Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Süni intellekt ölkənin rəqabət qabiliyyətini artıracaq

Süni intellekt ölkənin rəqabət qabiliyyətini artıracaq

Icma.az bildirir, Modern.az portalına istinadən.

Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın məqsədi ölkədə süni intellektin (Sİ) inkişafını sürətləndirmək, bu sahədə tədqiqatların aparılmasını təşviq etmək, süni intellekt üzrə informasiya texnologiyalarının və onların idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsini, infrastrukturunun əlçatanlığını təmin etmək, habelə ixtisaslı kadr potensialını gücləndirməkdir.

Modern.az xəbər verir ki, Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsi Nazirlər Kabinetinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tərəfindən həyata keçiriləcək.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ayaz Museyibov bildirib ki, Strategiya Azərbaycanın qlobal inkişaf tendensiyalarına uyğun olaraq, süni intellekt sahəsində beynəlxalq çağırışlara cavab vermək və ölkənin rəqabət qabiliyyətini artırmaq məqsədini daşıyır. Həmçinin yüksək hesablama infrastrukturunun inkişafı, süni intellektin etik və məsuliyyətli istifadəsi, qlobal standartların tətbiqi, məlumatların məxfiliyinin qorunması və innovativ həllərin risklərinin azaldılması da hədəflər arasındadır.

Strategiya çərçivəsində həyata keçiriləcək prioritet istiqamətlər müəyyən edilib ki, onlar məqsədə çatmaq üçün süni intellektin inkişafını dəstəkləyəcək, müvafiq infrastrukturu quracaq, etik və hüquqi çərçivə yaradacaq, kadr potensialını gücləndirəcək və əlverişli biznes mühiti təmin edəcək.  

“Süni intellektin idarə edilməsinin inkişafı və təkmilləşdirilməsi” prioritetinin icrası nəticəsində innovasiyaların təşviqi və sərmayələrin cəlbi ilə ölkə iqtisadiyyatı gücləndiriləcək, eyni zamanda etik və hüquqi çərçivə yaradılması ilə cəmiyyətin maraqları qorunacaq, süni intellektin tətbiqi zamanı şəffaflıq və ədalət təmin ediləcək. Bu, həmçinin süni intellektə olan etimadı artıraraq sosial və iqtisadi faydaların daha geniş yayılmasına imkan verəcək.

Ayaz Museyibovun sözlərinə görə, Strategiyada “Məlumatların idarəedilməsinin və infrastrukturunun təkmilləşdirilməsi” prioritetinin icrası məlumatların effektiv idarə olunmasını, təhlükəsizliyini və yüksək hesablama infrastrukturunun inkişafını təmin edəcək. Təbii Dil Emalı (TDE) texnologiyalarının gücləndirilməsi müxtəlif sektorlarda məlumatların analizini və qərar qəbuletməni daha səmərəli edəcək. Bu, süni intellektin tətbiqi üçün lazımi texnoloji bazanın yaradılmasına, məlumatların daha düzgün və təhlükəsiz istifadəsinə və məlumatəsaslı qərar qəbuletmənin gücləndirilməsinə xidmət edəcək. Nəticədə rəqəmsal transformasiyanın inkişafına və müasir texnologiyaların effektiv istifadəsinə imkan yaranacaq.

“Süni intellekt sahəsində istedad və bacarıqların təkmilləşdirilməsi” prioritetinin icrası süni intellekt sahəsində ölkənin kadr potensialını gücləndirərək mütəxəssislərin hazırlanmasını təmin edəcək və dövlət orqanlarının rəhbər heyətinin süni intellektin tətbiqi sahəsində biliklərini artıracaq. İctimaiyyətin məlumatlılığının artırılması və tədqiqatların təşviqi ilə cəmiyyətdə texnologiyalara inam güclənəcək və süni intellektin tətbiqinin etik və məsuliyyətli şəkildə yayılması təmin ediləcək. Bu həm də dövlətin və özəl sektorun rəqəmsal transformasiyasını sürətləndirəcək və ölkənin süni intellekt sahəsində beynəlxalq mövqeyini möhkəmləndirəcək.

“Əlverişli biznes mühitinin yaradılması” prioritetinin icrası, süni intellekt sahəsində sərmayə qoyuluşunu artırmağa, innovasiyaları dəstəkləməyə və bazar iştirakçıları üçün əlverişli şərait yaratmağa xidmət edəcək. Dövlətin təşviq etdiyi qanunvericilik dəyişiklikləri və təşviqatlar vasitəsilə startaplar və texnoloji şirkətlər üçün daha əlverişli iş mühiti yaradılacaq. Bu, həmçinin müstəqil sahibkarlığın inkişafını sürətləndirəcək, yerli və beynəlxalq investorların diqqətini cəlb edəcək və süni intellektin inkişafına töhfə verəcək. Nəticədə iqtisadiyyatda yeni iş imkanları yaradılacaq və rəqabət qabiliyyəti güclənəcək.

Ayaz Museyibovun əlavə edib ki, Strategiyanın uğurla icrası nəticəsində Azərbaycan süni intellekt texnologiyalarını idarə etmək və tətbiq etmək sahəsində qlobal rəqabətə uyğun, dayanıqlı və effektiv sistem qurmağı qarşıya məqsəd qoyur. Bu kontekstdə məlumatların qorunması, kibertəhlükəsizliyin təmin edilməsi, yüksək hesablama infrastrukturunun yaradılması və Sİ texnologiyalarının müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat, səhiyyə, təhsil və dövlət idarəçiliyində tətbiqi əsas prioritetlərdən biri olacaq.

Hazırda dünyada həm dövlətlər, həm də biznes subyektləri süni intellektin inkişaf potensialını daha dərindən dərk edir və bu sahəyə milyardlarla dollar həcmində investisiyalar yönəldilir. Məsələn, müxtəlif tədqiqatlara əsasən, Avropa İttifaqının Sİ texnologiyalarına sərmayələri 2025-ci ilə qədər 22,4 milyard avroya çatacaq.

İİTKM-in icraçı direktorunun müavini qlobal tendensiyalara əsaslanaraq göstərir ki, süni intellekt yalnız iqtisadi və sənaye sahələrində deyil, eyni zamanda müdafiə və təhlükəsizlik sahələrində də geniş tətbiq imkanlarına malikdir. Bu isə dövlətlərin bu sahəyə daha çox diqqət ayırmasına səbəb olur.“Accenture” konsaltinq şirkətinin apardığı araşdırmaya görə, 2035-ci ilə qədər süni intellekt dünyanın aparıcı 12 iqtisadiyyatında illik iqtisadi artım tempini iki dəfə artıra bilər. Bu artıma üç əsas istiqamət üzrə töhfə veriləcəyi gözlənilir. Birincisi, əmək məhsuldarlığının innovativ texnologiyalar hesabına yüksəlməsi ilə əlaqədardır. İkincisi, problemləri həll edə və öyrənə bilən virtual işçi qüvvəsinin formalaşmasını əhatə edir. Üçüncüsü, yeni gəlir mənbələrinin yaranmasına səbəb olacaq innovasiyaların sürətli yayılması ilə bağlıdır. “PricewaterhouseCoopers” (PwC) tərəfindən aparılan araşdırma isə süni intellektin 2030-cu ilə qədər qlobal ÜDM-i 14% artıraraq 15,7 trilyon ABŞ dollarına çatdıra biləcəyini göstərir. Hesabatda qeyd olunur ki, istehsal, nəqliyyat və logistika kimi sahələrdə avtomatlaşdırmanın artması məhsuldarlığı yüksəldəcək, işçi qüvvəsinin isə Sİ texnologiyaları ilə dəstəklənməsi qərarvermə proseslərini daha optimal hala gətirəcək.

Eyni zamanda, “McKinsey Qlobal İnstitutu”nun proqnozlarına əsasən, 2030-cu ilə qədər şirkətlərin 70%-i ən azı bir növ süni intellekt texnologiyasını tətbiq edəcək və bu texnologiyalar qlobal iqtisadiyyata 13 trilyon ABŞ dolları dəyərində əlavə töhfə verəcək. “Analysis Group”un (“Metaverse” şirkətinin dəstəyi ilə) apardığı araşdırmada isə vurğulanır ki, süni intellekt məhsuldarlığın və ÜDM-in artmasına həm birbaşa, həm də dolayı təsirlər vasitəsilə mühüm töhfə verəcək. Yeni iş sahələrinin yaradılması və biznes proseslərinin optimallaşdırılması nəticəsində iqtisadi strukturda əhəmiyyətli dəyişikliklər baş verəcək. Bu texnologiyanın növbəti onillikdə 1,49-2,95 trilyon ABŞ dolları həcmində əlavə dəyər yaratması gözlənilir. “Research and Markets”in hesabatına əsasən isə qlobal süni intellekt bazarının həcmi 2030-cu ilə qədər 1,8 trilyon ABŞ dollarına çatacaq və bu sahədə illik orta artım tempi 38,1% təşkil edəcək.

Beləliklə, bütün bu qlobal meylləri nəzərə alaraq Azərbaycanın süni intellekt sahəsində strateji baxışının formalaşdırılması və sistemli yanaşmanın təmin edilməsi ölkənin rəqəmsal gələcəyinin möhkəmlənməsində mühüm rol oynayacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:269
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 Mart 2025 17:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see375

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see299

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see282

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see258

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see257

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see242

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see239

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see233

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see226

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see225

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see211

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see210

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see206

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see204

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see203

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see198

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see195

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see191

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see185

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri