Azərbaycan Dəmir Yolları da 6 milyard 263 milyon manatlıq defisit ÖTƏN İL ZƏRƏRİ 18 DƏFƏ ARTIB
Icma.az, Marja.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) 2024-cü ili 1 milyard 819 milyon 495 min manat xalis zərər ilə başa vurub. QSC 2023-cü ili 100 milyon 963 min manat xalis zərər ilə bağlamışdı. Beləliklə, ötən il 2023-cü illə müqayisədə "Azərbaycan Dəmir Yolları"nın xalis zərəri 18 dəfə və ya 1 milyard 718 milyon 532 min manat artıb.
Marja.az dövlət şirkətinin maliyyə hesabatına istinadən xəbər verir ki, dövlət şirkətinin cəmi əsas əməliyyat gəlirləri 2023-cü ildə 602 milyon 672 min manat ikən, 2024-cü ildə 614 milyon 747 min manat təşkil edib (cəmi 12 milyon 75 min manat və ya 2% artıb). Həmçinin ADY maliyyə və valyuta mübadiləsindən 63 milyon 71 min manat gəlir əldə edib.

Ötən il ADY-nin cəmi əməliyyat gəlirləri 677 milyon 818 min manat, cəmi əməliyyar xərcləri 2 milyard 518 milyon 420 min manat, əməliyyat zərəri 1 milyard 840 milyon 602 min manat tşəkil edib. Xərclərin 1 milyard 728 milyon 994 min manatı sair aktivlər üzrə dəyərsizləşmə zərəri olub.
31 dekabr 2024-cü il tarixində ADY-nin yığılmış defisiti (zərəri) 6 milyard 263 milyon 562 min manat təşkil edib (2023-cü ilin sonunda 4 milyard 447 milyon 572 min manat). Bu defisit ADY-nin cəmi aktivlərinin (4 milyard 464 milyon 545 min manat) məbləğindən yüksəkdir.
"Azərbaycan Dəmir Yolları" QSC 31 dekabr 2024-cü il tarixində 4 milyard 464 milyon 545 min manat cəmi aktivlərə malik olub. Şirkət 2023-cü ilin sonunda 5 milyard 966 milyon 950 min manat cəmi aktivlərə malik idi. Əsas vəsaitlərin əmlak, tikili və avadanlıqlar bəndi üzrə azalma cəmi aktivlərin düşməsinə səbəb olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 22 Dekabr 2025 18:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















