Azərbaycan COP31 də geniş nümayəndə heyəti ilə təmsil olunur
Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu gündən Türkiyədə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasına (COP31) start verilir.
"AzPolitika" "Report"a istinadla xəbər verir ki, tədbir Antalya şəhərində 1,1 milyon kvadratmetr (110 hektar) ərazidə təşkil edilib.
Azərbaycan COP31-də böyük nümayəndə heyəti ilə təmsil olunur, eyni zamanda, ölkənin COP29-dakı təcrübəsi bu beynəlxalq tədbirdə geniş tətbiq edilir.
Tədbir çərçivəsində dünya liderləri iqlim böhranına qarşı öhdəlikləri, siyasətləri və həllə dair təklifləri müzakirə edəcəklər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qərarı ilə ölkənin ətraf mühit, şəhərsalma və iqlim dəyişmələri naziri Murat Kurumun sədrliyi ilə keçiriləcək COP31-də ölkələrin hərəkətə keçməsini təmin edəcək "İcra COP"un reallaşdırılması planlaşdırılıb.
Tədbirdə 100 minə yaxın xarici qonağın, 1,5 milyon ziyarətçinin iştirakı gözlənilir.
Qeyd edək ki, COP31-ə sədrliyi Türkiyə icra edir, Avstraliya isə rəsmi iqlim danışıqlarını idarə edən "Danışıqlar Prezidenti" (President of Negotiations) rolunu üzərinə götürüb. BMT iqlim sammitləri tarixində ilk dəfə tətbiq olunan bu ikili idarəetmə modeli COP30 zirvəsi (Braziliya) zamanı iki ölkə arasında əldə edilən diplomatik razılaşma nəticəsində formalaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 09 Noyabr 2026 12:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















