Icma.az
close
up
RU
Azərbaycan Dəniz Naviqasiya Avadanlıqları üzrə Beynəlxalq Təşkilat haqqında Konvensiyaya qoşulacaq

Azərbaycan Dəniz Naviqasiya Avadanlıqları üzrə Beynəlxalq Təşkilat haqqında Konvensiyaya qoşulacaq

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Dəniz Naviqasiya Avadanlıqları üzrə Beynəlxalq Təşkilat haqqında Konvensiya"ya qoşulmaq barədə qanun layihəsi səsə qoyularaq bir oxunuşda təsdiqlənib.

Oxu.Az xəbər verir ki, sözügedən məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə edilib

Bildirilib ki, "Dəniz Naviqasiya Avadanlıqları üzrə Beynəlxalq Təşkilat haqqında Konvensiya" 27 yanvar 2021-ci il tarixində Paris şəhərində imzalanıb.

Sənəd preambula, 22 maddə və keçid müddəalardan ibarətdir.

Konvensiyada Dəniz Naviqasiya Avadanlıqları üzrə Beynəlxalq Təşkilatın təsis edilməsi, məqsəd və hədəfləri, funksiyaları, orqanları və s. barədə ətraflı məlumat verilib.

Bu qurum hökumətlərarası təşkilat kimi təsis edilib, məsləhətçi və texniki xarakter daşımaqdadır.

Ümumiyyətlə, Dəniz Naviqasiya Avadanlığı dedikdə ayrı-ayrı gəmilərin naviqasiyasının, dəniz gəmiçiliyinin təhlükəsizliyini və səmərəliliyini artırmaq üçün layihələndirilən və istifadə edilən gəminin xaricində olan cihaz, sistem və ya xidmət başa düşülür.

Təşkilatın məqsədi bu sahədə müvafiq hədəflərə çatmaq üçün dəniz naviqasiya avadanlığının tənzimlənməsi, təchiz edilməsi, texniki baxımı və ya istismarı ilə məşğul olan hökumətlərin və təşkilatların səylərini birləşdirməkdən ibarətdir. Buna müvafiq olaraq təşkilatın özünəməxsus funksiyaları var (məcburi olmayan standart, tövsiyə, təlimat, göstəriş və digər sənədləri hazırlayır və yayır, müvafiq məsələlərə dair məsləhətləşmə və məlumat mübadiləsi mexanizmlərini təmin edir, konfrans, simpozium, seminar və digər tədbirlərin təşkilini həyata keçirir və s.).

Təşkilatın dörd orqanı var: Baş Assambleya, şura, təşkilatın fəaliyyətini dəstəkləmək üçün zəruri komitə və köməkçi orqanlar, katiblik. Təşkilatın prezidenti və vitse-prezidenti kimi vəzifələri var. Baş Assambleya və şuranın iclaslarına qurumun prezidenti, o olmadıqda isə vitse-prezidenti sədrlik edir. Baş Assambleya təşkilatın əsas qərarverici orqanıdır və quruma aid bütün səlahiyyətlərə malikdir. Baş Assambleyanın müntəzəm iclasları üç ildən bir keçirilir.

Şura təşkilatın icraedici orqanıdır və qurumun fəaliyyətinə rəhbərlik etməyə məsuldur. Şura ildə bir dəfədən az olmayaraq toplanır.

Komitə və köməkçi orqanlar təşkilatın məqsədlərinin və hədəflərinin yerinə yetirilməsinə dəstək olmalıdır. Katibliyi təmsil edən baş katib isə Baş Assambleya və ya şuranın göstərişlərini nəzərə almaqla təşkilatın gündəlik fəaliyyətinin təşkili, dövlətlər və beynəlxalq təşkilatlarla müqavilələrin bağlanılması üçün cavabdehdir.

Təşkilatın rəsmi dilləri ərəb, çin, ingilis, fransız, rus və ispan dilləridir.

Üzv dövlətlərdən hər hansı biri baş katibə yazılı şəkildə müraciət etməklə Konvensiyaya düzəlişlər təklif edə bilər, həmçinin, nəzərdə tutulan çıxma tarixindən ən azı on iki ay əvvəldən müvafiq bildiriş göndərməklə Konvensiyadan çıxa bilər.

Bu Konvensiya səsvermənin keçiriləcəyinə dair ən azı altı ay əvvəldən bildiriş təqdim olunduqdan sonra Baş Assambleyanın iclasında səsvermə yolu ilə ləğv edilə bilər.

Mərahim Nəsib

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://oxu.az
archiveBu xəbər 17 Oktyabr 2025 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri