Icma.az
close
up
RU
Azərbaycan COP29a yüksək səviyyədə ev sahibliyi etməyi bacardı

Azərbaycan COP29a yüksək səviyyədə ev sahibliyi etməyi bacardı

Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.


Azərbaycan COP29-a yüksək səviyyədə ev sahibliyi etməyi bacardı. Forumun ölkəmizdə keçirilməsi postsovet məkanında və Cənubi Qafqaz regionunda bir ilk idi. Tədbirin qlobal miqyasda əhəmiyyətini dərk etmək üçün bir cümlə kifayətdir ki, Çərçivə Konvensiyası beynəlxalq müstəvidə təşkil olunan ən böyük forumdur. Onu yalnız BMT-nin özü ilə müqayisə etmək olar.
COP29 çərçivəsində hələ aylar öncədən bəlli ölkələr və siyasi dairələr tərəfindən anti-Azərbaycan ritorikası ilə qarşı-qarşıya qaldıq. Onlar forumun motivlərindən kənar narrativləri canlandırmaq cəhdləri ilə fərqli bir mənzərə yaratmağa çalışdılar. Və qeyd edirdilər ki, neft-qaz istehsal edən bir ölkənin COP-a ev sahibliyi etməsi yolverilməzdir. Bu, tamamilə absurd və qərəzli yanaşmadır. Məhz Azərbaycan kimi ölkələr bu tədbiri keçirməklə enerji siyasətlərində diversifikasiyanı planlaşdırır. Yəni, yaşıl enerjiyə keçid.
Təbii ki, bu iqtisadiyyatı neft- qaz hasilatı üzərində qurulmuş dövlətlər üçün əlavə iqtisadi risklər yaradır. Lakin mövcud reallıqları dərk edərək məlum prosesi həyata keçirmək zərurəti mövcuddur.
Azərbaycanı əsassız iddialarla ittiham edən ölkələr özləri atmosferin çirklənməsinin fəal iştirakçılarıdır. Onların inkişaf etmiş sənaye kompleksləri, xüsusilə hərbi zavodları karbon emissiyalarının artmasında mühüm rol oynayır.
Ona görə də proseslərə fərqli pəncərədən və əsl mahiyyəti üzrə baxmaq lazımdır. Üzləşdiyimiz anti-Azərbaycan kampaniyası sadəcə Cənubi Qafqaz uğrunda gedən geosiyasi və geoiqtisadi mübarizənin bir parçası idi.
Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə eskalasiyanın genişlənməsi və Qırmızı dəniz Suveyş kanalı istiqamətində Husilərin fəaliyyəti iqtisadi gərilmələrə səbəb olub ki, burada alternativ maşurtların əhəmiyyəti artıb. Azərbaycan coğrafi mövqeyinə görə Qərb ölkələrinin diqqətini cəlb edir və regiona maraq hər ötən gün artır. Ancaq artan maraqları qarşılıqlı etimad əsasında deyil, diqtə və məcbur etmə fonunda həyata keçirmək cəhdləri olnur. Təbii ki, müstəqil və balanslaşdırılmış xarici siyasət həyata keçirən rəsmi Bakı üçün bu bütün hallarda qəbuledilməz bir yanaşmadır. Ona görə də davamlı olaraq artan ikili standartlar dalğasının şahidi oluruq.
Pərviz Mirizadə: AVP funksioneri, siyasi şərhçi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 25 Noyabr 2024 21:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see732

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see276

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see272

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see261

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see253

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see242

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see238

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see234

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see231

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see215

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see209

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see203

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see197

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see197

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see191

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see189

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see183

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see182

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see180

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri