Icma.az
close
up
RU
Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Madriddə keçirilən VI Konqresdə FOTO

Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Madriddə keçirilən VI Konqresdə FOTO

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 28-30-da İspaniyanın paytaxtı Madriddə olub.

Bakıvaxtı.az xəbər verir ki. səfərdə məqsəd “Gələcək nəsillərin insan hüquqları” mövzusunda keçirilmiş VI Konqresdə iştirak etmək olub.

Səfər Konstitusiya Ədalət Mühakiməsi üzrə Dünya Konfransı Təşkilatına sədrlik edən İspaniya Krallığı Konstitusiya Məhkəməsinin sədri Kandido Konde-Pumpidonun və Katibliyinin fəaliyyətini təmin edən Avropa Şurasının Venesiya Komissiyasının dəvəti ilə reallaşıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 2009-cu ildən fəaliyyət göstərən Konstitusiya Ədalət Mühakiməsi üzrə Dünya Konfransı Təşkilatına 2011-ci ildən tamhüquqlu üzv seçilib. Konfransın müxtəlif illərdə Cənubi Afrika Respublikasının Keyp Taun, Braziliya Federativ Respublikasının Rio-de-Janeyro, Cənubi Koreya Respublikasının Seul, Litva Respublikasının Vilnüs şəhərlərində və İndoneziya Respublikasının Bali adasında konqresləri keçirilib.

Tədbirdən əvvəl Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin də daxil olduğu Avropa və Asiya ölkələrinin Konstitusiya Məhkəmələrinin üzv olduqları Konstitusiya Ədalət Mühakiməsi üzrə Dünya Konfransı Təşkilatının Bürosuna daxil olan bir sıra qrupların iclasları keçirilib.

Konqres çərçivəsində “Təbii ehtiyatların və ətraf mühitin qorunması”, “Bəşəriyyətin mədəni irsinin qorunması”, “Elmi biliklərə və yeni texnologiyalara əlçatanlıq”, “Konstitusiya Məhkəmələrinin müstəqilliyi” adlı sessiyalar keçirilib.

Daha sonra konqresdə səsləndirilən məruzələr üzrə müzakirələr və geniş fikir mübadiləsi aparılmış, yekun iclasda məruzəçilərin milli hesabatları dinlənilib, Madrid Komunikesi qəbul edilib. Sənəddə sağlam ətraf mühitdə yaşamaq hüququnun mühüm insan hüquqlarından biri olduğu qeyd olunub. Həmçinin, Konstitusiya Məhkəmələri mədəni irsin qorunmasına öz töhfələrini verməli və rəqəmsal texnologiyaların tətbiqində şəxsi məlumatların mühafizəsinə xüsusi diqqət yetirilməsinin vacibliyi vurğulanıb.

Konqresin rəsmi bağlanış mərasimində İspaniya Kralı VI Felipe tədbir iştirakçılarını salamlamış və konqresin Konstitusiya Məhkəmələri arasında beynəlxalq əməkdaşlığın genişləndirilməsində mühüm rol oynayacağına əmin olduğunu bildirib.

Səfər zamanı Azərbaycan nümayəndə heyəti bir sıra ölkələrin Konstitusiya Məhkəmələrinin sədr və hakimləri ilə işgüzar görüşlər keçirib və hüquq məsələləri müzakirə ediblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:135
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 04 Noyabr 2025 10:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yeni qan qrupu yaradılır: Yalnız 50 nəfərdə var

18 Noyabr 2025 00:35see233

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

17 Noyabr 2025 19:21see215

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

17 Noyabr 2025 19:47see206

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see198

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see148

Nazir: Biz bu iş üçün 100 min manat ayırmışıqmı? Xeyr...

17 Noyabr 2025 18:19see138

Azərbaycan kimi ölkələrdə iqtisadi artım tempi 4 5% olmalıdır Natiq Cəfərli

17 Noyabr 2025 19:42see134

Elşad Əliyev istefa ərizəsi yazdı

17 Noyabr 2025 16:24see133

Məşhur Avropa kanalı Azərbaycanda ofis açdı GÖRÜNTÜ

17 Noyabr 2025 20:35see132

Almaniya və Çexiya rəqiblərinə “divan tutdu” gecənin nəticələri

18 Noyabr 2025 01:47see131

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see131

“Quba” gürcü oyunçu ilə yollarını ayırıb

17 Noyabr 2025 23:58see131

Gələn ay 30 manat yardım veriləcək

18 Noyabr 2025 09:32see128

Avtomobillərin arxasındakı yazılar mesaj, zarafat, yoxsa təhlükə mənbəyi? ARAŞDIRMA

17 Noyabr 2025 13:36see126

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see126

Şəki Siti , Xankəndi və Qaradağ Lökbatan qələbə qazandı II Liqa

17 Noyabr 2025 17:03see124

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see124

Tramp BMT Təhlükəsizlik Şurasının qərarını alqışladı

18 Noyabr 2025 04:18see122

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see121

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri