Icma.az
close
up
RU
Azərbaycan enerji diplomatiyasının zirvəsində alır ŞƏRH

Azərbaycan enerji diplomatiyasının zirvəsində alır ŞƏRH

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 8 iyun, AZƏRTAC

Baku Expo Mərkəzində başlanan Bakı Enerji Həftəsi, Azərbaycan Prezidenti İlham Əliyevin açılış mərasimində iştirakı və çıxışı növbəti dəfə öz tarixi və strateji mesajları ilə ölkəmizi bir daha dünyanın diqqət mərkəzinə çevirdi.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva deyib.

O bildirib ki, Prezident İlham Əliyev çıxışına 1994-cü ildə imzalanmış və Azərbaycanın energetika xəritəsini dəyişən “Əsrin müqaviləsi”nə istinad edərək başladı. Dövlətimizin başçısı Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində bu müqavilənin Ermənistanın işğalına və 1000 faizə çatan inflyasiyaya malik çətin iqtisadi vəziyyətdə imzalandığını xatırlatdı. Bu müqavilə Azərbaycanın müstəqilliyini bir daha tanıtdı və regionu enerji xəritəsinə çevirdi.

Prezident İlham Əliyev Azərbaycanda neft-qaz sektorunun ÜDM-də payının 30 faizi keçdiyini, ölkənin iqtisadi islahatlarla gücləndiyini və xarici borcun ÜDM-in cəmi 7 faizi səviyyəsində olduğunu qeyd etdi. Əlbəttə ki, maliyyə ehtiyatlarının bu borcdan 14 dəfə üstün olması və yoxsulluq səviyyəsinin 5 faizə düşməsi ölkə daxilində sosial rifaha göstərilən diqqətin bariz nümunəsidir.

Ölkə Prezidenti Azərbaycanın nəqliyyat və enerji infrastrukturuna yönəlmiş məsuliyyətli siyasətini xüsusi vurğulayıb. Cənub Qaz Dəhlizi vasitəsilə qazın Xəzər dənizindən İtaliyaya qədər, 3500 kilometr məsafəni qət edərək çatdırılması Azərbaycanın enerji təhlükəsizliyindəki rolunu əhəmiyyətli dərəcədə artırır. Bu baxımdan boru kəmərləri təkcə iqtisadi əhəmiyyət daşımır, eyni zamanda, geosiyasi güc amilinə çevrilir.

“Dövlətimizin başçısı qeyd edib ki, 2024-cü ildə Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edib. O, həmçinin bu ilin may ayından etibarən qaz ixrac edilən ölkələrin sayının 8 dövlət artırılacağını bildirib. Azərbaycan Prezidenti vurğulayıb ki, 2024-cü ildə ölkə ümumilikdə 25 milyard kubmetr qaz ixrac edib və 2030-cu ilədək bu həcmin 33 milyard kubmetrə çatdırılması planlaşdırılır. Qaz ixracındakı artım isə beş mövcud və ya yeni yatağın istismarı hesabına təmin ediləcək.

Ölkə Prezidenti çıxışında bildirib ki, “Şəfəq-Asiman” blokunun inkişafı istiqamətində SOCAR, BP və Türkiyənin TPAO şirkətləri arasında əməkdaşlıq razılaşdırılıb. Xəzər dənizinin 125 kilometr dərinliyində yerləşən bu blokda TPAO 30 faiz payla iştirak edəcək. Azərbaycan və Türkiyə arasında enerji infrastrukturu sahəsində əməkdaşlıq uğurla davam edir. Bu kontekstdə 2023-cü ildə istismara verilmiş İğdır–Naxçıvan qaz boru kəməri layihəsi xüsusi əhəmiyyət daşıyır. Bununla yanaşı, Azərbaycan 2030-cu ilədək bərpaolunan enerji üzrə gücünü 6,5 giqavat səviyyəsinə çatdırmağı planlaşdırır ki, bu da ölkənin enerji şəbəkəsinin təxminən 35 faizini təşkil edəcək. BP şirkəti ilə əməkdaşlıq çərçivəsində Qarabağda inşası nəzərdə tutulan 240 meqavatlıq günəş elektrik stansiyası yaşıl enerji strategiyasının konkret təzahürüdür. Stansiyanın tikinti işlərinin 2027-ci ildə tamamlanması planlaşdırılır”, - deyə Jalə Əliyeva vurğulayıb.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin çıxışı bir daha göstərdi ki, Azərbaycan güclü enerji ölkəsinə çevrilmək yolunda inamla irəliləyir. Neft və qaz ixracı, BP, ExxonMobil və TPAO kimi beynəlxalq tərəfdaşlarla əməkdaşlıqlar, irimiqyaslı infrastruktur layihələri və yaşıl enerji strategiyası bu istiqamətdə atılan mühüm addımlardır. Bu kompleks strategiya Azərbaycanın təkcə iqtisadi və geosiyasi mövqeyini möhkəmləndirməyə deyil, eyni zamanda, qlobal enerji təhlükəsizliyinə töhfə verməyə sadiq olduğunu nümayiş etdirir. Ölkəmizin bu sahədəki uğurları isə Türkiyə ilə sıx əməkdaşlıq, maliyyə sabitliyi, sosial rifah və səmərəli idarəçiliklə birgə təmin olunur.

“Bakı Enerji Həftəsi çərçivəsində keçirilən Forumda Prezident İlham Əliyevin geniş və əhatəli çıxışı bir daha təsdiqlədi ki, Azərbaycan enerji xəritəsində strateji və etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirib və enerji diplomatiyasının ön sıralarında yer almaqdadır”, - deyən deputat fikirlərini yekunlaşdırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:77
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 İyun 2025 22:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see255

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see237

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see224

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see222

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see218

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see211

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see201

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see187

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see173

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see160

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see155

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see151

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri