Icma.az
close
up
RU
Menu

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi, qorunması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır

Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi, qorunması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İlqar İlyasov,

YAP Laçın rayon təşkilatının sədri

Azərbaycan dili xalqımızın milli kimliyinin, tarixi yaddaşının ayrılmaz hissəsi və mənəvi sərvətidir. Bu dil əsrlər boyu xalqımızın düşüncəsini, dünyagörüşünü, ədəbiyyatını, mədəniyyətini yaşatmış, onu nəsildən-nəslə ötürülməsində bir vasitə olmuşdur. Lakin Azərbaycan dilinin dövlət dili statusu qazanması, onun qorunması və inkişaf etdirilməsi sahəsində ən mühüm addımlar məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin hələ sovet dövründə – 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildiyi dövrdən başlayaraq ana dilinə münasibətdə göstərdiyi diqqət və qayğı bu gün də xüsusi hörmətlə xatırlanır. O illərdə sovet ideologiyasının təsiri ilə milli dillərə münasibət bəzən laqeyd, bəzən isə açıq-aşkar mənfi istiqamətə yönləndirilirdi. Belə bir şəraitdə Heydər Əliyev Azərbaycan dilinin tədrisinin, istifadəsinin və nüfuzunun artırılması istiqamətində qətiyyətli addımlar atılması üçün müvafiq elmi dairələr qarşısında məsələ qaldırdı. Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan dilinin orta məktəblərdə və ali təhsil müəssisələrində tədrisinə xüsusi önəm verildi. Ədəbiyyat, mətbuat və mədəniyyət sahəsində Azərbaycan dilinin inkişafına xüsusi diqqət yetirildi. O, tez-tez təkrar edirdi  ki, milli kimliyimizi qorumağın əsas yolu ana dilimizi qorumaqdır. 

Azərbaycan müstəqillik qazandıqdan sonra dil məsələsi milli dövlət quruculuğunun əsas istiqamətlərindən biri kimi gündəmə gəldi. 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsdiq olundu. Konstitusiyanın 21-ci maddəsində açıq şəkildə qeyd olunur ki, “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.” Bu maddənin Konstitusiyaya salınması birbaşa ümummilli lider Heydər Əliyevin təşəbbüsü və siyasi iradəsi ilə həyata keçirildi. O, ana dilimizin hüquqi statusunu möhkəmləndirməklə yanaşı, onun cəmiyyətin bütün sahələrində tətbiqini genişləndirmək üçün mühüm qərarlar verdi. Heydər Əliyevin prezidentliyi dövründə Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində bir sıra mühüm hüquqi sənədlər qəbul edildi. 2001-ci ildə imzalanan “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman bu sahədə dönüş nöqtəsi oldu. Həmin fərman əsasında Azərbaycan dilinin dövlət idarəçiliyində, təhsildə, mətbuatda, reklamda və digər sahələrdə tətbiqi ilə bağlı ciddi nəzarət mexanizmləri yaradıldı. Heydər Əliyev Azərbaycan dilinin orfoqrafiya qaydalarının təkmilləşdirilməsi, söz ehtiyatının zənginləşdirilməsi və dilin saflığının qorunması üçün mütəxəssislərin iştirakı ilə xüsusi komissiyaların yaradılmasına təşəbbüs göstərdi. Ümummilli liderin çıxışları və nitqləri onun ana dilinə nə qədər bağlı olduğunu açıq şəkildə göstərir. O, hər zaman səlis və aydın Azərbaycan dilində çıxış edir, xalqla ünsiyyətində sadə, anlaşıqlı bir dildə danışırdı. Bu, eyni zamanda dövlət başçısının öz xalqına və dilinə göstərdiyi hörmətin bariz nümunəsi idi.

Müstəqil Azərbaycanın dil siyasəti məhz Heydər Əliyev tərəfindən qoyulmuş möhkəm təməllər üzərində inkişaf edir. Heydər Əliyev deyirdi: “Hər bir xalqın milli-mənəvi sərvəti onun dilidir. Ana dilini sevməyən insan, xalqını sevə bilməz. Ana dilimiz bizim qürurumuzdur.” Onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan dili nəinki ölkə daxilində, hətta beynəlxalq səviyyədə də tanınan və öyrənilən bir dilə çevrilmişdir. Ümummilli liderin ana dilinə göstərdiyi qayğı və sevgi bugünkü nəsillər üçün böyük nümunədir. Azərbaycan dili yaşadıqca, onun dövlət dili kimi inkişafı davam etdikcə, Heydər Əliyevin bu sahədəki xidmətləri daim ehtiramla yad ediləcəkdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:59
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 25 Aprel 2025 19:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see526

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see250

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see241

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see241

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see232

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see231

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see224

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see224

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see213

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see210

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see210

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see205

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see203

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see200

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see174

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see174

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see173

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see171

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see158

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri