Icma.az
close
up
RU
Azərbaycan, Cənubi Qafqaz və çoxqütblü dünya

Azərbaycan, Cənubi Qafqaz və çoxqütblü dünya

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Prezident İlham Əliyevin “ŞƏT plyus” formatındakı görüşdə çıxışına sözardı

Sentyabrın 1-də Bişkekdə keçirilmiş, Prezident İlham Əliyevin də iştirak və çıxış etdiyi “ŞƏT plyus” formatındakı görüş Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə yanaşı, qurumun tərəfdaşları və digər ölkələrin iştirakı ilə daha geniş beynəlxalq dialoqun aparılması məqsədi daşıyırdı. Görüşdə müzakirəyə çıxarılan başlıca mövzular da fikrimizin sübutudur.

Zirvə görüşündə çoxqütblü dünya nizamının formalaşması, çoxtərəfli əməkdaşlığın gücləndirilməsi, beynəlxalq və regional təhlükəsizlik, dövlətlər arasında qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi, qlobal problemlərin birgə həlli məsələləri geniş diskussiya predmetinə çevrildi. Qırğızıstan Prezidenti Sadır Japarovun dövlətimizin başçısının çıxışına münasibətdə söylədiyi fikir də mövzunun mahiyyətinə aydınlıq gətirmək baxımından əhəmiyyətlidir. O dedi ki, “məhz belə geniş dialoq ədalətli, çoxqütblü dünyanın formalaşdırılması üçün zəruridir”.

Aydındır ki, çoxqütblü dünya nizamı son dərəcə vacibdir. Belə bir nizam bəşəriyyətin ədalət axtarışındakı mühüm halqadır. Lakin beynəlxalq miqyasda cərəyan edən bir çox proseslər onu göstərir ki, ədalət axtarışı yolundakı səylər heç də müsbət nəticələr vermir. Elə Prezident İlham Əliyevin də, böyük ölçüdə, vurğuladığı məhz bu məqam idi. Amma bir istisna var və bu istisnanın adı Azərbaycandır. Nəzərə alaq ki, ölkəmiz ədaləti öz gücü hesabına bərpa etməyi bacarmaqla bənzərsiz və təkrarsız nümunə göstərib. Elə bir nümunə ki, müasir dünyada analoqu yoxdur və görünür, hələ uzun müddət olmayacaq və ya heç olmayacaq.

Bəli, Azərbaycan 2020-ci ilin 44 günlük müharibəsindəki Zəfəri ilə tarixi ədaləti, 2023-cü ildəki rəşadəti ilə özünün ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Ölkəmiz, həmçinin sonrakı illərdə fəal diplomatik dirəniş və prinsipiallıq göstərərək, Ermənistanla münaqişəyə son qoymağı bacardı. Prezident İlham Əliyevin də “ŞƏT plyus” formatındakı görüşdə vurğuladığı ilk məqam məhz bu idi: “Bir ildən bir az çox müddət əvvəl Azərbaycan və Ermənistan sülh sazişinin mətnini paraflayaraq 30 illik münaqişəyə son qoydular. Beləliklə, çoxillik münaqişə zonası olmuş Cənubi Qafqaz bölgəsi sülh zonasına çevrilməkdədir”.

Cənubi Qafqazın sülh zonasına çevrilməsinin “ŞƏT plyus” formatındakı görüşlə əlaqəsini sonda vurğulayacağıq. Hələlik onu deyək ki, çoxqütblü dünya həm də firavan, asayişin təmin olunduğu təhlükəsiz dünya deməkdir. O dünya ki, onun, belə demək mümkünsə, mövcudluğuna mükəlləf olan başlıca qurum BMT-dir. Ancaq təəssüf ki, bu təşkilat hazırda ədalət carçısı missiyasından uzaqdır, bir növ, dişsiz durumdadır. Onu da nəzərə alaq ki, BMT Azərbaycana münasibətdə də eyni dişsizliyi göstərib və Prezident İlham Əliyevin də vurğuladığı budur: “BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsi 30 ildən sonra, üç il əvvəl icra edildi”.

Bəli, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra edən Azərbaycan Cənubi Qafqazda yeni reallıq formalaşdırdı və bu reallığın vəd etdiyi dividendlər həm də çoxqütblü dünya nizamına müstəsna töhfə kimi qiymətləndirilməkdədir. O nizama ki, orada başlıca simgə sülhdür, mühüm təminat isə qarşılıqlı əməkdaşlıq və bu əməkdaşlıq nəticəsində əldə ediləcək gəlir və mənfəətdir. O gəlir və mənfəət ki, Cənubi Qafqaz xalqlarının daimi rifah içində, təminatlı şəkildə yaşayacaqları durumu doğuracağı şübhəsizdir.

Onu da vurğulayaq ki, Azərbaycanın yaratdığı reallıq Cənubi Qafqazı dünya üçün vacib məkana çevirməkdədir. Deməli, ölkəmizin əzmi və bu əzm nəticəsində qərarlaşmaqda olan sülh mühiti, eyni zamanda, dünya xalqlarına fayda gətirəcək. Faydadan söz düşmüşkən, bunu ilk hiss edən Ermənistandır. Deməli, Prezident İlham Əliyevin “Azərbaycan artıq Ermənistana neft məhsulları tədarük edir və üçüncü ölkələrin yüklərinin tranzitini təmin edir” fikri heç də təsadüfi deyil. Tam qətiyyətlə demək olar ki, dövlətimizin başçısı yeni dünya düzəninin Cənubi Qafqaz seqmentinin artıq işə düşdüyünün anonsunu verir və onun söylədikləri bu seqment üçün həm müqavimət formalaşdırır, həm də immunitet yaradır.

Ölkəmiz regiondakı qonşusu Gürcüstanla həmişə yüksək səviyyəli əlaqələrdə olub və bu əlaqələr daim inkişaf etməkdədir. Ancaq Cənubi Qafqazın vahid iqtisadi orqanizm halına gəlməsi baxımından Ermənistanla da münasibətlərin rəvanlığı vacibdir. BMT-nin öz qətnamələrinin icrasında rol oynamadığını vurğulayan Prezident İlham Əliyev əslində, qurumun bu rəvanlıq üçün heç bir əməli iş görmədiyini diqqətə çatdırır və deyir: “Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tamamilə özü bərpa edib”.

Sonda Cənubi Qafqazın sülh zonasına çevrilməsinin “ŞƏT plyus” formatındakı görüşün mövzusu ilə əlaqəsini izah edərək deyək ki, hazırda Azərbaycan, dövlətimizin başçısını bildirdiyi kimi, Ermənistanla birlikdə qarşılıqlı ticarətin həcminin artırılması, onun nomenklaturasının genişləndirilməsi və yeni yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması üzərində çalışır. Bu o deməkdir ki, Cənubi Qafqaz çoxqütblü dünya nizamının obyektiv diktəsinə çevrilmiş çoxtərəfli əməkdaşlıq, beynəlxalq və regional təhlükəsizlik, dövlətlər arasında qarşılıqlı faydalı əməkdaşlıq baxımından mühüm məntəqəyə çevrilmək yolunda inamla addımlayır.

Ə.RÜSTƏMOV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 Sentyabr 2026 23:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see328

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see311

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see302

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see297

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see270

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see191

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see190

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri