Icma.az
close
up
RU
“Marsol Minifutbol Turniri 2025”in püşkatma mərasimi keçirilib FOTO

“Marsol Minifutbol Turniri 2025”in püşkatma mərasimi keçirilib FOTO

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Marsol Group, İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası (İCMA) və Azərbaycan Minifutbol Federasiyasının (AMF) tərəfdaşlığı, QOLAT Sport Services-in təşkilatçılığı ilə "Marsol Minifutbol Turniri 2025”in püşkatma mərasimi keçirilib.

Modern.az xəbər verir ki, tədbirdə KOBİA-nın İdarə Heyəti sədrinin müavini Rüfət Atakişiyev, Marsol Group-un təsisçisi və İCMA-nın İdarə Heyətinin sədri Tural Mustafayev, AMF-in baş katibi Orxan Hüseynov, Şəki Peşəkar Futbol Klubunun təsisçisi Elgün Hüseynov, Modern Hospital şirkətinin direktoru Taryel Ömərov, Kirpi Tekstil və Djevo markasının həmtəsisçisi və direktoru Cavid Salayev, həmçinin Moon Group şirkətinin təsisçisi Ruslan Quliyev çıxış ediblər.

Natiqlər turnirin sahibkarlar arasında dostluq, sağlam rəqabət və komanda ruhunun inkişafına töhfə verdiyini, həmçinin idmanın və sosial inteqrasiyanın dəstəklənməsində mühüm rol oynadığını vurğulayıblar.

QOLAT Sport Services şirkətinin təsisçisi Səid Bağırov turnirin artıq 5 ildir uğurla təşkil olunduğunu qeyd edib. O, 23 noyabr tarixində start götürəcək çempionat barədə ətraflı məlumat verib, turnirin yenilikləri, qaydaları və iştirakçı komandalar barədə iştirakçıları məlumatlandırıb. Daha sonra püşkatma nəticəsində komandaların qrupları müəyyənləşdirilib.

Artıq ənənə halını alan "Marsol Minifutbol Turniri” bu il də böyük maraqla qarşılanıb.

Turnirin baş sponsoru Şəki Peşəkar Futbol Klubu, sponsoru Modern Hospital, forma sponsoru Djevo Sport, promo tərəfdaşı isə ənənəvi olaraq Moon Group şirkətidir.

Turnirin nəticələrinə əsasən qalib gələn komanda 10.000 manat məbləğində pul mükafatı ilə təltif olunacaq. İkinci yerin sahibi komanda tərkibində "Marxal Resort & Spa”da qonaqlama imkanı əldə edəcək. Üçüncü yerin qalibləri, həmçinin turnirdə fərqlənən oyunçular – ən yaxşı oyunçu, ən yaxşı qapıçı və ən çox qol vuran oyunçu xüsusi hədiyyələrlə mükafatlandırılacaq.

"Marsol Minifutbol Turniri 2025” ilə bağlı bütün yeniliklər və nəticələr turnirin rəsmi sosial media hesablarında paylaşılacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 Noyabr 2025 09:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see628

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see258

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see235

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see234

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see213

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see212

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see212

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see198

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see192

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see187

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see177

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see175

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see170

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see169

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see168

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see156

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see154

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see152

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see150

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri