Bolqarıstanın energetika naziri: Azərbaycan Avropanı külək və günəş enerjisi ilə təmin edəcək
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Bolqarıstan Qara dəniz enerji kabeli layihəsinə qoşulmağa maraq göstərir. Hazırda hökumətlərarası sazişi Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan imzalayıb. Bir ay əvvəl Macarıstanda keçirilən görüşdə bu layihədə iştirak etməkdə maraqlı olduğumuzu və perspektivlər gördüyümüzü dedik".
Bunu Oxu.Az-a açıqlamasında Bolqarıstanın energetika naziri Jeço Stankov Bakıda keçirilən Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurasının iclası çərçivəsində deyib.
O qeyd edib ki, Azərbaycandan Bolqarıstana qaz tədarükü üçün uzunmüddətli müqavilə bağladıqdan sonra növbəti istiqamət elektrik enerjisi sektoru olacaq:
"Bu o deməkdir ki, biz uzunmüddətli perspektivdə Bolqarıstanı təkcə Azərbaycandan ucuz qazla deyil, həm də bu regiondan Avropanın cənub-şərq hissəsinə ucuz külək və günəş enerjisi ilə təmin edəcəyik".
Məhərrəm Əliyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 04 Aprel 2025 19:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















