Icma.az
close
up
RU
“Azərbaycan da Suriya ərazisinə kifayət qədər maraq göstərir”

“Azərbaycan da Suriya ərazisinə kifayət qədər maraq göstərir”

Xalqcebhesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“İndiki məqamda ən əsas problemlərdən biri Suriyanın ərazi bütövlüyünün təmin edilməsidir. Bu baxımdan ki, Araz çayının şərq hissəsində yerləşmiş YPG, PKK terror təşkilatının təmizlənməsi məsələsi əsasdır. İndi bu əməliyyat həyata keçirilir”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq Sabir Məmmədli deyib.

Politoloq qeyd edib ki, Suriya Milli Ordusu artıq Kobani bölgəsini təmizləməyə başlayıb: “Rakka bölgəsi də tədricən təmizlənir. Sadəcə olaraq bundan əvvəl Deyr əz-Zor da ABŞ yönümlü YPG qüvvələrindən ərəb əşirətlərinin köməyi ilə təmizlənmişdi. Müəyyən çətinliklər olacaq. Suriya ərazisinin İraqa doğru olan hissəsində Qamışlı, Həsəkə hissəsində ABŞ-nin 12 hərbi bazası var. Həmin hərbi bazaları gərək ABŞ özü təmizləyə, oradan çıxalar. Bu mənada düşünürəm ki, gələcək istiqamət ona yönələcək ki, Suriyanın ərazi bütövlüyü təmin edilsin və eyni zamanda Türkiyə ilə həmsərhəd olan bölgələrdə də Suriya Milli Ordusunun nəzarəti gücləndirilsin. Heç şübhə yoxdur ki, bu baş verəcək. Çünki nəzərə alsaq ki, Colani də bir daha vurğulayıb ki, indiki vəziyyətdə heç bir hansısa silahlı təşkilatın Suriya ərazisində mövcudluğuna icazə verilməyəcək. Bütün bunlar onu göstərir ki, Suriyada baş verən hadisələr indiki müstəvidə davam etsə sözsüz ki, Türkiyə üçün əlverişli şərait yaranacaq”.

O vurğulayıb ki, Azərbaycan da Suriya ərazisinə kifayət qədər maraq göstərir: “Çünki Suriya ərazisində zəngin neft-qaz yataqları var. Əsasən də İraqa doğru olan bölgədə. Mən düşünürəm ki, gələcəkdə Türkiyə ilə Azərbaycan və başqa türk dövlətləri də həm yardım, həm də müəyyən mənada investisiya qoyulması baxımından da o ərazilərdə birgə işləyə bilər. Bu, Azərbaycan üçün də, həmçinin Türkiyə üçün də əhəmiyyətlidir. Çünki burada həm də neft şirkətlərinin təcrübəsi məsələsi gündəmə gəlir. Ona görə də düşünürəm ki, əgər xarici qüvvələr müdaxilə etməsələr Suriyanın gələcəyi çox münasib formada inkişaf edəcək və Türkiyənin də maraqları burada təmin olunacaq”.

Röya İsrafilova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 19 Dekabr 2024 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri