Icma.az
close
up
RU
“Düşünürəm ki, artıq Bakıda məni çoxdan unudublar” Boris Koretskinin ə EKSKLÜZİV MÜSAHİBƏSİ

“Düşünürəm ki, artıq Bakıda məni çoxdan unudublar” Boris Koretskinin ə EKSKLÜZİV MÜSAHİBƏSİ

Icma.az, Idman.biz saytına istinadən bildirir.

O, şöhrətinin zirvəsində olduğu vaxt doğma Bakısından təxminən 40 il əvvəl köçüb. Olimpiya çempionu yeni vətənini Belarusda -hazırda da yaşadığı Minskdə tapıb.

İdman.biz qılıncoynatmada (rapira növü üzrə) dünya və Olimpiya çempionu Boris Koretski ilə eksklüziv müsahibəni oxucuların diqqətinə təqdim edir.

- Məlum olur ki, siz Ukraynada anadan olmusunuz, baxmayaraq ki, uşaqlığınız və gəncliyiniz Bakıda keçib...

- Belə alındı ki, mənim valideynlərim - yeri gəlmişkən, hər ikisi də bakılıdır - sovet dövründə Ukraynaya, Donetsk vilayətinə köçdülər. O vaxt ora hələ Stalinsk adlanırdı. Biz orada yeddi il yaşadıq və mən də məhz orada doğuldum. Amma böyük qardaşım artıq Bakıda doğulmuşdu. Sonra yenidən Bakıya qayıtdıq, mən orada məktəbə getdim və oradakı Bədən Tərbiyəsi İnstitutunu bitirdim.

- Hansı məktəbdə oxuyurdunuz?

- 35 nömrəli orta məktəbdə, o, dəmir yolu vağzalının yaxınlığında yerləşirdi.

- Bəs niyə sonradan yenidən Bakını tərk etdiniz? Axı siz 1988-ci ildə Olimpiya çempionu olmusunuz! Yəqin ki, burada sizi əllərində gəzdirirdilər, bütün imtiyazlardan yararlanırdınız - avtomobil, mənzil...

- Əslində mənzili mənə bundan əvvəl də vermişdilər. Komandamız - Azərbaycan yığması SSRİ çempionu olanda. Üstəlik, mən SSRİ yığmasının tərkibində dünya çempionatının bürünc mükafatçısı oldum. Avtomobilim də artıq var idi.

- Bildiyimə görə, bu, Azərbaycanın komanda növündə SSRİ-də ilk və son çempionluğu oldu.

- Tamamilə doğrudur. Olimpiya oyunlarındakı qələbəmə görə mənə 15 min rubl verdilər - o dövr üçün bu, çox yaxşı məbləğ idi. Mənzilim 8-ci mikrorayonda idi - o zaman bir çox idmançılar məhz oradan ev almışdılar. Qonşumuz “Neftçi”nin futbolçusu Valeri Pançik idi.

- Bəs əgər məsələ maliyyədə deyildisə, niyə köçdünüz?

- Mən bütün uğurlarıma görə borclu olduğum məşqçim belarusiyalı idi - Ernst Asiyevski. Məni də məhz o çağırdı. Axı biz o vaxt bir ölkə idik, kim bilirdi ki, İttifaq dağılacaq və mən başqa ölkədə qalacağam?..

- Amma yəqin ki, orada, Belarusda sizə diqqət göstərilir?

- Bəli, əlbəttə. Mən razıyam: həm Olimpiya, həm də dünya çempionu kimi şəxsi pensiya alıram - çünki mən dünya çempionu adını 1989-cu ildə, artıq Minskdə yaşadığım və məşq etdiyim vaxt qazanmışam.

- Ötən 36 il ərzində heç olmasa bir dəfə Bakıda, Azərbaycanda olmusunuzmu?

- Xeyr, olmamışam. Amma həyat yoldaşım - hərçənd ki, o rusdur - Gəncədə doğulub. Sonradan onların ailəsi Bakıya köçüb və biz də orada tanış olmuşuq. O, hazırda Belarus millisində həkim kimi çalışır və dəfələrlə Azərbaycanda olub - sizdə axı çoxlu beynəlxalq yarışlar keçirilir. Sonuncu dəfə MDB ölkələrinin Oyunlarına gəlmişdi.

- Bəs sizin özünüzü nə mane olur gəlməyə?

- Sadəcə, gedəcək heç kim yoxdur. Böyük qardaşım çoxdan Moskvada yaşayır. Hələ də yaxın münasibətdə olduğum İlqar Məmmədov da Moskvada yaşayır. Başqa bir Olimpiya çempionu - dostum Kamandar Məcidov da demək olar ki, mənim qədərdir Minskdə yaşayır. Başqa qohumlar qalmayıb. Kimin yanına gedim ki?!

- Şəhərin özü üçün, Bakı üçün darıxmırsınızmı? Harada dincəlməyi, gəzməyi xoşlayırdınız?

- Şəhər üçün çox darıxıram, xüsusilə də Bakı bulvarı üçün. Axı biz “Dinamo”da, elə onun yaxınlığında məşq edirdik. Amma hansısa yerlərdə gəzməyə, istirahət etməyə vaxt olmurdu - daim ezamiyyətlərdə, səfərlərdə olurdum.

- Hazırda Minskdə yaşayırsınız?

- Bəli, Minskdə yaşayıram. Şəraitdən gileylənmək olmaz, şəxsi pensiya alıram, amma təəssüf ki, sağlamlıq bir qədər zəifləyib.

- Seul Olimpiadasının qızıl medalını hələ də saxlayırsınız?

- Əlbəttə! O medal mənim üçün çox qiymətlidir.

- Azərbaycan Qılıncoynatma Federasiyasından sizinlə kimsə əlaqə saxlayıbmı?

- Təəssüf ki, yox. Düşünürəm ki, artıq məni çoxdan unudublar. Ona görə də sizin zənginiz mənim üçün çox gözlənilməz və xoş oldu! Həyat yoldaşım isə yarışlarda Azərbaycan komandası ilə ünsiyyətdə olur - o, həmişə böyük məmnuniyyətlə yardım edir, zədə alan qılıncoynadanları tez sağaldır ki, yarışda çıxışlarını davam etdirə bilsinlər. Bir dəfə o, hətta Azərbaycan millisinin baş məşqçisi Çingiz Mustafayevə də kömək etmişdi - o, Misirdə keçirilən yarışda zədələnmişdi...

Vüqar Vüqarlı

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 30 Oktyabr 2025 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see633

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see267

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see242

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see223

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see215

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see214

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see202

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see193

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see189

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see179

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see175

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see172

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see160

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see159

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see156

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see153

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see148

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see144

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see139

Amerikalı diplomat: ABŞ İranda Liviya ssenarisinin təkrarlanmasını istəmir

01 Fevral 2026 06:07see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri