Icma.az
close
up
RU
“Azərbaycan Dəmir Yolları” “Rhenus Group” şirkəti ilə əməkdaşlığı müzakirə edib AZƏRTAC

“Azərbaycan Dəmir Yolları” “Rhenus Group” şirkəti ilə əməkdaşlığı müzakirə edib AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 21 noyabr, AZƏRTAC

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC və Almaniyanın “Rhenus Group” şirkəti arasında beynəlxalq nəqliyyat dəhlizləri üzrə əməkdaşlığın genişləndirilməsi ilə bağlı başlamış səmərəli müzakirələr aparılıb.

AZƏRTAC xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov “Rhenus Group” şirkətinin baş icraçı direktoru Tobias Bartzın rəhbərlik etdiyi nümayəndə ilə görüşdə Azərbaycanda dəmiryol infrastrukturunun modernləşdirilməsi, elektrikləşdirilməsi, ölkəmizdən keçən beynəlxalq dəhlizlər üzrə dəmir yollarının ötürücülük imkanlarının artırılması ilə bağlı görülən işlərdən danışıb.

Qeyd olunub ki, beynəlxalq dəhlizlərlə yükdaşımalarda karbon emissiyalarının azaldılması əsas çağırışlardan biridir və bu məqsədlə əməliyyatların rəqəmsallaşdırılması xüsusilə vacibdir. Son illərdə beynəlxalq yükdaşımaların artması fonunda ADY yeni yüklərin cəlb olunması, həmçinin Orta Dəhliz üzrə marşrutların şaxələndirilməsi istiqamətində tərəfdaşları ilə fəal əməkdaşlıq edir.

Tobias Bartz “Rhenus Group” şirkətinin beynəlxalq logistika xidmətləri göstərdiyini, bir çox ölkələrdə layihələr icra etdiyini, dövlət və özəl sektor üçün təchizat zəncirində mürəkkəb logistika proseslərinin həllini təklif etdiyini və ADY ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib.

Görüşdə əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Noyabr 2024 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see248

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see225

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see209

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see203

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see187

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see162

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see160

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see145

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see135

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see135

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri