Azərbaycan və Çin investisiya tərəfdaşlığının inkişafını müzakirə ediblər
525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan və Çin arasında investisiya tərəfdaşlığının inkişaf etdirilməsi müzakirə edilib.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) 525.az-a verilən məlumata görə, müzakirələr qurumun icraçı direktoru Yusif Abdullayevin Çinin Milli İnkişaf və İslahat Komissiyasının (NDRC) Xarici kapital departamentinin baş direktorunun müavini Vu Honlianq ilə görüşündə aparılıb.
Tərəflər birgə işgüzar tədbirlərin keçirilməsi, ortaq maraqlara əsaslanan investisiya tərəfdaşlığının inkişaf etdirilməsi məsələlərini nəzərdən keçiriblər.
Apreln 17-də AZPROMO, Azərbaycanın Çindəki ticarət nümayəndəsi Aparatı və NDRC-nin birgə təşkilatçılığı, Pekin şəhər İnkişaf və İslahat Komissiyasının dəstəyi ilə keçirilmiş Çin-Azərbaycan Sənaye və İnvestisiya Əməkdaşlığının Təşviqi Konfransı Azərbaycan-Çin investisiya tərəfdaşlığının təşviqinin təmin olunması və inkişaf etdirilməsi baxımından vacib platforma kimi yüksək qiymətləndirib, gələcəkdə sözügedən mexanizmin reallaşdırılmasının davam etdirilməsinin önəmi vurğulanıb.
Bildirilib ki, hər iki tərəfdən 200-dək şirkətin konfransa qatılması Çin və Azərbaycanın işgüzar dairələrinin birgə layihələrin həyata keçirilməsinə və qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələrinin inkişafına fəallığını və hazır olduğunu əyani şəkildə nümayiş etdirir.
Görüşdə sözügedən konfrans çərçivəsində AZPROMO və NDRC ilə arasında imzalanmış Anlaşma Memorandumunun Çin şirkətlərinin Azərbaycanda investisiya fəaliyyətinə cəlb olunması prosesini asanlaşdıracağı və Çin kapitalının Azərbaycana axınının artımına müsbət təsir göstərəcəyi qeyd edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 21 Aprel 2025 15:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















