Icma.az
close
up
RU
“Ukraynanın heyətində çıxış edirəm, amma Azərbaycan millisinə keçməyi düşünürəm” Aida Kərimovanın ə EKSKLÜZİV MÜSAHİBƏSİ + VİDEO

“Ukraynanın heyətində çıxış edirəm, amma Azərbaycan millisinə keçməyi düşünürəm” Aida Kərimovanın ə EKSKLÜZİV MÜSAHİBƏSİ + VİDEO

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu yaxınlarda Serbiyanın Novi-Sad şəhərində keçirilən 23 yaşadək güləş üzrə dünya çempionatında 59 kq çəki dərəcəsində çıxış edən Günay Qurbanova kimi, azərbaycanlı köklərə malik başqa bir idmançı da mükafatçılar sırasına düşüb.

Mükafatçılar arasında Ukrayna güləşinin yüksələn ulduzu, azərbaycan əsilli Aida Kərimova da var. O, 50 kq çəki dərəcəsində dünya çempionatında bürünc medal qazanıb. Qeyd edək ki, ötən il də o, 20 yaşlılar arasında dünya çempionatında bürünc medalçı olmuş, həmçinin həmin ildə Avropa çempionu adını qazanmış və rəqiblərinə bir xal belə verməmişdi.

Aida Kərimova İdman.Biz-ə eksklüziv müsahibəsində Novi-Sadda keçirilən dünya çempionatı, öz kökləri və Azərbaycan millisində çıxış etmək ehtimalı barədə danışıb.

- Serbiyada keçirilən dünya çempionatından hansı təəssüratlar qaldı?

- Çox yaxşı. Yarışa əla əhval-ruhiyyə ilə çıxmışdım. Bu, mənim 23 yaşadək kateqoriyasında ilk yarışım idi və mütləq medal qazanmaq istəyirdim. Sonda elə də oldu.

- Həyəcan çox idi?

- Xeyr, medal qazanacağıma əmin idim.

- Yarımfinalda amerikalıya niyə uduzdunuz?

- Qısa zaman ərzində dördüncü görüşüm idi, bir az çətin oldu. Ola bilər amerikalını bir qədər zəif qiymətləndirdim. Həm də bu görüş çox vacib idi, finala gedən yol idi. Döyüşün gedişində səhv etdim. Bütün bunlar nəticəyə təsir etmiş ola bilər.

- Bürünc medal görüşü necə keçdi?

- Görüşün əvvəlində rəqibə 4 xal verdim, bir qədər arxayınlaşmışdım. Amma bilirdim ki, həmin xalları geri ala biləcəyəm. Bütün görüş boyu rəqibin üzərinə gedirdim və sonda məqsədimə çatdım.

- Dönüş edəcəyinizə niyə inanırdınız?

- Bilmirəm. Sadəcə həmin görüşə bu medal mənim olacaq düşüncəsi ilə çıxmışdım. Novi-Sada nəticə üçün gəlmişdim və nəticəsiz geri dönmək fikrim yox idi.

- Keçən il siz həm 20 yaşlılar arasında dünya çempionatının bürünc mükafatçısı oldunuz, həm də bu yaş kateqoriyasında Avropa çempionu olaraq rəqiblərinizə bir xal belə vermədiniz. Bu mükafatlardan hansı sizin üçün daha dəyərlidir?

- Əlbəttə ki, Novi-Sadda keçirilən son dünya çempionatında qazandığım medal mənim üçün daha dəyərlidir. Çünki bu, daha böyük yaş qrupu və daha yüksək səviyyədir. Ona görə də bu bürünc medal mənim üçün daha çox əhəmiyyət daşıyır.

- Böyüklər arasında özünüzü sınamısınız?

- Bəli, mən Ukraynada böyüklər arasında yarışlarda qalib olmuşam. Amma burada mənim 50 kq çəkidə əsas rəqibim Oksana Livaçdır və hələlik onu keçmək alınmır. Ola bilsin ki, təcrübə və ya müəyyən fiziki göstəricilər çatışmır.

- Cari Olimpiya üçün özünüzə məqsədlər qoymusunuz?

- Əlbəttə. Mən 2028-ci ildə Los Ancelesdə keçiriləcək Olimpiya Oyunlarına lisenziya qazanmaq istəyirəm və biz bu istiqamətdə çalışırıq.

- Qeyd etdiyiniz kimi, Ukrayna yığmasında sizin çəki dərəcənizdə əsas lider Oksana Livaçdır. Onu üstələyə biləcəksiniz?

- Hər halda bunun üçün əlimizdən gələni edəcəyik. Heç bir rəqib keçilməz deyil, hamı səhv edə bilər. Üstəlik, böyüklər nəsli yavaş-yavaş gedir (Oksana Livaçın hazırda 28 yaşı var), gənclər isə onlar izləyir. Biz daha çox məşq edəcəyik ki, Olimpiadaya vəsiqə qazanaq. Yəni heç nə mümkünsüz deyil.

- Sizin Serbiyadakı uğurunuz Azərbaycanda da maraq doğurdu. Burada olmusunuz?

- Atam Ramiz azərbaycanlıdır, o, Yevlaxdandır. Mən Azərbaycanda keçən il olmuşam, gənclər arasında Avropa çempionatında iştirak etmişdim. Bu, Bakıya ilk gəlişim idi. Şəhər mənə çox xoş gəldi, elə bil doğma idi – elə bir hiss var idi ki, sanki orada həmişə mən yaşamışam, atam yox (gülür). Hər şey özününkü kimi idi, üstəlik çoxlu idmançı qızlarla dostluq əlaqəsi qurdum. Mən dili bir qədər başa düşürəm, mənə daha yaxın və xoş gəlir.

- Demək, atanız sizə çox şey öyrədib…

- Bəli, atam öyrədib. Anam ukraynalıdır, amma o da Azərbaycan dilində yaxşı danışır. Mən də bir az öyrənmişəm. Gələcəkdə dili tam öyrənəcəyimə ümid edirəm. Bu, mütləq olacaq.

- Valideynləriniz necə tanış olublar?

- Atam vaxtilə işləmək üçün Ukraynaya gəlib və anamla orada, deyəsən, hansısa kollecdə tanış olub. Sonra ünsiyyət qurmağa başlayıblar. Atam vaxtaşırı Yevlaxa qayıdıb, amma artıq anamla rəsmi nikaha girdikdən sonra Ukraynada qalıb.

- Güləşlə necə məşğul olmağa başlamısınız? Atanız etiraz etmirdi?

- Güləşə 8 yaşımda başlamışam. Məktəbə məşqçilər gəlmişdilər və uşaqları güləşə dəvət edirdilər. Mən də getdim və xoşuma gəldi. Atam qəti şəkildə əleyhinə idi, qardaşımın məşğul olmasını istəyirdi. Amma mən davam etdim, sonra qələbələr gəldi. O andan sonra atam başa düşdü ki, məni artıq dayandırmaq mümkün deyil və razılıq verdi.

- Yevlaxa getmisiniz?

- Xeyr, amma çox istəyirəm. Atamın çoxlu qohumları oradadır, qardaşlar, bacılar. Biz daim əlaqə saxlayırıq, onlar yarışlar zamanı məni dəstəkləyirlər.

- Azərbaycan qadın yığmasının üzvlərindən kiminləsə ünsiyyətiniz var?

- Mən Günay Qurbanova ilə dostam, həmçinin Azərbaycan qadın yığmasının baş məşqçisi ilə də yaxşı münasibətim var. Onlar çox mehribandır və biz bir-birimizi görməyə həmişə şad oluruq.

- Yeri gəlmişkən, Günay Qurbanova da Novi-Sadda bürünc medal qazandı…

- Bəli, biz yarış zamanı bir-birimizi fəal şəkildə dəstəkləyirdik. Bürünc medal görüşündən əvvəl də birlikdə idik və ona dəstək olmağa çalışırdıq.

- Sizin azərbaycanlı olduğunuzu nəzərə alaraq, Azərbaycan yığmasında çıxış etməyi təklif ediblər?

- Təklif olunub, amma hələ bu barədə düşünürəm. Güləşçi idman vətəndaşlığını dəyişəndə, yeni ölkə üçün çıxış etməsinə icazə verilməzdən əvvəl müəyyən bir müddət keçməlidir. Keçid baş versə, mən bir neçə il beynəlxalq səviyyədə çıxış edə bilməyəcəyəm, bu isə, əlbəttə, arzuolunmazdır. Üstəlik, indi yeni olimpiya dövrü başlayıb və mən 2028-ci il Olimpiya Oyunlarına vəsiqə qazanmağı sınamaq istəyirəm.
Ona görə də hələ şəxsi məşqçimlə bu barədə danışmamışam, amma düşünürəm. Fikirləşirəm ki, bu olimpiya dövründə Ukrayna üçün çıxış edəcəyəm.

- Novi-Sadda siz 50 kq çəki dərəcəsində çıxış etdiniz, hansı ki, bu çəkidə uzun illər Avropada Azərbaycan yığmasının lideri, ukrayna mənşəli Mariya Stadnik dominantlıq edib. Onun haqqında nə düşünürsünüz?

- Mariya Stadnikdən çox xoşum gəlir. O, həmişə 50 kq çəki dərəcəsində favorit olub. Onun güləşini daim izləyirdim, o mənə xoş təsir bağışlayırdı. Həmişə ondan nümunə götürürdüm - onun xarakteri, sərtliyi xoşuma gəlirdi. Mən də onun kimi olmaq istəyirəm.

- Bəs beynəlxalq turnirlərdə Azərbaycan idmançıları ilə güləşməli olmusan?

- Bəli, bir dəfə, hələ kadetlər (təxminən 14-17 yaş arası) arasında çıxış edəndə. Finala çıxmaq uğrunda azərbaycanlı rəqiblə güləşmişdim. Bu, digər döyüşlər kimi adi bir görüş idi, xüsusi gərginlik yox idi. Əksinə, qalib gəlmək və özümü göstərmək istəyirdim - məşqçilərin də mənə diqqət yetirməsini arzulayırdım (gülümsəyir).

- Hamıya məlumdur ki, hazırda Ukraynada nə baş verir. Siz indi harada yaşayırsınız?

- Hazırda Kiyevdə yaşayıram.

- Siz döyüşlərin aktiv davam etdiyi Toretsk şəhərində doğulmusunuz, elə deyilmi?

- Bəli, tam olaraq belədir, orada həqiqətən də hazırda aktiv döyüşlər gedir. Toretskdə bizim ev və mənzilimiz var idi və müharibənin ilk günlərində mərmilər həm evə, həm də mənzilə düşdü. Həmin anda mən artıq Kiyevdə idim, valideynlərim isə bundan bir həftə əvvəl oradan çıxmışdılar.
Həmin vaxt evimizdə xalam qalırdı. Əvvəl onun evi dağıldı, sonra o, sığınmaq üçün bizim evə gəldi. Sonra mərmi bizim də evə düşdü. Şükürlər olsun ki, o da, digər qohumlarımız da sağ qaldılar və bizə baş verənləri danışdılar. İndi orada hər şey dağılıb və düşünmürəm ki, orada yenidən nəsə tikmək mümkün olsun. Heç kim gözləmirdi ki, XXI əsrdə belə bir şey baş verə bilər.

- Kiyevdə necə, həm yaşayıb, həm də məşq edə bilirsiniz? Axı paytaxt da tez-tez raket hücumlarına məruz qalır.

- Kiyev həqiqətən də çox ciddi şəkildə hücuma məruz qalır. Çox çətindir, bizdə işıq və su tez-tez kəsilir. Tez-tez məşqlər zamanı hava həyəcanı siqnalı verilir, işıq sönür və biz sığınacaqlara düşməli oluruq. Amma biz dözürük və ruhdan düşməməyə çalışırıq. Hədəflərimiz var və biz onlara doğru gedirik.

- 2024-cü ildə sizin üçün qələbə ilə nəticələnən Avropa çempionatında rusiyalı Violeta Biryukovanı vaxtından əvvəl (tuşe) məğlub etdiniz. O anda nə hiss etdiniz?

- Onun rusiyalı olması mənə heç bir təsir etmədi, xüsusi gərginlik hiss etmirdim. O, digər rəqiblər kimi bir rəqib idi, amma əlbəttə, rusiyalı idmançını məğlub etmək xoş idi. Biz çalışırıq göstərək ki, öz sahəmizdə də onlardan daha güclüyük.

Teymur Tuşiyev

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 03 Noyabr 2025 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see631

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see266

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see240

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see218

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see215

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see213

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see202

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see193

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see189

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see178

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see175

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see171

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see170

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see170

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see158

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see156

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see153

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see152

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see147

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri