Icma.az
close
up
RU
Azərbaycan COP29da dünya diplomatiya tarixinə öz adını yazdırdı ŞƏRH AZƏRTAC

Azərbaycan COP29da dünya diplomatiya tarixinə öz adını yazdırdı ŞƏRH AZƏRTAC

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 26 noyabr, AZƏRTAC

İqlim dəyişmələrinə qarşı mübarizənin başlanğıcı kimi dəyərləndirilən COP29 uğurla başa çatdı. Hər bir beynəlxalq əhəmiyyətli tədbir başa çatsa da onun gündəmə gətirdiyi məsələlər, əldə olunan nəticələr, ən əsası ev sahibliyi edən ölkə baxımından uzun müddət geniş müzakirə mövzusu olur. Mübaliğəsiz deyə bilərik ki, Bakıda keçirilən COP29 ən möhtəşəm tədbirlərdən biri kimi tarixə düşəcək. Ümumilikdə 80 dövlət və hökumət başçısının, 76 mindən çox iştirakçının qatıldığı COP29-un çox yaxşı təşkil olunması ilə bağlı bütün qonaqlardan yüksək qiymət almaqdan qürur duyduq. Ötən ilin dekabrında COP29-un Azərbaycanda keçirilməsi barədə qərarın qəbul edilməsi ilə hazırlıq işlərinə başlayan ölkəmiz tədbirin çox yüksək səviyyədə təşkili üçün qısa zamanda zəruri olan bütün işləri gördü. Prezident İlham Əliyev ilk gündən bu əminliyi ifadə etdi ki, COP29 Azərbaycan xalqının böyük uğuru olacaq. Təbii ki, bu əminliyə əsas verən Azərbaycanın indiyə qədər ev sahibliyi etdiyi beynəlxalq tədbirlərin yüksək səviyyədə dəyərləndirilməsi, eyni zamanda, Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolu, hər bir sahədə zəngin təcrübəyə malik olması, inkişafın Azərbaycan modelinin mövcudluğudur. Dövlətimizin başçısı İlham Əliyev ölkəmizin hərtərəfli inkişafını qarşıya mühüm vəzifə kimi qoyaraq kompleks tədbirlərin həyata keçirilməsinin vacibliyinə çağırışlar edir və bunu atdığı addımları ilə təsdiqləyir. Hazırda Azərbaycana hər bir sahədə beynəlxalq baxış yüksək səviyyədədir. Hər bir yenilik, təkmilləşmə aparılan siyasətin əsasında dayanır. Yeni çağırışlar uğurla həyata keçirilir. Reallıq budur ki, Azərbaycan diplomatiyası COP29-da dünya diplomatiya tarixinə öz adını yazdırdı.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Malik Həsənov qeyd edib ki, COP29 inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə yüz milyardlarla dollar kimi böyük məbləğdə yardım etməsi ilə bağlı fövqəladə maliyyə məqsədli konfrans idi: “Buna görə ortaq qərara gəlib çıxmaq, müzakirələri nəticəyə bağlamaq asan olmadı. Ancaq Azərbaycan COP29-a sədrlik edən ölkə kimi yüksək peşəkarlıq və fədakarlıq göstərdi. 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə hər il azı 300 milyard dollar məbləğində yardım göstərilməsi haqda yekun qərar qəbul olundu. Müzakirələr ilkin olaraq 200 milyard dollar ətrafında gedirdi. Ancaq Azərbaycanın uğurlu moderatorluğu ilə bu rəqəm 300 milyard dollara qaldırıldı. COP29 Azərbaycanın beynəlxalq iqlim siyasətində fəal rolunu bir daha nümayiş etdirdi və qlobal müzakirələrin mərkəzinə çevrildi. Tədbirin yekun nəticələri, yeni iqlim təşəbbüsləri və onların dünya ölkələrinə təsiri geniş müzakirələrə səbəb oldu. Bu konfrans Azərbaycan üçün təkcə ətraf mühit məsələlərində deyil, həm də beynəlxalq siyasətdə öz mövqeyini gücləndirmək baxımından əlamətdar hadisə kimi tarixə düşdü”.

Deputat bildirib ki, dövlətimizin başçısı İlham Əliyev noyabrın 24-də sosial şəbəkə hesablarında “COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir!” sərlövhəsi ilə paylaşım etdi. Paylaşımda qeyd edildiyi kimi, Azərbaycan bir ildən az müddət əvvəl beynəlxalq ictimaiyyətin yekdil dəstəyi ilə COP29-a ev sahibliyi etməkdən şərəf duydu. Genişmiqyaslı və planlaşdırılmış böhtan və qarayaxma kampaniyasına baxmayaraq, Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu. “Yaşıl dünya naminə həmrəylik” şüarını rəhbər tutan Azərbaycan bitərəf vasitəçi kimi çıxış edərək danışıqların qərəzsiz aparılması üçün bütün imkanları yaratdı. Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpülərin qurulması üçün səylərini əsirgəmədi və bunun nəticəsində dünya tarixi Bakı nailiyyətinə şahid oldu.

“Azərbaycan hər zaman əməkdaşlığa çağırışları və bunu reallıqda təsdiqləməsi ilə dünyanın diqqətindədir. Bu baxımdan Azərbaycan ölkələr, xalqlar arasında körpü rolunu oynayır. Yeni körpülərin yaradılması hazırkı dövrün əsas çağırışları sırasındadır ki, buna COP29 vasitəsilə nail olduq. Tədbir çərçivəsində imzalanan sənədlər, bu və ya digər məsələ ətrafında ümumi mövqeyin ortaya qoyulması fonunda atılan və gələcəkdə atılacaq addımlar bunu deməyə əsas verir. Azərbaycan birləşdirici, sabitləşdirici aktora çevrilib. Azərbaycan Şimal ilə Cənub, Qərb ilə Şərqin qovuşduğu ölkədir. Bu, təkcə coğrafiya ilə bağlı deyil. Ölkəmiz müxtəlif beynəlxalq iştirakçılar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpülərini salır. Azərbaycanın başladığı meqalayihələr artıq Avrasiyanın enerji və daşımalar yollarını dəyişib və məhsuldar, çoxtərəfli əməkdaşlıq formatının qurulması ilə nəticələnib. Bir sözlə, ölkəmiz çoxtərəfliliyin tərəfdarıdır”,-deyə Malik Həsənov vurğulayıb.

Deputat qeyd edib ki, Azərbaycanın COP29 Sədrliyinin Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının yekunlarına dair bəyanatında da bu məqam xüsusi vurğulanır. COP29 Sədrliyi inkişaf etməkdə olan ölkələrin ehtiyaclarını və prioritetlərini nəzərə alaraq ədalətli və ambisiyalı yeni iqlim maliyyəsi məqsədini reallaşdırmağa çalışdı. Bakı Maliyyə Məqsədi əhəmiyyətli artım nümayiş etdirərək, inkişaf etməkdə olan ölkələrə 2035-ci ilə qədər 1,3 trilyon dollar həcmində iqlim maliyyəsinin təmin edilməsi üçün yeni qlobal hədəf qoyur. Buraya əvvəlki 100 milyard dollar həcmində hədəfi üç dəfə üstələyən 300 milyard dollar həcmində yeni əsas maliyyə hədəfi daxildir. Azərbaycanın COP29 Sədrliyi olaraq apardığı intensiv çoxtərəfli diplomatiya nəticəsində Bakı Maliyyə Məqsədi və karbon krediti bazarı üçün BMT-nin yeni qaydaları COP29-un uğurlarıdır.

“COP29 Azərbaycanın sözünün imzası qədər əhəmiyyətli olduğunu bir daha təsdiqlədi. Ölkəmizin atdığı hər bir addımında ədalət meyarını öndə saxlaması uğurlarımızın davamlılığında, söz sahibliyində öz sözünü deyir. COP29-da Azərbaycanın üzərinə düşən missiya qlobal qütbləşməyə baxmayaraq, müzakirələrin axarını ortaq mövqeyə doğru yönləndirə bilmək və məntiqi sonluğa gətirib çatdırmaq idi ki, buna çox yüksək səviyyədə nail oldu”, - deyə deputat fikrini yekunlaşdırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Noyabr 2024 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri