda, nəinki pişik, üstəlik, ölkənin gələcəyi üçün qaradan başqa rəng tapılmayacaq.

Ə.RÜSTƏMOV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 May 2025 09:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın urbanistika idarəçiliyində dönüş nöqtəsi

20 May 2026 11:24see339

Tikinti şirkəti 1 milyonluq əmlakı sahibinə vermir “İnter” MMC yə dair məhkəmə aktları niyə icra olunmur? (ARAŞDIRMA)

20 May 2026 11:35see293

Lənkəran və Lublin arasında bəzi məsələlər müzakirə edildi FOTOLAR

20 May 2026 13:49see231

Temu adı ilə dələduzluq

20 May 2026 20:27see209

ABŞ Senatı Müharibə Səlahiyyətləri Qətnaməsini irəli sürülməsində irəliləyiş əldə edib

20 May 2026 03:27see204

WSJ: ABŞ İranla əlaqəli olduğu iddia edilən neft tankerini ələ keçirib

20 May 2026 01:41see199

Android istifadəçilərinə pis xəbər: “Gemini Intelligence” çox telefonda işləməyəcək

20 May 2026 05:42see197

Avropa İttifaqı onları sanksiya siyahısından çıxardı

20 May 2026 05:01see195

15 nəfərin öldüyü təyyarə qəzasının Anbaan görüntüləri

20 May 2026 04:36see193

Qrizmann Atletiko Madrid azarkeşləri üçün vida mesajı yayımlayıb

20 May 2026 04:11see189

Ermənistanda mart hadisələrinin təkrarlanması ehtimalı istisna edilmir

21 May 2026 14:56see188

“Google”da 25 il sonra Yeni dövr

20 May 2026 04:32see184

Konte “Napoli”dən ayrılır

20 May 2026 05:51see181

Mbappeni transfer etməkdə maraqlıdır

20 May 2026 01:06see175

Rubio mayın 23 dən 26 dək Hindistana səfər edəcək

20 May 2026 01:45see170

Meta” qlobal işdən çıxarma planına bu ölkədən başlayıb

20 May 2026 23:01see164

Trampdan gənclərə məsləhət: Mübarizəni davam etdirin

20 May 2026 23:09see161

Gürcüstanın Baş naziri: Azərbaycanla təbii qazın alışı üzrə müqavilənin müddəti daha 20 il uzadıldı

21 May 2026 09:50see155

Yuxuda boşqab görmək nə deməkdir?

21 May 2026 09:51see148

Yonhap agentliyi: Si Cinpin KXDR ə getməyə hazırlaşır

21 May 2026 09:50see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri