Icma.az
close
up
RU
Azərbaycan dilinin gələcəyi üçün strateji addım vahid elektron lüğət və milli korpusun yaradılmasıdır Elçin İbrahimov

Azərbaycan dilinin gələcəyi üçün strateji addım vahid elektron lüğət və milli korpusun yaradılmasıdır Elçin İbrahimov

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 20 noyabr, Elçin Hüseynov, AZƏRTAC

Orfoqrafiya lüğəti hər bir dilin normativ sisteminin əsas sütunlarından biridir. Azərbaycan dilinin orfoqrafiya lüğəti isə yalnız yazı qaydalarının təqdim olunduğu mənbə deyil, həm də dil siyasətinin həyata keçirildiyi başlıca vasitədir. Lakin son illərdə həm mütəxəssislər, həm də geniş ictimaiyyət arasında lüğətin elmi əsaslandırılması, terminoloji ardıcıllığı və normativ sabitliyi ilə bağlı narazılıqlar artmaqdadır. Bu narazılıqlar lüğət normalarının dilin real istifadəsi ilə uyğunluğa malik olub-olmaması sualını aktuallaşdırır.

Qarabağ Universitetinin Elm şöbəsinin müdiri filologiya elmləri doktoru Elçin İbrahimov AZƏRTAC-a müsahibəsində Azərbaycan dilinin müasir inkişaf istiqamətlərini qiymətləndirərkən xüsusilə bir məsələnin həlledici əhəmiyyət daşıdığını vurğulayır: “Dilimizin lüğətçilik sistemi artıq mövcud formatda fəaliyyət göstərə bilmir. Çap lüğətlərinə söykənən ənənəvi model XXI əsrin dil dinamikasına tab gətirmir və normativ baza real dil istifadəsinin arxasında qalır”.

Alimin fikrincə, bu gün Azərbaycan dilinin qarşısında duran aktual və strateji vəzifə vahid milli elektron lüğətin və ona bağlı milli korpusun yaradılmasıdır.

E.İbrahimov qeyd edir ki, dilin lüğət tərkibi artıq illərlə deyil, aylarla dəyişir. Qloballaşma, informasiya texnologiyaları, yeni elmi istiqamətlər, sosial media leksikası - bütün bunlar lüğət sistemini dinamikanın mərkəzinə çevirir. Lakin mövcud lüğət modelimiz bu dəyişikliklərə adekvat cavab vermir. Orfoqrafiya lüğəti 5 ildən bir yenilənir, halbuki müasir dövrdə bu, faktiki olaraq statiklik deməkdir. Bu gecikmə yalnız terminoloji mühitdə deyil, ümumi dil təcrübəsində də ciddi uyğunsuzluqlar yaradır.

Çap lüğətləri dövrünü başa vurub - nə iqtisadi, nə funksional, nə də elmi baxımdan praktik deyil

Burada alim xüsusi bir məsələyə diqqət çəkir: “Artıq 10 minlərlə tirajla çap olunan 800-1000 səhifəlik lüğətlər nə iqtisadi, nə texniki, nə də funksional baxımdan praktik deyil. Bu format həm baha başa gəlir, həm çox böyük resurs tələb edir, həm də gündəlik dil ehtiyacları üçün çevikliyi təmin etmir. Alimin fikrincə, bu qədər iri və statik lüğətlərin nə saxlanması, nə yenilənməsi, nə də istifadəsi müasir tələblərə cavab vermir. Halbuki elektron lüğət həm qənaətlidir, həm daha funksionaldır, həm də ictimaiyyət üçün hər an yenilənə bilən interaktiv platforma təqdim edir.

Orfoqrafiya lüğətinin 5 ildən bir yenilənməsi zamanla yarışan dil üçün çox ləng mexanizmdir

E.İbrahimov əlavə edir ki, lüğət sistemindəki ləngiməni artıran başqa bir fundamental problem də Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanundan irəli gələn mexanizmdir. Qanuna görə, orfoqrafiya lüğəti hər 5 ildən bir yenilənmiş şəkildə çap olunmalıdır. Sonuncu lüğət 2021-ci ildə dərc edilib və növbəti çap 2026-cı ilə nəzərdə tutulub. Alim haqlı sual qoyur: “Əgər 2027-ci, 2028-ci illərdə dilə yeni termin və ya söz daxil olarsa, biz onların rəsmi normativ status alması üçün niyə 2031-ci ili gözləməliyik? Bu, müasir dil siyasəti üçün nə dərəcədə doğrudur?

Bu mexanizmin özü artıq müasir dövrün tələblərinə cavab vermir. Dilin leksikası sürətlə dəyişir, amma çap lüğəti sistemi bu dəyişiklikləri 10 il gecikmə ilə əks etdirməyə məcbur qalır. Bu isə həm elmi yanaşma, həm dövlət dili siyasəti, həm də ictimai ehtiyaclar baxımından qəbuledilməzdir”.

Yeganə çıxış yolu – çevik, rəqəmsal və ictimaiyyətlə açıq dialoqa əsaslanan elektron lüğət modelidir

Bütün bu çatışmazlıqların tək həlli elektron (onlayn) lüğət modelidir. Bu sistemdə hər bir yeni sözün qəbul prosesi ictimaiyyət və mütəxəssislər tərəfindən onlayn müzakirə edilə bilər, anketlər vasitəsilə rəy toplanar, dilin intuisiya və reallığı nəzərə alınaraq sözün normativ statusu çevik şəkildə müəyyənləşdirilə bilər. Bu, həm daha demokratik, həm daha praktik, həm də daha qənaətlidir.

E.İbrahimov bildirir ki, yeni sözlərin və terminlərin normativləşdirilməsi mexanizmi ləng və qapalı xarakter daşıyır. Bu proses cəmiyyətin, mütəxəssislərin və real dil istifadəçilərinin iştirakından demək olar ki, kənarda qalır. Halbuki dilin normativliyi yalnız akademik qurumların qapalı müzakirəsi ilə deyil, həm də onun real işləkliyinə dair geniş məlumat bazası ilə təmin edilməlidir. Bu məlumat bazası isə yalnız milli korpus vasitəsilə mümkündür.

Türkiyə misalında Türk Dil Qurumunun onlayn lüğət sistemini nümunə göstərən E.İbrahimov vurğulayır ki, bu model hər gün yenilənir, ictimai və elmi qiymətləndirmə mexanizmlərini bir araya gətirir və dilin dinamikasını çevik şəkildə izləməyə imkan yaradır.

Vahid elektron lüğət – Azərbaycan dilinin gələcəyi üçün strateji qərardır

E.İbrahimov hesab edir ki, Azərbaycan dilinin inkişafında dönüş yaratmaq üçün mütləq şəkildə vahid milli elektron lüğət platforması yaradılmalıdır. Bu platforma orfoqrafiya lüğətini, izahlı lüğəti, terminoloji bazanı, ensiklopedik məlumat fondunu, etimoloji blokları, real dil istifadəsini göstərən milli korpusu, mobil tətbiq və interaktiv dizaynı vahid sistemdə birləşdirməlidir.

Bu, yalnız texniki yenilik deyil, dilin gələcəyinə verilən strateji qərardır.

Elektron platforma sayəsində sözlərin istifadəsi üzrə tezlik göstəriciləri, semantik dəyişikliklərin real göstəriciləri, yeni terminologiyanın yaranma və yayılma xəritəsi, dialekt və üslub fərqlərinin statistikası obyektiv şəkildə izlənilə bilər.

Bu gün Azərbaycan dilinin gələcəyi üçün ən vacib şərtin məhz rəqəmsal infrastruktur olduğunu vurğulayan alim qeyd edir ki, vahid elektron lüğət və milli korpus olmadan müasir dil siyasəti mümkün deyil.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Noyabr 2025 20:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see343

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see246

Enso Mareskanın Çelsi dən ayrılmasının səbəbi bəlli olub

03 Yanvar 2026 09:44see217

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see208

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see202

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see186

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see180

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see159

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see157

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see156

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see141

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see139

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see139

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see139

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see136

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see134

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see133

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see132

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri