Icma.az
close
up
RU
Azərbaycan dili milli suverenliyin mənəvi sərhədi kimi

Azərbaycan dili milli suverenliyin mənəvi sərhədi kimi

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Əliməmməd Nuriyev,

"Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri

Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyində səsləndirdiyi “Bizim dilimiz çox zəngindir, xarici sözlərə ehtiyac yoxdur. Ana dilimizin saflığını qorumaq hər bir Azərbaycan vətəndaşının borcudur” fikri yeni strateji baxış gətirdi.

Mənim mənliyimin füsunkarlığı,

Danışan kamalı, ağlıdır dilim.

Millətin varlığı, yurdun varlığı,

Sənin varlığına bağlıdır, dilim.

(Bəxtiyar Vahabzadə, “Dilimiz”)

Azərbaycan dilinin qorunması və inkişafı bu gün sadəcə mədəni məsələ deyil, milli varlığımızın, dövlətçiliyimizin və mənəvi təhlükəsizliyimizin əsas istiqamətlərindən birinə çevrilmişdir. Prezident İlham Əliyevin “Dil məsələsi yalnız mədəniyyət yox, milli təhlükəsizlik məsələsidir” fikri dilin sadəcə ünsiyyət vasitəsi və ya mədəniyyət daşıyıcısı kimi deyil, milli dövlətçiliyin və suverenliyin əsas dayaqlarından biri kimi qiymətləndirildiyini göstərir. Bu yanaşma həm siyasi, həm də sosioloji mənada dilin mahiyyətinə dərin baxışı əks etdirir. Dil bir xalqın özünüifadə forması olmaqla yanaşı, onun düşüncə sistemini, tarixi yaddaşını və milli psixologiyasını qoruyan canlı bir orqanizmdir. Bu orqanizmin zəifləməsi təkcə mədəni tənəzzül deyil, həm də milli təhlükəsizlik riskidir.

Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində səsləndirdiyi “Bizim dilimiz çox zəngindir, xarici sözlərə ehtiyac yoxdur. Ana dilimizin saflığını qorumaq hər bir Azərbaycan vətəndaşının borcudur” fikri bu məsələyə yeni strateji baxış gətirdi. Dövlət başçısı dilin qorunmasını təkcə mənəvi borc deyil, həm də elmi, texnoloji və təhlükəsizlik aspektləri ilə əlaqələndirərək ana dilinə münasibətdə milli düşüncənin istiqamətini müəyyənləşdirdi.

Dil bir millətin kimliyini formalaşdıran ən mühüm elementlərdən biridir. Əgər dövlətin ərazi bütövlüyü onun sərhədləri ilə ölçülürsə, milli kimliyin bütövlüyü də ilk növbədə dilin saflığı və işləkliyi ilə müəyyən olunur. Tarix sübut edib ki, bir xalqı məhv etmək üçün onun dilini sıradan çıxarmaq kifayətdir. Dilin məhv olması millətin şüurunda boşluq yaradır, kollektiv yaddaşı silir, tarixi əlaqə zəncirini qırır.

Azərbaycan üçün bu, xüsusilə həssas məsələdir, çünki uzun illər ərzində müxtəlif mədəni, siyasi və ideoloji təsirlərə məruz qalmış xalq kimi dilin qorunması həm milli, həm də geosiyasi özünümüdafiə məsələsinə çevrilmişdir.

Müasir dövrdə təhlükəsizlik anlayışı artıq yalnız hərbi və iqtisadi sahələrlə məhdudlaşmır. İnformasiya, ideoloji və mədəni təhlükəsizlik konsepsiyaları milli sabitliyin əsas dayaqlarından birinə çevrilib. Azərbaycan Prezidenti dilin qorunmasını milli təhlükəsizlik komponenti kimi məhz bu kontekstdə dəyərləndirir. Çünki dil yalnız kommunikasiya vasitəsi deyil, həm də informasiya suverenliyinin təminatçısı, milli şüurun daşıyıcısıdır. Əgər bir xalq öz dilində düşünmürsə, informasiyanı da başqasının semantik sistemində qəbul edir, nəticədə milli informasiya təhlükəsizliyi sarsılır. Bu mənada dilin saflığı və işləkliyi dövlətin ideoloji və informasiya müdafiəsinin ayrılmaz hissəsidir.

Azərbaycan dilinin qorunmasının milli təhlükəsizlik aspektidnə dəyərləndirilməsi, əslində, milli birliyin qorunması ilə birbaşa bağlıdır. Dövlət dili hər bir vətəndaş üçün ümumi məxrəci formalaşdırır; müxtəlif sosial və regional təbəqələri vahid mədəni koordinat sisteminə daxil edir. Əgər bu sistem zəifləyərsə, cəmiyyətin daxilində parçalanma riski artır, milli həmrəylik pozulur.

Prezidentin “ana dilimizin saflığını qorumaq hər bir vətəndaşın borcudur” fikri təkcə çağırış deyil, həm də vətəndaş məsuliyyətinin ölçüsüdür. Dil həm ideoloji, həm sosial, həm də mənəvi inteqrasiya vasitəsidir. Onun yaşaması dövlətin, cəmiyyətin və fərdin birgə məsuliyyətinə çevrilməlidir.

Azərbaycan dilinin müasir mərhələdə qarşılaşdığı əsas çağırışlar iki istiqamətdə özünü göstərir. Bir tərəfdən qloballaşma və texnoloji transformasiya nəticəsində yad sözlərin və terminlərin artması, digər tərəfdən isə ana dilində elmi, texnoloji və peşəkar leksikonun tam formalaşmaması. Prezidentin “Son vaxtlar Azərbaycan dilinə daxil edilən bəzi kəlmələr dilimizin saflığını pozur” fikri bu narahatlığın həm elmi, həm də praktiki əsasını təşkil edir. Burada söhbət yalnız estetik saflıqdan deyil, milli düşüncə kodunun qorunmasından gedir. Xüsusilə dövlət başçısının həmin çıxışında vurğuladığı kimi: “Süni intellekt bu gün gələcəyin inkişafının ayrılmaz hissəsidir, amma biz texnologiyaları mənimsəyərkən milli kimliyimizi və dilimizi qorumağı da unutmamalıyıq”.

Bu yanaşma “dil və təhlükəsizlik” anlayışını yeni səviyyəyə — rəqəmsal suverenlik və intellektual təhlükəsizlik mərhələsinə qaldırır. Azərbaycan dili süni intellekt, avtomatik tərcümə və qlobal informasiya sistemlərində yalnız iştirakçı deyil, subyekt statusunda olmalıdır. Bunun üçün dilin kodlaşdırılması, terminoloji bazasının genişləndirilməsi və elektron korpusların inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmalıdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin AMEA-nın yubileyində səsləndirdiyi fikirlər ana dili baglı siyasətinin mədəni mərhələdən strateji mərhələyə keçidini təsdiqlədi. Azərbaycan dili artıq yalnız ədəbiyyatın və mədəniyyətin simvolu deyil, milli suverenliyin, informasiya təhlükəsizliyinin və elmi inkişafın ayrılmaz dayağı kimi qəbul olunmalıdır. “Dil məsələsi yalnız mədəniyyət yox, milli təhlükəsizlik məsələsidir” fikri bu baxımdan sadəcə bəyanat deyil, dövlət fəlsəfəsinin konseptual təməlidir. Coğrafi sərhədləri ordu qoruyursa, mənəvi sərhədləri dil qoruyur. Azərbaycan dilinin saflığı, işləkliyi və nüfuzu — dövlətin mənəvi müdafiə qalxanıdır. Onu qorumaq isə həm vətəndaş borcu, həm də strateji məsuliyyətdir.

Dil – millətin canıdır,

Cansız millət olmaz!

Sözündə Vətən dayanır,

Sözsüz Vətən olmaz!

(Sabir Rüstəmxanlı)

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 05 Noyabr 2025 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see514

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see466

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see363

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see309

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see290

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see272

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see249

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see245

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see225

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see224

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see220

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see217

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see214

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see201

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see197

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see183

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see177

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see174

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri