Icma.az
close
up
RU
Azərbaycan deyən zaman Heydər Əliyevi düşünürük

Azərbaycan deyən zaman Heydər Əliyevi düşünürük

Sia Az saytına istinadən Icma.az xəbər verir.

“Biz müstəqil Azərbaycan deyən zaman Heydər Əliyevi düşünürük. Heydər Əliyev deyən zaman da müstəqil qüdrətli Azərbaycanı düşünürük”. Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, yəni bu xalqımızın milli şüurunda assosiasiya olunan bir fikir olaraq böyük dövlət xadimi Ulu Öndər Heydər Əliyevin Azərbaycanda dövlət qurması ilə əlaqədardır: “Çünki 1993-cü ildə Heydər Əliyev formal kağız üzərində olan dövləti bütün funksional institutları ilə fəaliyyət göstərməyi bacaran bir dövlətə çevirdi. Heç şübhəsiz ki, hər bir dövlətin yaşaması üçün onun birinci hərbi-siyasi təhlükəsizliyi, hərbi-siyasi doktrinası olmalıdır. İkincisi isə onun iqtisadi əsasları olmalıdır. Heydər Əliyev hər iki istiqamətdə dövlət quruculuğumuzun ilk illərindən çox mühüm tarixi qərarlar qəbul etməyə başladı”.

Hikmət Babaoğlu sözlərinə belə davam edib: “Heydər Əliyev hakimiyyətə gəldikdən cəmi bir il sonra Bakı-Tblisi-Ceyhan neft kəməri ilə bağlı beynəlxalq konsensus yaradılmasını təmin etdi. Beləliklə, Azərbaycan dövlətinin iqtisadi əsasları formalaşdı. Amma sonradan dərhal bu iqtisadi əsaslar ölkəmizdə kənd təsərrüfatının, sənayenin, aqrar sənayenin inkişafı üçün yeni istiqamətlər təyin etdi.

Şübhəsiz ki, bu konteksdə ən mühüm məsələlərdən biri ümumilli həmrəyliyin təmin olunması idi. Heydər Əliyevin azərbaycançılıq ideologiyası ümummilli həmrəyliyi təmin etdi. Hər bir fərd özünü milli dövlətə mənsub hesab etməklə öz fəaliyyətinin cazibə mərkəzi kimi milli dövləti müəyyənləşdirdi. Ali bir məsələ milli maraqlarımızdan çıxış edərək xarici siyasətin təyin olunması məsələsi idi ki, bütün bu fundamental əsasları məhz Heydər Əliyev dövlət quruculuğumuzun ilk illərindən təyin etməklə sonradan tarixi zəfərimizə qədər gələcək uğurlu bir dövlət modeli qurmağı bacardı”.

Ayşən Vəli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:261
embedMənbə:https://sia.az
archiveBu xəbər 09 Dekabr 2024 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see350

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see321

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see314

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see305

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see282

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see275

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see273

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see271

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see249

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see241

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see236

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see230

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see224

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see218

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see217

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see212

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see209

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see207

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see203

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri