Icma.az
close
up
RU
Azərbaycan Çinlə bərpaolunan enerji və su resurslarının idarə olunması sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib

Azərbaycan Çinlə bərpaolunan enerji və su resurslarının idarə olunması sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 26 sentyabr, AZƏRTAC

Çinlə bərpaolunan enerji sahəsində sərmayə qoyuluşu, ixrac potensialının artırılması və dövlət-özəl tərəfdaşlığı əsasında su resurslarının səmərəli idarə olunması və çirkab suların təmizlənməsi üzrə layihələrin reallaşdırılması imkanları müzakirə olunub.

İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin sədri Conq Haysianq ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Çin arasında əlaqələrin dinamik inkişafı, son illər imzalanmış strateji sənədlər və əldə olunmuş razılaşmaların uğurla icrasından məmnunluqla qeyd edilib. Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar, “yaşıl enerji” və dayanıqlı inkişaf hədəfləri Azərbaycan-Çin əməkdaşlığı üçün yeni imkanlar açır.

Tərəflər müasir texnologiyaların və innovativ həllərin tətbiqi sahəsində əməkdaşlığın perspektivləri, birgə fəaliyyətin şaxələndirilməsinin vacibliyini vurğulayıblar. Həmçinin, bərpaolunan enerji sahəsinə sərmayə qoyuluşu, ixrac potensialının artırılması və dövlət-özəl tərəfdaşlığı əsasında su resurslarının səmərəli idarə olunması və çirkab suların təmizlənməsi üzrə layihələrin reallaşdırılması imkanlarını nəzərdən keçiriblər.

Vurğulanıb ki, Azərbaycan-Çin əməkdaşlığı çərçivəsində həyata keçiriləcək layihələr ölkəmizin yaşıl enerji keçidinə, ixrac potensialının genişlənməsinə və ekoloji dayanıqlığın gücləndirilməsinə xidmət edir.

Qeyd edək ki, “PowerChina Resources Ltd.” dünya miqyasında enerji, infrastruktur və tikinti sahələrində geniş layihələr həyata keçirən aparıcı Çin şirkətlərindən biridir. Şirkət elektrik enerjisi istehsalı, bərpaolunan enerji, hidroenerji, külək və günəş stansiyalarının inşası, həmçinin su təsərrüfatı və irimiqyaslı infrastruktur layihələri üzrə zəngin təcrübəyə malikdir. Şirkətin qlobal əməkdaşlıq şəbəkəsi, eləcə də “SOCAR Green” kimi tərəfdaşlarla birgə həyata keçirdiyi layihələr regionun enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə və ekoloji baxımdan təmiz texnologiyaların təşviqinə töhfə verir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Sentyabr 2025 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see324

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see233

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see219

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see186

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see173

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see166

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see165

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see161

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see157

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see153

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see152

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see151

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see151

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see149

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see146

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see144

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see144

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri