Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Azərbaycan diplomatiyasının Şimali Avropa vektoru

Azərbaycan diplomatiyasının Şimali Avropa vektoru

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Çağdaş beynəlxalq münasibətlər sistemində yeni regional əlaqə xətləri formalaşır. Qlobal güc mərkəzlərinin yenidən düzülməsi, enerji təhlükəsizliyi, yaşıl transformasiya və rəqəmsal iqtisadiyyatın yüksəlişi fonunda Azərbaycan diplomatiyası da öz çoxvektorlu siyasətini daha da dərinləşdirir. Məhz bu kontekstdə diqqətçəkən yeni istiqamətlərdən biri Şimali Avropa – yəni Baltik və Skandinaviya ölkələri ilə əməkdaşlıq xəttidir. Bakıda keçirilən “Mərkəzi Baltika – Azərbaycan” biznes-forumu bu yeni vektorun iqtisadi çərçivədən çıxaraq siyasi və strateji məna kəsb etməyə başladığını açıq şəkildə göstərdi.

Azərbaycan uzun illər Avropa İttifaqı ilə münasibətlərini balanslaşdırılmış, praqmatik və selektiv yanaşma əsasında qurur. Belə bir yanaşma Azərbaycanın xarici siyasət fəlsəfəsinin əsas dayaqlarından biridir. Bakı Avropa ilə münasibətlərdə nə tam inteqrasiya, nə də kəskin məsafə saxlama xəttini seçir; əksinə, qarşılıqlı maraqlar üzərində formalaşan elastik əməkdaşlıq modelinə üstünlük verir. Bununla da Azərbaycan öz suveren qərarvermə məkanını qorumaqla yanaşı, Avropa siyasi-iqtisadi sisteminə funksional şəkildə inteqrasiya olunur.

Lakin son illər Avropanın daxili siyasi mənzərəsi dəyişib. İttifaq daxilində həm Şərqi–Qərbi, həm də Şimali–Cənubi Avropa xəttində ciddi fərqlər dərinləşir. Qlobal böhranlar, miqrasiya dalğaları, enerji asılılığı və Ukrayna müharibəsinin yaratdığı siyasi gərginlik Aİ-nin vahid qərarvermə mexanizmini sarsıdıb. Qərbi Avropa ölkələrinin liderliyi ilə formalaşmış mərkəzləşdirilmiş sistem artıq əvvəlki kimi çevik və effektiv deyil. Belə bir vəziyyətdə bir çox ölkələr, o cümlədən Azərbaycan Avropa ilə münasibətlərini mərkəzləşdirilmiş Brüssel kanalları ilə deyil, birbaşa üzv dövlətlər səviyyəsində inkişaf etdirməyə üstünlük verir.

Azərbaycan diplomatiyası bu reallığı düzgün oxuyaraq yeni mərhələyə keçib. İndi Azərbaycanın Avropa siyasəti konkret dövlətlərlə ikitərəfli, institusional və sahəvi əməkdaşlığa əsaslanır. Diplomatiyanın bu forması “dəqiqlik dövrü” adlandırıla bilər – yəni universal siyasi çərçivələr əvəzinə məqsədyönlü, spesifik tərəfdaşlıqlar. Məsələn, enerji və nəqliyyat sahəsində Mərkəzi və Cənubi Avropa ölkələri ilə əməkdaşlıq bir istiqamətdirsə, rəqəmsal iqtisadiyyat və yaşıl texnologiyalar üzrə Şimali Avropa ölkələri ilə əməkdaşlıq tamamilə başqa bir strateji xətt yaradır.

Şimali Avropa ölkələri bu yeni diplomatik strategiya üçün ən uyğun tərəfdaşlardır. Onların xarici siyasəti ideoloji ritorikadan çox real nəticələrə yönəlib. Estoniya, Finlandiya, Latviya kimi ölkələr beynəlxalq münasibətlərdə dəyərlərdən çox modernləşmə və innovasiyaya üstünlük verirlər. Azərbaycan üçün bu dövlətlərlə əməkdaşlıq bir tərəfdən iqtisadi və texnoloji modernləşməyə təkan verir, digər tərəfdən isə Avropa məkanında siyasi çəkisini artırır. Beləliklə, Bakı Aİ ilə münasibətlərini Brüsselin mərkəzi strukturlarından kənarda, lakin üzv ölkələrin öz milli maraqları müstəvisində daha çevik və qarşılıqlı faydalı şəkildə inkişaf etdirməklə, diplomatiyasının çoxqütblü və müstəqil xarakterini gücləndirir.

Bu ölkələr beynəlxalq siyasətdə rasional, texnolojiyönümlü və dəyərlərdən çox effektivlik meyarına əsaslanan yanaşmaları ilə fərqlənirlər. Onlar beynəlxalq sistemdə normativ liderlik iddiası deyil, praktiki nəticələr üzərində qurulan əməkdaşlıq modellərinə üstünlük verirlər. Məhz bu xüsusiyyətlərinə görə Şimali Avropa dövlətləri XXI əsrin diplomatik ekosistemində “ağıllı dövlətlər” nümunəsi hesab olunur: kiçik siyasi ölçülərinə baxmayaraq, innovasiya, rəqəmsal idarəetmə, enerji keçidi və sosial dayanıqlıq sahələrində qlobal təsir gücünə malikdirlər. Onların xarici siyasət fəlsəfəsi, əsasən, texnoloji inkişaf, sosial sabitlik və iqtisadi çeviklik kimi dəyərlərin ixracına əsaslanır ki, bu da onları Qərbi Avropanın ideoloji-siyasi xəttindən fərqləndirir.

Azərbaycan diplomatiyası bu reallığı düzgün dəyərləndirərək Şimali Avropa ilə siyasi dialoqu strateji modernləşmə kontekstinə daşıyır. Yəni Bakı üçün bu münasibətlər idarəetmə mədəniyyəti, rəqəmsal təhlükəsizlik, iqlim diplomatiyası və “yaşıl siyasət” kimi yeni nəsil siyasi sahələrdə təcrübə mübadiləsi platformasına çevrilir. Deməli, Azərbaycan Şimali Avropa ilə əməkdaşlığı vasitəsilə həm beynəlxalq imicini yeniləyir, həm də özünün modern dövlət modelinin transformasiyasına beynəlxalq dəstək qazanır.

Qeyd etməliyik ki, bu kontekstdə “Mərkəzi Baltika – Azərbaycan” formatı yeni bir siyasi konsepsiyanın konturlarını yaradır. Bu konsepsiya Baltik dənizindən Cənubi Qafqaza qədər uzanan “Şimal–Cənub modernləşmə oxu” ideyasına əsaslanır. Yəni, texnoloji innovasiya və sosial sabitlik üzrə qabaqcıl təcrübənin Azərbaycan kimi yüksələn regional aktorlarla sintezi. Belə bir model həm Avropada siyasi şaxələnmənin, həm də Avrasiyada yeni diplomatik körpülərin formalaşması deməkdir. Nəticədə, Bakı ilə Şimali Avropa paytaxtları arasında yaranan bu yeni vektor klassik enerji diplomatiyasını aşaraq, postsənaye əməkdaşlığının və “yumşaq modernləşmə” siyasətinin təməlini qoyur.

Qeyd etməliyik ki, bu birləşmə yeni tipli siyasi qarşılıqlı asılılığın yaranmasıdır. Şimal Avropası üçün Azərbaycan təkcə enerji tərəfdaşı deyil, həm də Avrasiyanın strateji giriş nöqtəsidir; Azərbaycan üçün isə Baltik regionu Aİ ilə əməkdaşlıqda alternativ kanal, Brüsselin siyasi filtrlərindən yan keçən birbaşa dialoq meydanıdır.

Yeni istiqamətin siyasi çəkisi bir neçə amillə izah olunur. Birincisi, Şimali Avropa ölkələri Aİ daxilində mərkəzləşdirilmiş qərarlardan qismən müstəqil davranış sərgiləyir. Onların Azərbaycanla münasibətləri daha çox iqtisadi rasionalizm və qarşılıqlı fayda prinsipinə söykənir. İkincisi, Estoniya və Finlandiya kimi ölkələr rəqəmsal idarəetmə və dövlət xidmətlərinin optimallaşdırılmasında Azərbaycan üçün strateji təcrübə mənbəyidir. Bütün bunlar, eyni zamanda, siyasi modernləşmə prosesinə təsir edən yumşaq güc formasıdır. Üçüncüsü, Baltik–Azərbaycan əməkdaşlığı Avropanın enerji və nəqliyyat xəritəsində yeni siyasi çəki mərkəzi yaradır. Finlandiya və Estoniya Orta Dəhliz vasitəsilə Avrasiya ilə əlaqələrini genişləndirməkdə maraqlıdırlar. Azərbaycanın bu dəhlizdə oynadığı rol isə Avropa–Asiya qarşılıqlı asılılığının siyasi təminatçısı kimi önə çıxarır. Bütün bu amillər Bakı üçün həm də Qərblə Rusiya və Çin arasında balanslaşdırılmış mövqeni qorumaq üçün geosiyasi alətdir.

Maraqlı məqam odur ki, Baltik və Skandinaviya dövlətləri beynəlxalq münasibətlərdə reputasiya kapitalına malikdirlər. Onlar həm texnoloji, həm də sosial sabitliyin simvolu kimi qəbul olunur. Azərbaycan üçün bu ölkələrlə sıx əməkdaşlıq imici gücləndirən, Qərb auditoriyasında rasional tərəfdaş obrazını formalaşdıran amildir. Bununla yanaşı, bu əlaqələr Aİ-nin mərkəzi strukturları ilə münasibətlərdə Bakı üçün əlavə diplomatik manevr imkanları yaradır.

Görünən odur ki, Azərbaycan diplomatiyası artıq Şimali Avropa vektorunu post-Qərb mərhələsində çoxvektorlu siyasi balansın əsas elementlərindən biri kimi nəzərdən keçirir. Belə bir istiqamət həm Aİ ilə əlaqələrdə yeni səviyyə yaradır, həm də Azərbaycanı Avrasiya məkanında rəqəmsal və yaşıl transformasiyanın regional aparıcısına çevirir.

Nəticə etibarilə, Şimali Avropa ilə münasibətlər Azərbaycan üçün strateji baxımdan üç istiqamətdə önəmlidir: birincisi, Aİ ilə münasibətlərdə diversifikasiya və balans; ikincisi, rəqəmsal idarəetmə və innovasiya təcrübəsinin mənimsənilməsi; üçüncüsü isə yeni enerji və nəqliyyat xəritəsində siyasi çəkini artırmaq. “Mərkəzi Baltika – Azərbaycan” forumu bu baxımdan Azərbaycanın çoxqütblü diplomatiyasının yeni geosiyasi istiqamətidir. Şimali Avropa vektoru yaxın gələcəkdə Azərbaycanın xarici siyasət xəritəsində tədricən dərin siyasi nəticələr formalaşdıran, uzunmüddətli strateji təsir gücünə malik istiqamət kimi önə çıxacaq.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 Oktyabr 2025 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see580

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see332

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see265

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see256

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see248

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see242

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see235

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see232

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see227

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see226

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see214

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see213

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see206

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see205

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see203

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see201

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see196

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see196

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see196

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri