Icma.az
close
up
RU
30 il gözlədiyimiz gün ŞƏRH

30 il gözlədiyimiz gün ŞƏRH

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

​Düz 30 il idi ki, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün həyatı yaşamağa, doğma yurdunun həsrətini çəkməyə məcbur olmuşdu. Biz illərlə o torpaqların dərdi ilə böyüdük, yaşadıq. Amma içimizdəki inam heç vaxt qırılmadı. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin çox gözəl bir fikri var: “Mən işğal dövründə deyirdim, hər birimiz azadlıq gününü, bu müqəddəs günü öz işimizlə yaxınlaşdırmalıyıq, yaxınlaşdırırdıq və yaxınlaşdırdıq.” Həqiqətən də, hər kəs öz sahəsində çalışaraq bu günü gözləyirdi.
​Bu böyük qələbə bir günün içində, öz-özünə yaranmadı. Bunun arxasında uzun illərin gərgin əməyi, düşünülmüş siyasət dayanırdı. Ölkədə hərbi sənaye kompleksinin inkişaf strategiyası quruldu, ordu gücləndirildi. Cənab Prezidentin sözləri əslində bu illərin ən dəqiq xülasəsidir: “Prezident kimi 2003-cü ildən bu günə qədər bütün addımlarım Azərbaycanın gücləndirilməsinə yönəldilmişdir. Vətən müharibəsinə qədər bütün addımlarım bir amala xidmət edirdi ki, biz torpaqlarımızı azad edək, düşməni torpağımızdan qovaq və biz buna nail olduq.” Çünki qələbəyə aparan yol müxtəlif istiqamətlərdən keçsə də, əsas vəzifə güclü Silahlı Qüvvələrin yaradılması idi və dövlətimiz bunu bacardı.
​2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti təxribatları artıq səbir kasamızı daşırdı. Başlanan Vətən müharibəsində, Ali Baş Komandanın dediyi kimi, düz 44 gün ərzində Azərbaycan Ordusu hər gün irəliyə gedirdi. Biz elə bir mübarizə apardıq ki, bu gün Azərbaycanın XXI əsrə uyğun döyüş təcrübəsi və taktikası dünyanın ən inkişaf etmiş ölkələrinin hərbi məktəblərində öyrənilir. Nəticə isə hamımıza məlumdur: düşmən ordusu darmadağın edildi, rəsmi İrəvan kapitulyasiyaya və üçtərəfli bəyanata imza atmağa məcbur oldu.
​Bu müharibənin bizə verdiyi ən böyük dəyərlərdən biri də ölkəmizdə milli həmrəyliyin, birliyin daha da güclənməsi oldu. Biz bir yumruq kimi birləşdik. Prezidentimizin də vurğuladığı kimi, milli birlik daimi olmalıdır, çünki Azərbaycanın önəmi və dünyada oynadığı rol günü-gündən artır. Məhz bu gücün, bu birliyin nəticəsi idi ki, sonradan keçirilən və bir gündən az davam edən antiterror əməliyyatı ilə separatçıların kökü kəsildi. Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, həm beynəlxalq hüquq zəfər çaldı, həm də ölkəmiz öz gücünü bir daha bütün dünyaya göstərdi.
​Bütün bu gücə rəğmən, dövlətimizin mövqeyi həmişə aydın olub. Cənab İlham Əliyev hər zaman bildirir: “Biz sülh istəyirik, biz müharibə istəmirik. Sülh, amma ədalətli sülh. İrəli sürdüyümüz şərtlər ədalətlidir, beynəlxalq hüquqa əsaslanır və sülh müqaviləsi bu şərtlər əsasında imzalanmalıdır.” İndi Azərbaycanın tarixində tamamilə yeni bir mərhələ – quruculuq missiyası başlayıb. Azad edilmiş torpaqlara sürətlə həyat qayıdır və bundan sonra ölkəmiz yalnız inkişaf edəcək.
​Biz bu firavan və qürurlu günləri bizə bəxş edənləri – şəhidlərimizi, qazilərimizi heç vaxt unutmarıq. Onların rəşadəti paytaxtımızda yaradılan Zəfər parkı və muzeyində əbədi yaşayacaq. Cənab Prezidentin də qeyd etdiyi kimi, Vətən uğrunda canlarını fəda etmiş qəhrəman övladlarımızın ailə üzvləri və sağlamlığını itirmiş qazilərimiz dövlət tərəfindən daim yüksək qayğı ilə əhatə olunur və biz bunu bu gün əyani şəkildə görürük. Ali Baş Komandanımızın dediyi kimi, bu şanlı tarix bizimlə əbədi olacaq və gələcək nəsillər bu Qələbə ilə haqlı olaraq həmişə fəxr edəcəklər.

Tutu Kamal qızı
YAP Zəngilan rayon təşkilatının sədr müavini

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 09 Noyabr 2026 09:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see613

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see324

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see315

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see315

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see307

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see286

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see284

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see280

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see271

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see268

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see250

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see250

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see248

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see243

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see240

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see231

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see230

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see211

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see210

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri