Icma.az
close
up
RU
“Azərbaycan Dili üzrə Sertifikasiya İmtahanı” Sistemi: Dilin qorunması və inkişafına doğru atılan mühüm addım

“Azərbaycan Dili üzrə Sertifikasiya İmtahanı” Sistemi: Dilin qorunması və inkişafına doğru atılan mühüm addım

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Respublikasında dövlət dilinin qorunması, inkişaf etdirilməsi və cəmiyyətdə dilə hörmətin artırılması istiqamətində mühüm addımlardan biri kimi “Azərbaycan Dili üzrə Sertifikasiya İmtahanı” sisteminin tətbiqi diqqət çəkir.

Bu günlərdə istifadəyə verilən sistemin sınaq versiyası, dövlət dilində səlis danışıq və yazı qabiliyyətlərinin qiymətləndirilməsinə yönəlib. Bu imtahanın əsas məqsədi dövlət dilini bilik səviyyəsini ölçmək, peşəkar sahələrdə dilin düzgün və effektiv istifadəsini təşviq etmək və ictimaiyyət arasında dil biliklərinə verilən əhəmiyyəti artırmaqdır. Dövlət idarəçiliyində şəffaflığın və peşəkarlığın gücləndirilməsi, dövlət dilindən düzgün istifadənin təşviqi və vətəndaşların dil biliklərinin inkişafına dəstək bu təşəbbüsün əsas hədəflərindən biridir.

Sertifikasiya sisteminin tətbiqi nə dərəcədə zəruridir? İmtahanın strukturu və formatı, gözlənilən nəticələr və bu yeniliyin cəmiyyətə təsiri necə olacaq?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən filoloq Ruslan Mustafayev bildirib ki, Azərbaycan dili ölkənin Konstitusiyasına əsasən dövlət dili statusuna malikdir. Dövlət idarəçiliyində, ictimai xidmətlərdə və təhsil sahəsində bu dilin düzgün istifadəsi və qorunması vacib məsələdir. Lakin müasir dövrdə xarici dillərin təsirinin artması və dilin bəzi rəsmi və ictimai sahələrdə qeyri-dəqiq istifadəsi Azərbaycan dilinin təbliği və qorunmasını zəruri edir: 

"Dövlət dilinin rəsmi və qeyri-rəsmi sahələrdə düzgün istifadəsini təmin etmək üçün dil biliklərinin qiymətləndirilməsi və sertifikatlaşdırılması zəruridir. Dövlət orqanlarında və ictimai sektorda çalışanların dil bacarıqlarının yoxlanılması və rəsmi təsdiqlənməsi onların fəaliyyətində peşəkarlığı artıracaq. İşə qəbul və karyera inkişafında dil biliklərinə əsaslanan obyektiv və şəffaf qiymətləndirmə sistemi yaradılacaq. O cümlədən, imtahan Azərbaycan dilinin cəmiyyətdə nüfuzunu artıraraq vətəndaşlar arasında dilə olan hörmət və məsuliyyəti gücləndirəcək".

Ruslan Mustafayev: Sertifikasiya sisteminin tətbiqi, eyni zamanda, yeni texnologiyaların istifadəsini də özündə ehtiva edir

Onun sözlərinə görə, sertifikasiya sistemi Azərbaycan dilinin müxtəlif sahələrdəki rolunun gücləndirilməsinə xidmət edəcək. Bu, xüsusilə işə qəbul prosesində dil biliklərinin qiymətləndirilməsi və dilin ümumi sosial həyatda daha geniş tətbiqinə imkan yaradacaq. Cəmiyyətdə Azərbaycan dilinin önəmini vurğulayan bir sistemin olması, onun dövlət dilinə olan münasibəti müsbət yöndə dəyişdirə bilər: 

"Sertifikasiya sisteminin tətbiqi, eyni zamanda, yeni texnologiyaların istifadəsini də özündə ehtiva edir. Müasir dövrün tələblərinə uyğun olaraq, imtahanın müxtəlif mərhələləri onlayn şəkildə də keçirilə bilər. Bu, sistemin daha geniş auditoriyaya əlçatan olmasını təmin edəcək və cəmiyyətdə Azərbaycan dilinə olan ehtiyacı artıracaq. İmtahan dilin təkcə yazılı və şifahi istifadə bacarığını yoxlamaqla yanaşı, onun dərinliyinə və zənginliyinə olan anlayışı da inkişaf etdirəcək. Bu da cəmiyyətin dilə daha çox hörmət etməsinə və onun təmizliyinə diqqət yetirməsinə səbəb olacaq".

Son olaraq filoloq qeyd edib ki, bu təşəbbüs həmçinin dövlətin dil siyasətinə olan etimadı gücləndirəcək və dilin qorunması və inkişaf etdirilməsi məqsədini həyata keçirmək üçün lazımi addımları atacaq: 

"Azərbaycan Dili üzrə Sertifikasiya İmtahanı" sisteminin tətbiqi dövlət dilinin qorunması, inkişafı və rəsmi sahələrdə düzgün istifadəsinin təmin olunması üçün mühüm addımdır. Bu yenilik dövlət idarəçiliyində və ictimai sahələrdə peşəkarlığı artırmaqla yanaşı, cəmiyyətin dilə münasibətində məsuliyyət və diqqət formalaşdıracaq. Uzunmüddətli perspektivdə bu sistem Azərbaycan dilinin gələcək nəsillərə ötürülməsi və onun milli-mədəni irs kimi qorunmasına mühüm töhfə verəcək".

Əli Hüseynov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 18 Mart 2025 09:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see173

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see160

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri