Icma.az
close
up
RU
Azərbaycan diasporunun təmsilçiləri Duysburq Essen Universitetində müzakirələr aparıblar

Azərbaycan diasporunun təmsilçiləri Duysburq Essen Universitetində müzakirələr aparıblar

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Berlin, 30 aprel, AZƏRTAC

Almaniyadakı diasporumuzun fəal üzvlərindən olan Ruhr Universiteti Boxumun baş dosenti, iqtisadiyyat üzrə tədqiqatçı və Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin üzvü Elxan Riçard Sadıxzadə, eləcə də Avropa Azərbaycan Mərkəzinin sədri, beynəlxalq insan hüquqları üzrə ixtisaslaşmış hüquqşünas və Alyansın İdarə Heyətinin üzvü Zaur Əliyev Duysburq-Essen Universitetinin nəzdində fəaliyyət göstərən Türk Araşdırmaları və İnteqrasiya Tədqiqatları Mərkəzinin (ZfTI) dəvəti ilə bu nüfuzlu elmi-tədqiqat müəssisəsinin qonağı olublar.

AZƏRTAC xəbər verir ki, həmyerlilərimiz Mərkəzin “İqtisadiyyat və bələdiyyə iştirakı” proqramının rəhbəri, eyni zamanda, miqrasiya, inteqrasiya və sosial iştirak sahəsində aparıcı ekspertlərdən olan Cem Şentürk ilə görüşüblər.

Görüşdə Almaniyada Cənubi Qafqaz Araşdırmaları İnstitutunun yaradılması təşəbbüsü ilə bağlı fikir mübadiləsi aparılıb. Vurğulanıb ki, belə bir institut təkcə elmi-tədqiqat baxımından deyil, həm də mədəniyyətlərarası dialoq və maarifləndirmə baxımından strateji əhəmiyyət daşıyır. Bu institutun yaradılması, xüsusilə enerji təhlükəsizliyi, regional iqtisadi transformasiya, nəqliyyat-logistika infrastrukturu, dayanıqlı resurs idarəçiliyi, ətraf mühitin qorunması, rəqəmsal keçid, urbanizasiya, mədəni irs və sosial inteqrasiya kimi sahələrdə çoxşaxəli tədqiqatları əhatə edəcək.

Elxan Riçard Sadıxzadə Cənubi Qafqaz regionunun geoiqtisadi əhmiyyətinə diqqət çəkərək qeyd edib ki, bu bölgə Avropanın enerji təhlükəsizliyi, alternativ marşrutların inkişafı və regional sabitlik baxımından mühüm potensiala malikdir. Belə bir institut təkcə akademik müstəvidə deyil, siyasi qərarların elmi əsaslı formalaşması üçün də bilik bazası rolunu oynaya bilər.

Zaur Əliyev qeyd edib ki, Avropadakı elmi ictimaiyyət və qərarverici institutlar Cənubi Qafqaz barədə əsasən fraqmentar və bəzən qərəzli təsəvvürlərə malikdir. Bu baxımdan institut vasitəsilə bölgənin real vəziyyəti, sosial-mədəni strukturu və tarixi irsi obyektiv şəkildə təqdim oluna, stereotiplər elmi əsaslarla aradan qaldırıla bilər. O, bu təşəbbüsün elm və vətəndaş cəmiyyətinin qarşılıqlı əlaqəsini gücləndirmək baxımından da önəmini qeyd edib.

Cem Şentürk bu təşəbbüsü alqışlayıb və ZfTI-nin belə bir layihəyə dəstək verməyə hazır olduğunu ifadə edib. O bu institutun təkcə akademik tədqiqatlar aparmaqla kifayətlənməyəcəyini, həm də Avropada yaşayan gənc nəsil üçün təhsil və təcrübə platforması rolunu oynayacağını vurğulayıb. Bu cür təşəbbüslərin Avropadakı elmi plüralizmi gücləndirdiyi, müxtəlif regionlara dair biliklərin balanslı şəkildə təqdim olunmasına şərait yaratdığı qeyd olunub.

Görüşdə qarşılıqlı maraq doğuran mövzularda konkret əməkdaşlıq formatlarının strukturlaşdırılması qərara alınıb.

Qeyd edək ki, Cem Şentürk uzun illərdir Almaniyada müxtəlif sosial qrupların əmək bazarına və yerli idarəetməyə inteqrasiyası üzrə layihələrə rəhbərlik edir. O, həmçinin Şimali Reyn-Vestfaliya əyalətinin Polis və İctimai İdarəetmə Ali Məktəbində (HSPV NRW) “Miqrasiya və inteqrasiya” üzrə mühazirələr deyir. Onun rəhbərlik etdiyi proqramın əsas strategiyası demokratik iştirakın təşviqi, bələdiyyə səviyyəsində vətəndaş cəlbediciliyinin artırılması və sosial müxtəlifliklər arasında əməkdaşlığın gücləndirilməsi üzərində quurlub.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Aprel 2025 23:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see360

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see241

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see236

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see194

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see182

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see167

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see167

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see158

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see154

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see150

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see145

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see143

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see142

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see140

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see139

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see136

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri