Icma.az
close
up
RU
Azərbaycan dilinin saflığı: milli kimlik və folklor yaddaşı

Azərbaycan dilinin saflığı: milli kimlik və folklor yaddaşı

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 2 fevral, AZƏRTAC

Müasir fəlsəfi yanaşmada dil sadəcə ünsiyyət vasitəsi deyil, xalqın milli kimliyi, tarixi taleyi və ictimai şüur formasıdır. Azərbaycan dili tarix boyu müxtəlif siyasi-ictimai təzyiqlərə məruz qalsa da, öz konseptual nüvəsini qoruyub saxlaya bilmişdir. Lüğət tərkibimizdəki ərəb, fars və rus mənşəli sözlər xalqımızın keçdiyi tarixi yolun izləridir.

Bu gün qloballaşma, sosial şəbəkələrin aktivliyi və mədəniyyətlərin qarşıdurması dilin saflığı məsələsini xüsusilə aktuallaşdırır. Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu uğurlu dil siyasəti dilin normativliyini təmin etmişdisə, bu gün Prezident İlham Əliyev bu xətti yeni dövrün tələblərinə uyğun davam etdirir. Dövlət başçısının AMEA-nın 80 illik yubileyində dilimizin qorunması ilə bağlı irəli sürdüyü tələblər təkcə dilçilərin deyil, bütün ziyalıların - tarixçi, folklorşünas və jurnalistlərin qarşısına mühüm vəzifələr qoyur.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində AMEA Folklor İnstitutunun Cənubi Azərbaycan folkloru şöbəsinin müdiri filologiya elmləri doktoru Mətanət Abbasova deyib. O bildirib ki, dünyanın folklor-linqvistik mənzərəsinin məzmunu struktur təşkilinin spesifikliyi, sosial-tarixi meyllərlə şərtlənən folklor konseptual sferası ilə müəyyən edilir, sosial-mədəni amilin folklor dilinə dolayı təsirini göstərir: “Folklor hadisəsi mədəni yaddaş daşıyıcısıdır. Folklor aid olduğu etnosun keçmişi, milli-mənəvi irsi, kimliyi, dünyagörüşü və s. özündə birləşdirən tarixi və dəyərlər sistemidir. Ayrı-ayrı folklor mətnləri-atalar sözləri, nağıllar, xalq mahnıları, dastanlar və s. Azərbaycan mentalitetini anlamaq, xalq mədəniyyətinin fundamental sabitlərini müəyyən etmək üçün zəngin, əvəzolunmaz bir mənbədir. Folklor ənənəvi xalq mədəniyyətinin modelləşdirmə sistemi olaraq, bu mədəniyyətin daşıyıcısının sosial təcrübəsini, mənəvi dəyərlərini müəyyənləşdirir, ənənəvi mədəni və etnik məna sistemini, mentalitetini təmsil edir. Folklor xalqın məişəti, həyat təcrübəsinə əsaslandığından burada bu və ya digər cəhətlərlə yanaşı, milli kimlik, dövlət idarəçiliyi, etno-konfessionallıq, ideoloji müəyyənlik və s. kimi siyasi məsələlər də ayrıca yer tutur”.

Onun fikrincə, folklor etnosiyasəti, etnopolitikası bu baxımdan ictimai həyatın, milli maraqların, etnomədəni tələblərin kompleksində xalq yaradıcılığı sahəsinə fərqli bir prizmadan yanaşılmasını da tələb edir: “Təsadüfi deyildir ki, Qüzey Azərbaycanda imperiyanın apardığı dil siyasəti, eləcə də Güney Azərbaycanda mədəni irsimizə olan kəskin təzyiqlərdə folklor nümunələri daha çox yaranmış, xalq məişətində gizli şəkildə mərasimlərimizin keçirilməsi ənənəsi davam etdirilmişdir. Bu fakt əslində xalqın siyasi mübarizə enerjisinin folklorda möhkəmlənən güclü dalğası demək idi. Deməli, folklor əslində dillə bağlı bütün sferaların yaddaşını öz təcrübəsində qoruyub saxlamaqdadır”.

Alim vurğulayıb ki, ədəbi dilin qorunması, saflaşdırılması siyasəti həm də onun ilkin qaynağı olan folklor mədəniyyətinin mühafizə edilməsi deməkdir: “Çünki milli kimlik, psixologiya, milli davranış, ümumilikdə etnik mentalitetin daşıyıcısı olan folklor yaddaşı onun dilində qorunur. Ədəbi dilimizə keçən bir çox dialekt, dil elementlərinin bu gün toplama materiallarında yer almaması, yazıya alınarkən diqqətsizlikdən kənarda saxlanılması, yaxud informator nitqində “yenilənməsi” gələcək nəsil üçün ciddi təhlükədir. Folklor mətnlərinin dilində sabit elementlər və onların dəyişkənliyə məruz qalması, süni transformasiyalar, yeni invariantların qurulması və s. bu sahədə diqqətdə saxlanılacaq problemlər sırasındadır”.

“Ədəbi dilin zənginləşməsi daimi bir prosesdir, gələcəkdə bir çox dil alınmalarını əvəz edə biləcək dialekt faktlarının qorunması bu baxımdan problemə kompleks yanaşmanı təlqin edir. Folklor dili elementləri bilavasitə qədim türk dil elementlərinin dominant xüsusiyyətini daşıdığından bu mətnlərin öyrənilməsində xüsusi həssaslıq tələb olunur. Təsadüfi deyildir ki, tarixi, etnolinvistik lüğətlərin hazırlanması folklor dilindən gələn məna və anlayışların məzmununda ifadə olunur”, - deyə o bildirib.

M.Abbasova əlavə edib ki, dilin saflaşdırılması, qorunmasına kompleks yanaşma həm də mədəni baxışda nitqin təmizlənməsi deməkdir. Yad sözlərdən, ifadələrdən, elementlərdən azad olan dil effektiv ünsiyyətin də məzmununa təsir etmiş olur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:91
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Fevral 2026 10:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see226

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see220

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see219

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see213

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see196

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see192

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see192

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see181

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see179

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see175

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see168

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see168

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see164

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see162

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see160

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see158

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see155

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see147

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see143

Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb Ağdamdakı cinayətin təfərrüatı

31 Yanvar 2026 17:32see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri