Icma.az
close
up
RU
Azərbaycan da hakerlərin hədəfində Dövlət qurumlarına xəbərdarlıq

Azərbaycan da hakerlərin hədəfində Dövlət qurumlarına xəbərdarlıq

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Son günlər beynəlxalq kibertəhlükəsizlik mənbələrində yayılan məlumatlarda “Red Wolf” adlı haker-aktivist qruplaşmanın müxtəlif ölkələrlə yanaşı, Azərbaycanı da hədəfə aldığı barədə iddialar yer alır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhülkəsizliyi Dövlət Xidməti (XRİTDX) məlumat yayıb.

Bildirilib ki, kibertəhlükəsizlik portalı – “TechOwlShield”in dərc etdiyi hesabatda haktivist (hakerlik kimi kompüter əsaslı üsullardan istifadə etməklə siyasi gündəmi və ya sosial dəyişikliyi təşviq edənlər) qruplaşmanın 2025-ci ildə genişlənən DDoS-hücum kampaniyalarında Azərbaycanı da hədəf ölkələr sırasında göstərdiyi bildirilib.

“Red Wolf Cyber Team” – siyasi motivli kiberhərəkat aparan haktivist qrupun əsas məqsədi beynəlxalq və regional siyasi mesajlar yaymaq, müəyyən dövlət və təşkilatların onlayn xidmətlərini dayandırmaq və öz ideoloji tərəfdarlarını müdafiə etdiklərini vurğulamaqdır.

“TechOwlShield” bəzi mənbələri və göstəriciləri paylaşaraq qrupun müxtəlif NATO üzvlərinə və digər ölkələrə yönələn aksiyalarından nümunələr gətirib.

Hədəf ölkələr kimi aşağıdakılar göstərilib:

- Azərbaycan

- Fransa

- İsrail

- İordaniya

- Portuqaliya

- Kamboca

- Bolqarıstan

- Oman

- Hindistan

- Yunanıstan

- Avropa İttifaqının rəqəmsal sistemləri

- Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ)

Qrup əsasən “DDoS” tipli kiberhücumlar həyata keçirməklə dövlət qurumlarının, maliyyə təşkilatlarının və kritik infrastrukturların informasiya sistemlərinin fəaliyyətinə maneələr törətməyə cəhdlər edir.

Kiberqruplaşmanın 6 avqust 2025-ci ildə Rusiyanın haktivist qruplaşması olan “NoName057(16)” ilə ittifaq elan etdikdən bir neçə saat sonra “Red Wolf” Almaniyanın Müdafiə Nazirliyini hədəf alan kiberhücum kampaniyası başladıb və “Operation Germany” adlandırdıqları əməliyyat çərçivəsində nazirliyin veb-saytına qarşı həyata keçirilmiş “DDoS” hücumun uğurlu olmasını (informasiya resursunun əlçatanlığının pozulmasını) təsdiqləyən “CheckHost” hesabatını paylaşıb.

Kiberqruplaşma həmçinin Almaniyanın iş dünyasında qadınlar və kişilər arasında bərabər imkanların təmin edilməsi, qadınların rəhbər mövqelərdə təmsil olunmaları, həmçinin müxtəliflik (“diversity”) siyasətinin inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərən “chefinnensache.de” veb saytını da xidmətdən kənar buraxmağa müvəffəq olub. Hər iki hücumda “Red Wolf” tənqidedici heştəqlər və Almaniya, Fransa, İsrail və ABŞ də daxil olmaqla, bir neçə ölkəyə qarşı sərt siyasi mesajlar paylaşıb. Qrupun aqressiv ritorikası və təhdidlərini sürətlə həyata keçirməsi Avropanın kibertəhlükəsizlik ictimaiyyətində ciddi narahatlığa səbəb olub.

Hücumların hədəfində Azərbaycanın da olduğunu nəzərə alaraq, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarından aşağıdakı məqamlara diqqət yetirmələrini xahiş edir:

Şəbəkə və sistem monitorinqinin gücləndirilməsi;

- Şübhəli fəaliyyətlərə dair logların vaxtında yoxlanılması;

- Əlavə yüklənmələrin, əlaqə kəsintilərinin və digər kənar halların diqqətlə izlənməsi;

- DDoS mitigation xidmətlərindən və müxtəlif təhlükəsizlik həllərindən istifadəedilmə.

Şübhəli vəziyyət müşahidə olunduqda XRİTDX-nin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinə məlumat verilməsi tövsiyə olunur (+994124353062).

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 03 Oktyabr 2025 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see384

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see312

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see275

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see265

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see262

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see250

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see250

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see238

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see237

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see225

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see222

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see220

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see214

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see213

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see211

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see210

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see209

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see208

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see199

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri