Icma.az
close
up
RU
Azərbaycan Çin münasibətləri: Strateji yüksəliş və regional balans TƏHLİL

Azərbaycan Çin münasibətləri: Strateji yüksəliş və regional balans TƏHLİL

Icma.az, Gununsesi saytına istinadən bildirir.

Çinin sürətli yüksəlişi və dünya səhnəsində liderliyə iddiası güc mərkəzləri arasındakı strateji sərhədləri dəyişdirir. Hazırda ABŞ və Rusiya arasında Çinin cilovlanması ilə bağlı strateji müzakirələr aparılır. Eyni zamanda, Ağ Ev və Kreml bir-birlərinə qarşı mübarizədə Pekinə “strateji qalxan” kimi baxır.

Beynəlxalq səviyyədə Rusiya və ABŞ mövqelərini itirmədən Çinin yüksəlişi başqa istiqamətlərə yönəlir və belə bir sual yaranır: Çin gələcəkdə Rusiya və ABŞ hegemoniyasını əhəmiyyətli dərəcədə onların əlindən ala biləcəkmi? Bu, Rusiya-Ukrayna müharibəsinin regional və qlobal təsirləri kontekstində izah oluna bilər.

Əgər Rusiya və ya ABŞ öz geosiyasi sistemlərinin ciddi böhranı ilə üzləşsə, bu, Çinin təkqütblü yüksəlişini sürətləndirə bilər. Bununla belə, ABŞ Hindistanı Çinə qarşı aktiv strateji rol oynamağa sövq edir, Rusiya isə bu vəziyyətdən öz xeyrinə yararlanmağa çalışır. Digər tərəfdən, Çin daxili rifah siyasətini gücləndirməzsə, onun beynəlxalq təsir imkanları məhdudlaşa bilər. Strateji sərhədlərin yenidən formalaşması qaçılmazdır və bu, İkinci Dünya Müharibəsindən sonra qurulmuş münasibətlər sisteminə meydan oxuyacaq.

Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdəki geosiyasi dəyişikliklər və 12 günlük İsrail-İran qarşıdurması beynəlxalq sistemə dair yeni təsəvvürlərin formalaşmasına şərait yaradır. Azərbaycan isə bu gedişləri Ermənistanla münasibətlər kontekstində regional müharibəyə çevirmədən, fərqli bir strateji dizayna üstünlük verib. Bakı, Zəngəzur dəhlizinin kontekstində ABŞ ilə uyğunlaşdırılmış strategiyanı ön plana çıxarıb.

Azərbaycan Prezidenti İlham Əliyevin Çinlə münasibətlərə xüsusi önəm verməsi qlobal və regional qeyri-müəyyənliklər fonunda ABŞ və Rusiyanın hegemonluq yarışından məğlub çıxma ehtimallarına verilən strateji reaksiyanı əks etdirir. Bu baxımdan, Azərbaycan-Çin münasibətlərinin yeni mərhələsi Çinin gələcəkdəki dünya statusu ilə Bakının Zəngəzur dəhlizində əldə etdiyi üstünlüklər arasında uyğunluğu təmin edir. Çin, Zəngəzur dəhlizində ABŞ-ın mövqelərinə rəqabət apara bilər, lakin bunu heç bir halda Azərbaycan əleyhinə yönəltmək istəməyə bilər. Azərbaycan üçün Çinlə əməkdaşlıq, Hindistanın Cənubi Qafqazda Ermənistan hərbi dəstəyi nəzərə alınaraq artan fəallığına qarşı balans rolunu oynayır.

Eyni zamanda, ABŞ ilə Çin arasında gedən danışıqlar tarif müharibələrinin həllinə yönəlsə də, bu, gələcəkdə Zəngəzur dəhlizində Vaşinqton və Pekin arasında iqtisadi əməkdaşlığın stimullaşdırılmasına yol aça bilər ki, bu da Hindistan-İran əlaqələrinin əhəmiyyətini azaldır.

Ehtimal olunur ki, Çinin misli görünməmiş yüksəlişi Tayvana müdaxilədən sonra baş verəcək. Çin bunun üçün ABŞ-ın Ukraynadakı müharibə səbəbilə zəifləməsini və Tayvanın strateji müdafiə boşluqlarını gözləyir. Əgər Tayvana müdaxilə reallaşarsa, bu, Bakı ilə Pekin arasında hüquqi baza üzərində qurulmuş dərin strateji əməkdaşlıq formatlarına yol açacaq.

Aqşin Kərimov

siyasi şərhçi

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:175
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 01 Sentyabr 2025 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see452

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see290

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see280

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see278

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see265

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see257

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see251

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see250

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see235

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see233

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see221

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see220

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see220

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see218

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see218

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see217

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see211

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see207

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see201

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri