Azərbaycan cüdoçuları Zaqrebdə Qran Pri turnirində iştirak edəcəklər
Icma.az, Apasport portalına istinadən məlumat yayır.
Azərbaycanın cüdo millisi Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən noyabrın 13-dən 15-dək Xorvatiyanın paytaxtı Zaqrebdə Qran-Pri turnirində iştirak edəcəklər.
Apasport.az xəbər verir ki, Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına reytinq xalları verən yarışda Azərbaycan 12 cüdoçu (9 kişi, 3 qadın) ilə təmsil olunacaq.
Təmsilçilərimiz 9 çəki dərəcəsində mübarizə aparacaqlar.
Kişilərdən ibarət milli komandaya böyük məşqçilər Elxan Məmmədov və Robert Kravçik, qadınlardan ibarət yığmaya isə baş məşqçi Amina Abdellatif rəhbərlik edəcəklər.
Dünya Cüdo Turuna daxil olan Zaqreb Qran-Prisində 70 ölkədən 515 idmançı (314 kişi, 201 qadın) tatamiyə çıxacaq.
Qadınlardan ibarət yarışda Gültac Məmmədəliyeva (52 kq), Südabə Ağayeva (70 kq) və Madina Kaisinova (+78 kq) qüvvələrini sınayacaqlar.
Kişilər arasında isə Murad Muradlı (60 kq), Turan Bayramov, Nizami İmranov (hər ikisi 66 kq), Nəriman Mirzəyev, Rüfət Şövlətov (hər ikisi 73), Vüqar Talıbov (90 kq), Əjdər Bağırov (100 kq), Uşanqi Kokauri və Kənan Nəsibov (hər ikisi +100 kq) qalib olmağa çalışacaqlar.
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə imtahan keçiriləcək Yeniyetmə cüdoçular üçün Xankəndidə təlim seminarı təşkil olunub İbrahim Talıbov: “Verdiyim sözü tutdum” Cüdoçumuz olimpiya çempionu oldu Azərbaycan cüdoçuları Asiya Kubokunda 5 medal qazanıb
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 05 Noyabr 2026 21:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















