Icma.az
close
up
RU
Azərbaycan dili fənni üzrə 18 iyun imtahanında baş verənlər zəifliyin bariz nümunəsidir AÇIQLAMA

Azərbaycan dili fənni üzrə 18 iyun imtahanında baş verənlər zəifliyin bariz nümunəsidir AÇIQLAMA

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"2025-ci il iyunun 18-də keçirilmiş müəllimlərin sertifikasiya imtahanında Azərbaycan dili fənni üzrə iştirak edən müəllimlərin geniş narazılığı, ölkədə müəllimlərin qiymətləndirilməsi prosesinin nə dərəcədə ədalətli, funksional və məqsədəuyğun həyata keçirildiyi ilə bağlı ciddi suallar doğurur".

Bu fikirləri Redaktor.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov keçirilən sertifikasiya imtahanında Azərbaycan dili fənni üzrə iştirak edən müəllimlərin narazılığına münasibət bildirərkən dedi.

"Sertifikasiya prosesinin hüquqi əsasları Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 29.2-ci maddəsində müəyyən edilib. Həmin maddədə açıq şəkildə qeyd olunur ki, sertifikasiya müəllimlərin peşəkar səviyyəsinin, fənn biliyinin və pedaqoji bacarıqlarının qiymətləndirilməsi məqsədi daşıyır. Yəni bu prosesin mahiyyəti sadəcə nəzəri test imtahanı vermək deyil, müəllimin gündəlik dərs fəaliyyəti üçün lazım olan bilik və bacarıqları obyektiv şəkildə ölçməkdir.

Əldə olunan ilkin məlumatlara əsasən, Azərbaycan dili üzrə keçirilmiş imtahanda sualların bir hissəsinin dili ağır, məzmun baxımından tədris proqramından kənar, terminoloji baxımdan yüklü və cavablandırılması üçün qeyri-müəyyən interpretasiyaya açıq olduğu qeyd olunub. Müəllimlərin şikayətlərinin əksəriyyəti yalnız sualın çətinliyi ilə bağlı deyil, sualların forması və məqsədinə dair qeyri-dəqiqliklərlə əlaqələndirilir. Bu, sadəcə fərdi narazılıq deyil, sertifikasiyanın məzmun və metodologiyası ilə bağlı struktur problemə işarədir.

2024-cü ildə keçirilmiş sertifikasiya imtahanlarında da oxşar hallar müşahidə olunmuşdu. Məsələn, fizika və coğrafiya fənləri üzrə sualların təhsil proqramı ilə uyğunsuzluğu və bəzi hallarda texniki qüsurlar ciddi tənqidlərə səbəb olmuşdu. Lakin həmin dövrdə bu hallar lokal xarakter daşıyırdı və geniş yayılmış narazılıq forması almamışdı".

Ekspert qeyd etdi ki, 2025-ci ildə Azərbaycan dili kimi ümumi və kütləvi bir fənn üzrə bu qədər geniş və eyni məzmunda narazılığın baş verməsi, imtahanın məzmun planlaşdırılmasında sistematik uyğunsuzluğun və ya zəruri metodoloji filtrlərin olmamasının göstəricisidir.

"Təhsil Nazirliyi və Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən təqdim edilən məlumata görə, bu il sertifikasiyaya 35 mindən çox müəllim cəlb olunub və bu rəqəmin 12 minə qədəri Azərbaycan dili fənnini tədris edən müəllimlərdir. Bu, imtahanın yalnız fərdi nəticə deyil, bütöv bir fənn üzrə təhsil keyfiyyətinə təsir edə biləcək əhatə dairəsini göstərir. Əgər bu qədər böyük kontingent qeyri-dəqiq, çətin və aydın olmayan suallar səbəbilə aşağı nəticə göstərərsə, bu, həm müəllimlərin əməkhaqqı artımına təsir edəcək, həm də təhsil sistemində motivasiya çatışmazlığına yol açacaq.

Dünya təcrübəsində müəllimlərin qiymətləndirilməsi sistemləri, xüsusilə də sertifikasiya prosesləri, obyektivlik, səriştəyə əsaslanma və müəllimin real tədris kontekstini əks etdirmə meyarlarına uyğun qurulur. Məsələn, Finlandiyada müəllimlərin qiymətləndirilməsi yalnız test formasında aparılmır; həm təlim sənədləri, dərs nümunələri, həm də müəllimlərin məktəbdaxili fəaliyyətləri kompleks şəkildə qiymətləndirilir. ABŞ-də bəzi ştatlarda isə müəllimlərin sinifdəki fəaliyyəti, şagird nailiyyətləri və həmkarların rəyi də nəzərə alınmaqla qiymətləndirmə aparılır. Bu modellərdə əsas məqsəd müəllimi “imtahan üçün imtahan verən” vəziyyətə salmaq deyil, onun tədrisə töhfəsini ölçmək və inkişafına imkan yaratmaqdır.

Azərbaycanın hazırkı sertifikasiya modeli isə hələlik yalnız test əsaslı yanaşmanı tətbiq edir. Bu formatda müəllimin bütün fəaliyyətinin bir test nəticəsi ilə ölçülməsi problemi yaranır. Əgər həmin test sualları da keyfiyyət və məqsədəuyğunluq baxımından şübhə doğuracaq vəziyyətdədirsə, bu zaman qiymətləndirmə prosesi həm hüquqi, həm də pedaqoji baxımdan dayanıqlılığını itirir. Azərbaycan dili fənni üzrə 18 iyun imtahanında baş verənlər də bu zəifliyin bariz nümunəsidir".

Həmsöhbətimiz vurğuladı ki, bu halın davam etməsi sistemə olan etimadı zəiflədə bilər.

"Əgər müəllim öz peşəkarlığının düzgün qiymətləndirilmədiyini hiss edirsə, bu onun motivasiyasını azaldır, təlim keyfiyyətinə mənfi təsir edir və nəticədə təhsildə formallıq və laqeydlik yaranır. Bundan əlavə, aşağı nəticə göstərmiş, lakin uzun illər təcrübəyə malik və yüksək pedaqoji səriştəyə sahib müəllimin sırf bir testə görə maaş artımından məhrum olması və ya təhdid altında qalması sosial ədalət prinsipinə ziddir.

Bu kontekstdə sertifikasiya prosesində dəyişikliklər qaçılmazdır. Birincisi, sual bazası fənn üzrə ekspertlər tərəfindən tədris proqramına uyğun olaraq strukturlaşdırılmalı və əvvəlcədən müstəqil ekspertiza prosedurundan keçirilməlidir. İkincisi, suallar yalnız nəzəri bilik yox, pedaqoji tətbiq baxımından da qiymətləndirilməlidir. Üçüncüsü, imtahandan sonra şikayət və apelyasiya mexanizmləri sürətli, şəffaf və açıq şəkildə işləməlidir. Bu mexanizmlər hazırda ya mövcud deyil, ya da formal xarakter daşıyır. Nəhayət, qiymətləndirmə sisteminə müəllimin sinifdəki fəaliyyəti, portfolioları və inkişaf planları kimi əlavə meyarlar daxil edilməlidir ki, qiymətləndirmə yalnız bir test nəticəsinə əsaslanmasın.

Əgər bu dəyişikliklər həyata keçirilməzsə, ədalətsiz və obyektivlikdən uzaq test nəticələri təkcə müəllimlərin deyil, bütövlükdə təhsil sisteminin peşəkarlıq reputasiyasını zədələyəcək. Təhsil strategiyası keyfiyyəti inkişaf etdirmək üçün yox, təzyiq mexanizmi kimi qavranılacaq və bu da müəllim peşəsinin ictimai nüfuzuna mənfi təsir göstərəcək. Sertifikasiya – əgər düzgün tətbiq olunarsa – müəllimi təşviq edən və inkişaf etdirən mexanizmə çevrilə bilər, əks halda sadəcə mühakimə vasitəsi olacaq. 18 iyun imtahanı isə bu keçid nöqtəsində ciddi təhlil və dəyişikliklər üçün açıq bir siqnaldır", - deyə Kamran Əsədov bildirdi.

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:78
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 19 İyun 2025 20:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see304

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see225

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see216

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see201

Ən bahalı gənc futbolçular SİYAHI

06 Noyabr 2025 07:41see166

İbrahim Kalın HAMAS la Qəzzada atəşkəsi müzakirə edib

06 Noyabr 2025 06:01see147

“Qalatasaray”dan qələbə, “Barselona” xal itirdi Çempionlar Liqası

06 Noyabr 2025 02:45see140

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see137

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see137

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see136

Paramount antisemit aktyorların qara siyahısını tərtib etdi

06 Noyabr 2025 07:01see134

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see131

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see131

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see129

Saatda 140 la gedən maşında intim əlaqədə oldular

06 Noyabr 2025 02:32see129

ÇL: Qarabağ Çelsi oyunu bərabərə bitib

06 Noyabr 2025 07:44see126

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see123

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see122

Rüşvətdə ittiham olunan Səhiyyə Nazirliyinin vəzifəli şəxslərinin məhkəməsi başladı

06 Noyabr 2025 14:47see121

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri