Icma.az
close
up
RU
Azərbaycan Dohada “Jurnalistlərin silahlı münaqişələrdə müdafiəsi” mövzusunda konfransda təmsil olunur

Azərbaycan Dohada “Jurnalistlərin silahlı münaqişələrdə müdafiəsi” mövzusunda konfransda təmsil olunur

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 8 oktyabr, AZƏRTAC

Qətərin paytaxtı Dohada bu dövlətin Milli İnsan Hüquqları Komitəsi (NHRC) və Əl-Cəzirə İctimai Azadlıqlar və İnsan Haqları Mərkəzinin birgə təşkilatçılığı ilə “Silahlı münaqişələrdə jurnalistlərin müdafiəsi” mövzusunda beynəlxalq konfrans keçirilir.

AZƏRTAC xəbər verir ki, konfransda ölkəmizi Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev təmsil edir.

Beynəlxalq konfrans dünyanın müxtəlif münaqişə zonalarında peşə fəaliyyətini həyata keçirərkən həlak olan jurnalistlərin xatirəsini 1 dəqiqəlik sükutla yad etməklə başlayıb.

Tədbirdə çıxış edən Qətər Dövlətinin Milli İnsan Hüquqları Komitəsinin sədri Məryəm bint Abdullah Al Attiyah və Əl-Cəzirə Media Şəbəkəsinin baş direktoru Şeyx Nasir bin Faysal bin Xəlifə Al Tani dünya miqyasında baş verən jurnalist ölümlərinə görə təəssüfləniblər və konfransın media işçilərinin məqsədli hədəfə alınmasına cavab olaraq təşkil edildiyini bildiriblər. Vurğulanıb ki, jurnalistlərin qətlə yetirilməsi yalnız həyat hüququnun pozulması deyil, həm də insanların məlumat və həqiqətə çıxış hüquqlarının məhdudlaşdırılmasıdır. Həmçinin beynəlxalq jurnalist icması və insan hüquqları müdafiəçiləri ön cəbhədə olan jurnalistləri qorumaq üçün birləşməyə çağırılıb. Qeyd edilib ki, bu, onlara rahat fəaliyyət göstərməkdə kömək olacaq.

İki gün davam edəcək konfrans silahlı münaqişələrdə jurnalistlərə qarşı pozuntuları araşdırmaq üçün beynəlxalq faktaraşdırıcı komitələrin yaradılmasını nəzərdə tutan təklifin qəbul olunmasını, beynəlxalq qorunma mexanizmlərinin gücləndirilməsi yollarını araşdıracaq. Tədbir çəçivəsidnə yeddi plenar sessiya keçiriləcək və bir sıra məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, silahlı münaqişələrdə jurnalistlərin müdafiəsinə dair beynəlxalq konfrans Beynəlxalq Mətbuat İnstitutunun (IPI) 2016-cı ilin mart ayında Dohada keçirilmiş Dünya Konqresi çərçivəsində, Əl-Cəzirə Media Şəbəkəsinin ev sahibliyi ilə qəbul olunmuş Jurnalistlərin Müdafiəsinə dair Ümumdünya Bəyannaməsi - Doha Bəyannaməsi əsasında təşkil olunur. Bəyannamə BMT İnsan Hüquqları Şurası tərəfindən təsdiqlənib və 70-dən çox media qurumu və 1500-dən çox jurnalist tərəfindən imzalanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:55
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Oktyabr 2025 18:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see180

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see177

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see175

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see158

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see155

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see148

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see141

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see133

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri