Icma.az
close
up
RU
Gəncə Heydər Əliyevi ehtiramla yad etdi

Gəncə Heydər Əliyevi ehtiramla yad etdi

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev – Müstəqil və qüdrətli Azərbaycanın banisi” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, şəhərdəki ali məktəblərin rektorları, elmi tədqiqat institutlarının direktorları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.

Əvvəlcə Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış Ulu Öndərin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb,xatirəsinə dərin ehtiram ifadə edilib. Daha sonra Mərkəzdə yerləşən Heydər Əliyevin Xatirə Muzeyinə ekskursiya təşkil olunub, iştirakçılar rəsm sərgisinə baxıblar.

Tədbir zamanı Müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu, görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Ulu Öndər Heydər Əliyevin şərəfli həyat yolu, müdrik liderlik fəaliyyəti və xalqına göstərdiyi misilsiz xidmətlər barədə ətraflı məlumat verilib. 

Niyazi Bayramov çıxışında vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin müdrik və qətiyyətli siyasi fəaliyyəti Azərbaycan xalqının taleyində dönüş nöqtəsi olmaqla, ölkəmizin müstəqillik tarixində yeni və şanlı bir mərhələnin əsasını qoyub. Onun rəhbərliyinin hər iki dövründə ölkəmiz sosial-iqtisadi inkişaf, elm, təhsil, mədəniyyət və digər sahələrdə mühüm nailiyyətlər əldə edib. Şəhər rəhbəri bildirib ki, məhz Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın sabitliyi təmin olunub, ölkəmiz bölgədə və beynəlxalq aləmdə söz sahibi olan bir dövlətə çevrilib. Onun ideyaları bu gün də yaşayır və inkişaf edir. Möhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu ideyalar uğurla davam etdirilir, Azərbaycan güclənir, qüdrətlənir və regionda lider mövqeyini möhkəmləndirir.

Daha sonra Bayram Aslanov, akademik Fuad Əliyev, professor İbrahim Cəfərov və Gəncə Tibb Kolleci PHŞ-nin direktoru, Əməkdar həkim Mehman Rzayev çıxış edərək Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışıblar. Qeyd edilib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib. Bu qərar çərçivəsində Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyi ölkə miqyasında geniş qeyd olunur. Keçirilən tədbirlər Heydər Əliyev siyasətinin davamı kimi böyük əhəmiyyət daşıyır. Bildirilib ki, Konstitusiyamız bu gün həm hüquqi sabitliyin təminatçısı, həm də insan hüquq və azadlıqlarının əsas qoruyucusudur. Onun hazırlanıb qəbul olunmasında Heydər Əliyevin rolu misilsizdir – o, Azərbaycanın dövlət quruluşunun hüquqi əsaslarını formalaşdıraraq müasir dövlətin hüquqi modelini yaradıb.

Sonda Heydər Əliyev Mərkəzinə ekskursiya edən şagirdlərlə xatirə şəkli çəkdirilib.

Hamlet Qasımov,
XQ-nin bölgə müxbiri,
Gəncə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:148
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 May 2025 13:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1156

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see349

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see333

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see332

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see330

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see324

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see286

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see260

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see231

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see203

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see201

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see201

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see199

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see198

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see194

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see194

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see186

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see180

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see171

UEFA Millətlər Liqası 2026/2027 mövsümünün 5 oktyabr oyunlarının cədvəli

05 Oktyabr 2026 12:27see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri