Yeni orfoqrafiya lüğətinin nəşri niyə yubanır? SƏBƏB
Icma.az bildirir, Oxu.az portalına istinadən.
Ötən il ərzində yeni orfoqrafiya lüğətinin hazırlanması istiqamətində xeyli işlər görülüb.
Azərbaycanın Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli Oxu.Az-a müsahibəsində sözügedən lüğəti 2025-ci ilin sonuna qədər hazır etməyi planlaşdırdıqlarını söyləmişdi.
Maraqlıdır, bəs görəsən, hazırda lüğətlə bağlı proses nə yerdədir? Yeni orfoqrafiya lüğəti nə zaman hazır olacaq?
Mövzu ilə bağlı Oxu.Az-a açıqlamasında professor Nadir Məmmədli bildirib ki, lüğət artıq hazırdır, üzərində tamamlanma işləri görülür.
Onun sözlərinə görə, institutun əməkdaşları tərəfindən müzakirələr davam edir:
"Lüğət hazırdır, yekun işlər görülür. Dilçilik İnstitutunun əməkdaşları tərəfindən bir-iki müzakirənin də aparılması planlaşdırılır. Prezident İlham Əliyevin çıxışından sonra biz lüğətə bir daha baxdıq. Artıq kəlmələr, əcnəbi terminlər, alınma sözlərə əl gəzdirməli olduq. Çünki bizə say yox, keyfiyyət maraqlıdır".
Aygün Mirakif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 09 Yanvar 2026 12:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















