Icma.az
close
up
RU
“Azərbaycan Çin münasibətləri günü gündən dərinləşir” deputat

“Azərbaycan Çin münasibətləri günü gündən dərinləşir” deputat

Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Prezident İlham Əliyevin Çinin CGTN televiziya telekanalına verdiyi müsahibədə ölkələrimiz arası münasibətlərin inkişaf perspektivlərinə böyük dəyər verdiyimizi bir daha bildirdi. Azərbaycan-Çin münasibətləri özünün inkişaf dövrünü yaşayır. 2024-cü ildə dövlət başçılarımızın imzaladığı Strateji Tərəfdaşlıq haqqında sənəd ölkələrimiz arası münasibətlərdə yeni bir səhifə açıb”.

Bunu xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov deyib.

A.Badamov əlavə edib ki, Çin Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır: “Azərbaycanın Çin vətəndaşlarına birtərəfli şəkildə viza rejiminin ləğv edilməsi xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına yol açacaq. Çinin elan etdiyi “Bir kəmər, bir yol” layihəsinə Azərbaycan könüllü şəkildə ilk qoşulan və bu layihənin inkişafına töhfə verən ölkədir. Belə ki, ölkəmizin ərsəyə gətirdiyi nəqliyyat dəhlizləri Orta Dəhlizin əhəmiyyətini artırıb. Bu da Çindən çıxan yüklərin Avropa bazarlarına daha az müddətə və rentabelli çatmasına yeni imkan yaradıb. Mərkəzi Asiya ölkələrindən qəbul etdiyimiz yüklərin həcmi hər il artmaqdadır. Dövlət başçımızın uzaqgörən siyasəti ölkəmizi müasir çağırışlara vaxtında cavab verməyimizə və qabaqcadan tədbirlər görməyimizə imkan verir. Məsələn, 15 milyon ton yükaşırma gücünə malik Beynəlxalq Ticarət Limanımızın gücü 25 milyon tona çatdırılır. Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstandan keçən hissəsi genişləndirlərək 1 milyon tondan 5 milyon tona artırılıb. Zəngəzur Dəhlizinin açılması ilə bağlı səylərimiz davam etdirilir”.

Deputat qeyd edib ki, Xəzər dənizinin dibi vasitəsilə çəkiləcək Yaşıl Dəhliz layihəsinə Çinin də qoşulması planlaşdırılır və bu dəhliz Qara dənizin dibi ilə Avropaya qədər uzanacaq: “Azərbaycanın yaşıl gündəliyinin inkişaf etdirilməsində Çin texnologiyaları və şirkətləri əsas rol oynayır. Sonda qeyd etmək istəyirəm ki, ölkələrimiz arası inkişaf edən strateji tərəfdaşlıq münasibətləri qarşılıqlı fayda və hörmət əsasında günü-gündən dərinləşir”.

Röya İsrafilova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 13 Fevral 2025 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see329

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see265

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see252

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see247

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see239

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see237

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see236

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see232

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see228

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see223

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see220

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see213

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see212

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see212

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see209

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see195

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see189

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see188

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri